Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Almaniyada planer avtomagistrala düşüb, bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb

Almaniyada planer avtomagistrala düşüb, bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb

24.05.2026 [09:25]

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində planerin avtomagistrala düşməsi nəticəsində bir nəfər həlak olub, bir nəfər isə ağır yaralanıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, içərisində iki nəfərin olduğu mühərriksiz hava gəmisi havaya qalxdıqdan qısa müddət sonra magistralın hərəkət hissəsinə düşüb. Qəza zamanı yolda hərəkət edən avtomobillərə ziyan dəymədiyi bildirilib.

Hadisə nəticəsində planerdəki şəxslərdən biri ölüb, digəri isə qalıqlar arasından çıxarılaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qəza ilə əlaqədar avtomagistral hər iki istiqamətdə bağlanıb. Hadisə yerində genişmiqyaslı xilasetmə və təmizləmə işləri aparılır.

Yerli aviasiya klubunun açıqlamasında uçuşun regional planer yarışından əvvəl hava şəraitinin yoxlanılması məqsədilə həyata keçirilən sınaq uçuşu olduğu bildirilib.

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31