Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır

Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır

31.05.2026 [08:36]

Bol yağıntılar fonunda Türkiyə fermerləri rekord buğda məhsulu proqnozlaşdırırlar.

AZƏRTAC xəbər verir ki, ölkədə son aylarda yağıntının həcmi son 66 ildə ən yüksək səviyyəyə çatıb.

Türkiyə Kənd Təsərrüfatı Palataları Birliyinin (TZOB) qiymətləndirməsinə görə, hazırkı əlverişli hava şəraitində ölkədə buğda məhsulu 23 milyon tonu ötə bilər. Son illərdə isə illik orta göstərici 19,5 milyon tondan 21 milyon tona qədər təşkil edib ki, bu da Türkiyənin tələbatının 90 faizdən çoxunun təmin edilməsinə imkan verib.

Türkiyə vilayətləri arasında taxıl əkininə görə Konya, Şanlıurfa, Ankara, Diyarbəkir və Yozqat liderdir.

TZOB-da arpa istehsalının da 8,7 milyon tona çatacağı proqnozlaşdırılır.

Paylaş:
Baxılıb: 10 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31