Bölgələrimiz inkişaf yolunda...
25.07.2024 [10:15]
Gəncə və Göygöldə 15 qonaq evi yaradılıb
Ölkəmizin inkişafını regional komponentsiz təsəvvür etmək qeyri-mümkündür. Çünki regionların inkişafı ölkənin sosial-iqtisadi tərəqqisinin təmin edilməsi, bütün vətəndaşlarının həyat keyfiyyətinin yaxşılaşdırılması və qlobal səviyyədə rəqabət qabiliyyətinin artırılması üçün əsas şərtlərdən biri hesab edilir. Regionların inkişafı həm də ona görə vacibdir ki, onların resurs, sənaye və kadr potensialı bütün ölkənin sosial-iqtisadi yüksəlişi üçün böyük imkanlar yaradır.
Məhz bu amilləri diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev fəaliyyətində regionların dinamik inkişafına balanslı yanaşma nümayiş etdirir. Ərazi bütövlüyünün bərpasından sonra dövlət başçısının regionlara səfərləri bu prosesə mahiyyətcə yeni impuls verir.
ÜDM-də 22 dəfə artım...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, sosial-iqtisadi inkişaf konsepsiyası olmadan regionların iqtisadi inkişafı məsələlərini tənzimləmək mümkünsüzdür: “Məhz bu reallıqdan çıxış edərək ölkə başçısı 2003-cü ildən başlayaraq Azərbaycanın yeni iqtisadi siyasət strategiyasını həyata keçirməyə başladı. İndiyədək dövlət proqramları konsepsiyasında həyata keçirilən siyasətin əsas istiqaməti regionların sosial-iqtisadi inkişafına şərait yaradılması və təşviqinin başlıca istiqamət kimi müəyyənləşdirilməsidir.
Bu siyasət tezliklə öz bəhrəsini verdi. Regionlarda quruculuq-abadlıq işləri geniş vüsət aldı, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açıldı, əhalinin məşğulluq səviyyəsi yüksəldi. Ötən illərdə bölgələrdə kənd təsərrüfatı sahələri inkişafında yeni mərhələyə qədəm qoydu. Məhz Prezidentin rəhbərliyi ilə həyata keçirilən bu proqramlar nəticəsində ötən 20 ildə mühüm iqtisadi nailiyyətlər qazanıldı- ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artdı”.
Dövlət siyasətinin prioritet istiqaməti...
F.İbrahimov qeyd edib ki, bölgələrimizdə rəqabətqabiliyyətli məhsul istehsalında mühüm rol oynayan aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin inkişafına, emal sənayesinin az xərclə yüksək keyfiyyətli xammal ilə davamlı təminatına, ərzaq bolluğunun yaradılmasına diqqət yetirilir: “Hökumətin qayğısı sayəsində süd emalı zavodlarının fəaliyyəti genişləndi, yeni istehsal sahələri yaradıldı, əhali keyfiyyətli məhsullarla təmin edildi. Regionlarda və ölkə daxilində yeni iş yerlərinin yaradılması sayəsində insanların məşğulluğu, xüsusilə biznes və sahibkarlıq mühitinin formalaşması və inkişafı, eləcə də bu istiqamətdə həyata keçirilən digər tədbirlər bütövlükdə Azərbaycan iqtisadiyyatının fasiləsiz, dinamik və dayanıqlı böyüməsini təsdiqləyir.
Əlbəttə, Prezident İlham Əliyev respublikamızın bütün regionlarının hərtərəfli tərəqqisini xüsusi diqqət mərkəzində saxlayır və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirir. Ölkə başçısı qarşıya qoyduğu vəzifələrin icrasına şəxsən nəzarət edir, regionların inkişaf konsepsiyasının həyata keçirilməsinin vəziyyəti haqqında hökumətin rüblük, yarımillik və illik xüsusi iclaslarını keçirir. Bu, bir daha təsdiq edir ki, regionların inkişafı dövlət siyasətinin prioritet istiqamətidir. Dövlət başçısı hər dəfə bölgələrə səfər edərkən iqtisadiyyatın müxtəlif sahələrinin dinamik və məhsuldar işləməsi üçün nəzərdə tutulmuş yeni müəssisələr açır, onların fəaliyyətini yoxlayır, rayonların sosial-iqtisadi vəziyyəti ilə yerindəcə tanış olur, müvafiq tapşırıqlar verir”.
Heç bir layihə təxirə salınmır...
F.İbrahimovun sözlərinə görə, Prezidentin hər bir regionumuza səfərləri, görülən işlərlə tanış olması vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəlib: “İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri aparmasına baxmayaraq, digər regionlarımız da diqqət mərkəzində saxlanılır. Regionlarda böyük infrastruktur layihələri həyata keçirilir, yollar, sosial obyektlər tikilir. Heç bir layihə təxirə salınmır. Bütün bunlar bir daha onu göstərir ki, dövlət başçısının siyasətinin diqqət mərkəzində vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi və onların rifah halının yaxşılaşdırılması dayanır”.
İqtisadçı “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı-2023” layihəsinin uğurla başa çatdığını qeyd edib: “Bu layihə bir daha sübut etdi ki, yalnız azad edilmiş rayonlarımız yox, eyni zamanda digər bölgələrimizin iqtisadi inkişafı diqqət mərkəzindədir. Məsələn, bu yaxınlarda Gəncə və Göygöl şəhərlərində dövlət dəstəyi ilə 15 qonaq evi yaradılıb. Layihənin məqsədi kəndlərdə sahibkarlığın və turizmin inkişafını dəstəkləmək, məşğulluq imkanlarını artırmaq və regionların iqtisadi inkişafına töhfə verməkdir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27

