Qarabağın daha bir hava qapısı
04.02.2022 [10:44]
Zəngilan Hava Limanı 2022-ci ilin sonunadək istifadəyə verilir
Mübariz ABDULLAYEV
Qalib Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı vaxtında və layiqli şəkildə təmin etmək üçün inamlı addımlar atır. Son bir ildə bəhs olunan ərazilərdə müasir infrastruktur quruculuğu geniş vüsət alıb.
İşğaldan azad olunmuş ərazilərdə yaradılan infrastruktur obyektlərinin sırasında beynəlxalq səviyyəli hava limanlarının tikintisi xüsusi yer tutur. Bəhs olunan ərazilərdə üç hava limanının yaradılması strateji hədəf kimi müəyyənləşdirilib. Onlardan biri - Füzuli Hava Limanı 2021-ci il 26 oktyabr tarixində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə istifadəyə verildi. Füzuli Beynəlxalq Hava Limanı dünya praktikasında ən sürətli icra edilmiş infrastruktur layihələrindən biridir. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Hava limanında görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun həyata keçirilib. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir.
Zəngilan Hava Limanının da istifadəyə veriləcəyi tarix bəlli olub. Prezident İlham Əliyevin bildirdiyi kimi, hava limanının 2022-ci ilin sonunadək istifadəyə verilməsi gözlənilir. Uçuş-enmə zolağının uzunluğu 3 min metr olan Zəngilan Hava Limanında tikinti işlərinə ötən ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Hava limanının həm yerli, həm də beynəlxalq daşımalar baxımından önəmi kifayət qədər böyükdür. Yeni infrastruktur obyekti Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Buradan, həmçinin ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə də çıxış imkanları tam realdır. Qeyd edək ki, rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. Hava limanı istifadəyə verildikdən sonra işğaldan azad olunmuş ərazilərə yüklərin daşınması, eləcə də sərnişinlərin gediş-gəlişi asanlaşacaq. Bütövlükdə, Zəngilan Hava Limanı işğaldan azad edilmiş ərazilərin Azərbaycanın digər bölgələrinə reinteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi Qarabağda tikilməkdə olan Zəngilan Beynəlxalq Hava Limanına kod təyin edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) müsbət rəy alıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilir ki, hava limanına ICAO-nun dördhərfli “UBBZ” kodu təyin olunub. Bu barədə məlumat ICAO-nun “Məkan indeksləri” (ICAO Doc 7910/182) nəşrinin 2022-ci ilin mart buraxılışında dərc olunaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.
Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov İCAO-nun Qarabağın işğaldan azad olmuş daha bir şəhərinin etibarlı tərəfdaş olaraq tanımasını əhəmiyyətli hadisə kimi dəyərləndirib: “Zəngilan Beynəlxalq Hava Limanının beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi hər birimizdə iftixar hissi yaradır. Qarabağ və Şərqi Zəngəzurda inşa edilən hava limanlarının bazasında yeni aviasiya qovşağı yaradılır. Qısa bir müddət ərzində Zəngilan Hava Limanı bölgənin nəqliyyat-tranzit kommunikasiya mərkəzlərindən birinə çevriləcək’’.
Xəbər lenti
Hamısına baxDünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34

