Əvəzolunmaz nemətlərdən biri
08.08.2024 [13:00]
Fikir və söz azadlığı ilə bağlı hədəflər və vəzifələr...
Hər bir cəmiyyətdə müxtəlif düşüncə və mövqelərin işıqlandırılması baxımından söz, fikir və mətbuat azadlığı olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, dövrün gerçəklərini, həqiqətlərini özündə əks etdirən məhz mətbuatdır. Mətbuat sayəsində cəmiyyətimiz cərəyan edən proseslər barədə, həqiqətlər haqqında müntəzəm informasiya əldə edir. Elə bu baxımdan da media cəmiyyətin güzgüsü hesab olunur.
Media cəmiyyətin güzgüsü olmaqla, həmin cəmiyyətin mövcud vəziyyətini, mahiyyətini açıb ortaya qoyur. Hətta bəzi məsələlər təhlil olunaraq reallığın nədən ibarət olduğu da mətbuatın köməyi ilə diqqətə çatdırılır. Məhz elə buna görə də fikir, söz, məlumat azadlığı ölkəmizdə hər zaman qorunduğu kimi, müasir dövrümüzdə də mühafizə edilir. Eyni zamanda plüralizmin inkişafı üçün ölkəmizdə bütün imkanlar səfərbər edilir.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, söz, ifadə azadlığı, fikir müxtəlifliyi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Onun sözlərinə görə, istənilən ölkədə, o cümlədən Azərbaycanda azad medianın fəaliyyət göstərməsi, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri sayılır: “İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir. Azərbaycan üçün qürurverici məqamlardan biri də milli mətbuatımızın 1875-ci ildə əsasının qoyulması ilə bağlıdır. Bu möhtəşəm tarix görkəmli publisist, maarifçi Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlayır. 19-cu əsrin sonları-20-ci əsrin əvvəllərinin bütün dövri mətbuat nümunələri Azərbaycanda milli-ictimai fikrin, azadlıq ideyalarının oyanışında müstəsna əhəmiyyət kəsb edirdi. Azərbaycan mətbuatının inkişafında 1906-cı ildən dərc olunmağa başlayan “Molla Nəsrəddin” jurnalının təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları imperializmin müstəmləkəçilik siyasətinə, geriliyə, mövhumata, cəhalətə, xurafata qarşı mübarizədə maarif və mədəniyyətin tərəqqisində mühüm rol oynayırdı. Bu dövrün “İqbal”, “Dirilik”, “Təkamül”, “Açıq söz”, “İstiqlal” və digər mətbu orqanları Azərbaycanın mədəni həyatına böyük təsir göstərir, xalqı milli mədəniyyətə, milli şüura yiyələnməyə çağırır, milli məfkurənin təşəkkülünə əvəzsiz yardım edirdi. Milli-siyasi birliyə çağırış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində bütün milli mətbuatın başlıca şüarına çevrilərək, ictimai fikrin, azadlıq ideyalarının oyanışında müstəsna əhəmiyyət kəsb edirdi”.
A.Quliyev qeyd edib ki, Azərbaycanın 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini elan etməsi ölkəmizdə söz, ifadə azadlıqlarının, fikir müxtəlifliyinin inkişafına gətirib çıxardı: “Amma bu dövrdən başlayaraq Azərbaycan mətbuatı həm də itkilərə məruz qaldı. Qarabağda baş verənləri dürüstcəsinə ölkə və dünya ictimaiyyətinə çatdırmağa çalışan Salatın Əsgərova, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Çingiz Mustafayev kimi tanınmış KİV nümayəndələri erməni faşizminin qurbanı oldular.
Söz, ifadə azadlıqlarının və fikir müxtəlifliyinin inkişafı 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısını alan amillərdən birinə çevrildi. Müasir Azərbaycan dövlətinin qurucusu, Heydər Əliyevin söz, ifadə azadlığından, fikir müxtəlifliyindən və medianın gücündən məharətlə istifadə etmək bacarığı Azərbaycanda vətəndaş müharibəsinin, ölkəmizin parçalanmasının qarşısını aldı, dövlət müstəqilliyimizin dönməz xarakter almasına, və inkişafının əsasının qoyulmasına gətirib çıxardı”.
Baş redaktorun sözlərinə görə, Azərbaycan 35 illik münaqişə tarixinə, 30 ilə yaxın müharibə şəraitinə rəğmən, ölkəmizdə söz, fikir, məlumat azadlığını qorumağa, plüralizmi inkişaf etdirməyə çalışır: “Bu siyasət erməni faşizmi nəticəsində milyona yaxın azərbaycanlı qaçqının və məcburi köçkünün fundamental azadlıqlarının kobudcasına tapdandığı, Azərbaycanın əzəli bölgəsi olan Qarabağın işğalda olduğu bir şəraitdə həyata keçirilib.
Ölkəmizin demokratik dəyərlərin ayrılmaz tərkib hissəsi olan söz, mətbuat azadlığına, fikir müxtəlifliyinə sadiqliyini Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi fikirlər də təsdiqləyir: “Azərbaycanda azad jurnalistikanın rolu çox böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu var və bu rolu yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcəkdir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43

