Gender bərabərliyinin təşviqi üçün...
12.07.2025 [09:42]
Mühüm müzakirə aparıldı
Dünən Bakıda Ümumdünya Əhali Gününə həsr olunmuş tədbir baş tutub. Tədbirdə Milli Məclisin komitələrin və komissiyaların işinin təşkili şöbəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın üzvləri iştirak ediblər. Müzakirələr zamanı ölkəmizdə demoqrafik vəziyyət, gender bərabərliyi və selektiv abortlarla bağlı fikir mübadiləsi aparılıb.
Məlumdur ki, dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Hamiləliyin süni şəkildə pozulması faktı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə aktuallıq kəsb edir.
Maarifləndirmə aparılmalıdır...
Tədbirdə çıxış edən Parlamentin Komitə və komissiyalarla iş sektorunun məsləhətçisi Aynur Veysəlova bildirib ki, Azərbaycanda selektiv abort birbaşa qanunla qadağan edilməsə də, mövcud qanunvericilik çərçivəsində bu problemin qarşısını almaq üçün bəzi addımlar atılıb: “2023-cü ildən etibarən Ailə Məcəlləsinə və “Səhiyyə haqqında” Qanuna edilən təkliflər selektiv abortlara dolayı şəkildə toxunur. Mütəxəssislər hesab edirlər ki, hüquqi islahatlar yetərli deyil. Hüququn tətbiq mexanizmləri, xüsusilə, özəl klinikalarda nəzarət sistemlərinin gücləndirilməsi zəruridir. Qanunverici tədbirlərlə yanaşı, ailə və cəmiyyət səviyyəsində gender bərabərliyinin təşviqi, qız uşaqlarının dəyərini artıran maarifləndirici proqramların həyata keçirilməsi də vacibdir. Bu, selektiv abortlara qarşı davamlı və effektiv mübarizənin əsasını təşkil edə bilər”.
A.Veysəlovanın sözlərinə görə, son illərdə ölkəmizdə selektiv abortların artması ciddi sosial və demoqrafik narahatlıq doğurur: “Cinsiyyət əsaslı abortların yayılması, xüsusilə, texnologiyalardan, o cümlədən ultrasəs müayinələrindən sui-istifadə nəticəsində baş verir. Erkən mərhələlərdə cinsin müəyyənləşdirilməsi tibbi zərurətdən daha çox sosial üstünlüklərə əsaslanan seçim məqsədilə həyata keçirilir. Hüquqi müstəvidə selektiv abortlar birbaşa qadağan edilməsə də, bu sahədə mövcud nəzarət və monitorinq mexanizmləri kifayət qədər təsirli deyil. Özəl tibb sektorunda isə bu məsələdə daha ciddi boşluqlar müşahidə olunur. Belə halların qarşısının alınması üçün hüquqi tənzimləmələrlə yanaşı, praktikada icra mexanizmlərinin də gücləndirilməsinə ehtiyac var”.
Onun sözlərinə görə, statistik göstəricilərdə də bu tendensiyanın izləri görünməkdədir: “Rəsmi abort statistikalarında cinsiyyətə dair məlumatlar yer almasa da, doğulan uşaqların cins nisbətləri əsasında selektiv abortların mövcudluğu müəyyən olunur. Belə ki, bəzi illərdə oğlan uşaqlarının doğulma nisbətindəki süni artım bu sahədə narahatedici gedişatı göstərir. 2020-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” bu istiqamətdə müsbət addım sayılsa da onun praktiki tətbiqində ciddi çatışmazlıqlar qalmaqdadır. İndiyə qədər həyata keçirilmiş tədbirlər selektiv abortların qarşısının alınmasında gözlənilən nəticələri verməyib. Milli Məclisin üzvü olaraq, bu məsələni diqqət mərkəzində saxlayır və müvafiq qurumları daha səmərəli tədbirlərin görülməsi üçün koordinasiyalı fəaliyyətə çağırıram. Cinsiyyətə əsaslanan abortların qarşısının alınması, təkcə hüquqi məsələ deyil, həm də sosial ədalət və gender bərabərliyinin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir”.
Son 20 ildə...
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın üzvü Məryəm Məcidovanın sözlərinə görə, Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən, Azərbaycanda son onilliklərdə doğulan hər 100 qıza 112-115 oğlan düşür: “Bu göstərici təbii bioloji normadan əhəmiyyətli dərəcədə yüksəkdir və cinsi selektivliyin, yəni cinsə görə abortların mövcudluğuna işarə edir.
Tədqiqatlara görə, son 20 ildə on minlərlə qız uşağı yalnız cinslərinə görə doğulmayıb. Bu, təkcə demoqrafik tarazlığı pozmaqla kifayətlənmir, eyni zamanda, gələcəkdə ailə qurmaqda çətinliklər, gender zorakılığı və insan alveri kimi sosial təhlükələrin də əsasını qoyur”.
Sosial və mədəni stereotiplər
Məryəm Məcidova bildirib ki, Azərbaycanda selektiv abort hallarının əsas səbəblərindən biri ailələrdə hələ də mövcud olan sosial və mədəni stereotiplərdir: “Oğlan uşaqları ənənəvi olaraq varis, ailənin təminatçısı və nəsil davamçısı kimi qəbul edilir. Bu düşüncə, xüsusilə, kənd yerlərində daha güclü hiss olunur.
Qızların ərə getdikdən sonra “başqa ailəyə keçməsi” anlayışı valideynlərdə iqtisadi və psixoloji narahatlıq yaradır. Nəticədə bəzi ailələr qız övladına sahib olmaq istəmir. Bu da cinsə görə abortlara gətirib çıxarır. Belə dərin köklü sosial stereotiplərlə mübarizə yalnız qanunvericiliklə deyil, eyni zamanda, təhsil və ictimai maarifləndirmə vasitəsilə aparılmalıdır. Gender bərabərliyinin təbliği bu istiqamətdə əsas strategiyalardan biri ola bilər”.
Səlim
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50

