Qərb siyasətçilərinin “korluğu”, yaxud binoklla seyr edilən mənzərə...
05.05.2026 [10:23]
Son illərdə müşahidə edilən geosiyasi və geoiqtisadi proseslər onu deməyə əsas verir ki, artıq dünyada beynəlxalq hüquq deyilən bir şey qalmayıb, onun yerini güc amili tutub. Ayrı-ayrı beynəlxalq təşkilatlar qlobal güc mərkəzlərinin girovyna çevriliblər. Dünya çapında oxşar problemlərin ətrafında müzakirələr bəlli dairələrdən gələn sifarişlər əsasənda aparılır, qərəzli ictimai rəy formalaşdırlır və sonda da selektiv mahiyyət daşıyan qərarlar, qətnamələr qəbul olunur, onların icrası üçün saxta mexanizmlər formalaşdırılır.
Belə qara yel dalğası respublikamızdan da yan keçməyib. Son 30 ildə Azərbaycan da müxtəlif beynəlxalq təşkilatların və güc mərkəzlərinin ikili standartlar yanaşmalarına tuş gələn ölkələr sırasında yer alır.
Qərb siyasətçilərinin sərhəd tanımayan fitnəkarlığı
Qərb siyasətçilərinin fitnəkarlığını xüsusi vurğulamaq lazımdır. Azərbaycan xalqı yaxşı bilir ki, ermənilər bizim torpaqları işğal edəndə Qərb siyasətçiləri kor olurlar. Amma, biz torpaqlarımızı işğaldan azad edəndə Qərb siyasətçiləri hər şeyi görürlər. Hətta binokldan da istifadə edirlər.
Ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən havadarlarının dəstəyinə arxalanan Ermənistan Azərbaycana qarşı təcəvüzkarlıq siyasətinə başlayıb, ərazilərimizin 20 faizini işğal altına alıb. Bu işğalın kədərli sonluğu olaraq bir milyondan artıq azərbaycanlı doğma yurd yerlərini tərk etmək, qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamaq məcburiyyətində qalıb. Bu, müstəqilliyini yenicə bərqərar etmiş Azərbaycan üçün sözün əsl mənasında humanitar böhran idi. İnsanlar vaqonlarda, çadırlarda, yarımçıq tikililərdə həyat sürürdülər, ərzaq təminatı son dərəcə çətin idi.
Bəs Qərb dairələrinin Ermənistanın işğalçılıq siyasətinə, onun yaratdığı hümanitar böhrana münasibəti necə idi? Keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqları xatırlayaq. Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təxminən üç onillik ərzində ATƏT-in artıq tarixin arxivinə qovuşmuş Minsk qrupu formatında danışıqlar aparılıb. Azərbaycan danışıqlarda daim o mövqedən çıxış edirdi ki, ATƏT-in Minsk qrupu formatında sülh danışıqları substantiv nəticələrə hesablanmalıdır. Lakin münaqişənin yaranmasında bilavasitə günahkar olan Ermənistan fərqli mövqe sərgiləyərək işğal məhsulu olan keçmiş status-kvonun sonsuzadək saxlanmasına çalışırdı. Anlaşılmaz məqam ondan ibarət idi ki, ATƏT-in Minsk qrupu işğalçı Ermənistanla təcavüzə məruz qalan Azərbaycan arasında daim bərabərlik işarəsi qoyurdu. Biz son illərdə beynəlxalq birliyin hansısa bir dövlətin digər ölkənin sərhədlərini pozmasına, ərazisini işğal etməsinə sanksiyalarla müşayiət edilən çox operativ və kəskin münasibət bildirməsinin şahidi olmuşuq. Bəs zor tətbiq etməklə Azərbaycanın ərazisinin 20 faizini öz nəzarəti altına alan Ermənistan nə üçün belə sanksiyalardan kənarda qalmalı idi? Oxşar məzmunlu münaqişələrə selektiv yanaşma nəyin təzahürüdür? Haqlı sual yaranır: Niyə Ermənistana 30 il ərzində işğalçılıq siyasətini davam etdirdiyinə görə gözün üstündə qaşın var deyən tapılmadı və təcavüzkar dövlət cəzalandırılmadı? Məgər bunu etməyə beynəlxalq təşkilatların, o cümlədən də müvafiq mandat verilən ATƏT-in Minsk qrupunun gücümü çatmadı? Yox! Sadəcə, ortada istək, siyasi iradə yox idi. Açıq-aydın hiss olunurdu ki, müəyyən qüvvələr özünü ərköyün uşaq timsalında aparan Ermənistanın başını sığallayırlar. Belə loyal münasibət işğalçı Ermənistanı yeni ilhaq siyasətinə ruhlandırırdı.
Tarixi ədalət, beynəlxalq hüquq təmin olunsa da...
Qərbin demokratiya, söz və ifadə azadlıqları, insan və vətəndaş hüquqları kimi məsələlərdə özündən müştəbehliyi hər kəsə yaxşı bəllidir. Avropa özünü dünyaya demokratiyanın beşiyi və şəriksiz sahibi kimi təqdim edir. Bu pafosun arxasında isə Qərbin kədərli reallıqları və riyakarlığı dayanır. Bu gün ayrı-ayrı dövlətlərin və təşkilatların timsalında aydın şəkildə görünür ki, əslində Qərb ənənəvi Avropa demokratiyasından çox uzaqlaşıb. Müşahidə edilən proseslər onu deməyə əsas verir ki, hazırda demokratiya, müxtəlif azadlıqlar Qərb siyasətçiləri üçün milli dövlətlərə qarşı təzyiq alətinə çevrilib. Hansı dövlət ki, müstəqil siyasi kurs həyata keçirir, suverenlik prinsipindən çıxış edir, milli maraqlarını qorumağa çalışır həmən güc mərkəzlərinə bağlı olan bəzi Avropa təsisatlarının tənqid hədəfinə çevrilir.
Yenə də yaxın tarixə və elə bu günümüzə aid faktlara nəzər salaq. Təbii ki, Azərbaycan işğal faktı ilə barışmadı və 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başladı. Azərbayacan ədalətli müharibəyə qoşulmuşdu. Ölkəmizin yeganə məqsədi işğal faktına son qoymaq idi. Ancaq söhbət erməni lobbisinə bağlı olan Qərb siyasətçilərindən gedir. Onlar transmilli media vasitəsi ilə respublikamıza qarşı qara piara başladılar. Bizdən müharibənin dayandırlması istənilirdi. Azərbaycan isə Qərb siyasətçilərinin iftiralarına məhəl qoymayaraq ədalətli müharibəni 44 gün ərzində zəfərlə tamamladı, hərbi-siyasi yolla ərazi bütövlüyünü təmin etdi. Bundan sonra Müzəffər Ordumuz 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında Ermənistanın silahlı qüvvələrinə növbəti dəfə məğlubiyyət acısı yaşatdı. Bununla da ərazilərimizdə separatizmin kökü təmizləndi.
Azərbaycan öz gücünə tarixi ədaləti və beynəlxalq hüququ tam təmin edib. Son beş ildə Cənubi Qafqazda tarixi proseslər izlənilib. Artıq Azərbaycanın yaratdığı reallıqların nəticəsi olaraq region heç vaxt olmadığı qədər sülhə yaxınlaşıb. Bu proseslər təqdirlə qarşılanmalıdır və qarşılanır da. Ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar ona dəlalət edir ki, dünya Azərbaycanın sülh gündəliyini alqışlayır.
Fəqət bəzi Qərb dairələri və garagüruh siyasətçiləri işğal illərində, müharibə günlərində olduğu kimi, yenə də öz amplualarındadırlar. Onlar müharibənin başa çatmasına, beynəlxalq hüququn təmin olunmasına, Azərbaycanla Ermənistan arasında sülh və etimad quruculuğu proseslərinin başlamasına rəğmən, bir daha, necə deyərlər, köhnə palan içi tökməklə məşğuldurlar. Müharibədən sonra Qərb siyasətçiləri hətta regiona binokllarla gəlməyi belə özlərinə rəva gördülər. Onların iki ölkə arasındakı şərti sərhəddlərdə binoklla Azərbaycan ərazilərini seyr etmələrinin və donos xarakterli hesabatlar hazırlamalarının hansı məntiqi var? Açıq deyək ki, bu, Qərb siyasətçilərinin üzərindən heç vaxt silinməyəcək qara bir ləkədir.
Postmüharibə dövründə bəlli dairələrin, xaricdəki erməni lobbisinin danışan dilinə çevrilən Avropa Parlamentinin (AP) qərəzçiliyi də açıq-aydın görünür. Təzada bir baxın: Ermənistanın siyasi hakimiyyəti Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağı könüllü tərk etmiş ermənilərin geri qaytarılmasının gündəmdə olmadığını dəfələrlə bəyan etsə də, AP-nin deputatları özlərini separatçıların, revanşistlərin təəssübkeşləri kimi aparırlar. Budurmu Qərb demokratiyası və insan haqları anlayışı? Sual olunur: Bu gün Qarabağdan Ermənistana könüllü köç etmiş ermənilərin hüquqlarından danışan AP-nin deputatları nə üçün otuz il ərzində azərbaycanlı qaçqın və məcburi köçkünlərə münasibətdə ağızlarına su alıb susurdular?
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

