Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qazaxıstanda dəmir yolunda baqajın rəqəmsal rəsmiləşdirilməsi sistemi sınaqdan keçirilir

Qazaxıstanda dəmir yolunda baqajın rəqəmsal rəsmiləşdirilməsi sistemi sınaqdan keçirilir

31.05.2026 [09:22]

Qazaxıstanda dəmir yolunda baqajın rəsmiləşdirilməsinin və müşayiətinin rəqəmsallaşdırılması üzrə pilot layihə sınaqdan keçirilir.

AZƏRTAC “Qazaxıstan Temir Jolı” Səhmdar Cəmiyyətinə istinadla xəbər verir ki, layihə “Nurlı Jol – Almatı-2” marşrutu üzrə hərəkət edən 9/10 nömrəli qatarda həyata keçirilir və “Nurlı Jol”, “Karaqanda” və “Almatı-2” stansiyalarının baqaj şöbələrini əhatə edir.

Yeni sistem marşrut üzrə göndərişin rəsmiləşdirilməsindən baqajın müşayiətinədək vahid rəqəmsal idarəetmə dövrünü təmin edir. Platforma əməliyyatların şəffaflığının artırılmasına, uçotun sadələşdirilməsinə və insan amilinin minimuma endirilməsinə yönəlib.

Bu həll “Astana IT University” universitetinin tələbələri tərəfindən ikili təhsil proqramı çərçivəsində hazırlanıb. Gələcəkdə “Sərnişin daşımaları” Səhmdar Cəmiyyəti bu sistemi mərhələli şəkildə bütün baqaj şöbələrində tətbiq etməyi planlaşdırır.

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31