Qəbul imtahanlarının elmi-statistik təhlili
15.07.2025 [08:12]
DİM tədbir keçirdi...
Dünən 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı tədbir keçirilib. Qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri, ixtisas seçimi, dövlət sifarişli yerlərin sayı və imtahan sualları barədə mühüm müzakirələr aparılıb.
Bəzi ixtisaslar ləğv olunacaq
Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, təxminən 5 ilə bəzi ixtisaslar ləğv olunacaq: “Bəzi sahələrdə işləyən şəxslər var. Onlar konkret olaraq hər gün eyni işi görən, müəyyən cədvəl işi ilə məşğul olan peşə sahibləridir. Bu ixtisaslar təxminən 5 ilə ləğv olunacaq”.
Dövlət sifarişli yerlərin yalnız 5-8 faizi...
DİM sədri qeyd edib ki, dövlət sifarişli yerlər üçün Azərbaycan və rus bölmələrinin abituriyentləri, eyni zamanda, müraciət edirlər: “Azərbaycan bölməsi üzrə müraciət edənlərin sayı daha çox olduğu üçün dövlət sifarişli böyük əksəriyyətini Azərbaycan bölməsi üzrə təhsil alanlar tutur. Nəticədə, dövlət sifarişli yerlərin yalnız 5-8 faizini rus bölməsinin abituriyentləri qazana bilir”.
M.Abbaszadənin sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil ala biləcək: “Bu il dövlət sifarişli yerlərin sayı 2 faiz artıb. Bu il ali təhsil müəssisələrinə qəbul olunanların 53,31 faizi isə ödənişli əsaslarla təhsil alma şansı əldə biləcək”.
Bu il ilk dəfə...
DİM sədri əlavə edib ki, bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlərin açılması nəzərdə tutulur: “Abutiriyent 4 jurnalında plan yerləri barədə məlumatlar dərc ediləcək”.
Sualların çətinliyi ilə bağlı iddialar
Bundan başqa M.Abbaszadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) apardığı işlərin nəticələri heç bir şəxsin iradəsindən asılı deyil. O, bildirib ki, işlər çox ciddi şəkildə həyata keçirilir: “Bu fəaliyyətin təməli 1994-cü ildən qoyulub. Bu prosesdə biz insan faktorunu tamamilə aradan qaldırmışıq. Prosesə hətta mənim belə müdaxiləm qeyri-mümkündür”.
DİM sədri sualların çətinliyi ilə bağlı iddialara da toxunub: “Mediada bizim işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır. Mənə elə gəlir ki, bizim 30 ildir yazdığımızı heç kim oxumur. Hər bir testin şəxsiyyət vəsiqəsi var. Biz bilirik ki, misal olaraq bu testə 70 faiz cavab verməlidir. Bu isə daha çətindir 25 faiz cavab verməlidir”.
5 mindən çox subbakalavr...
M.Abbaszadə bildirib ki, keçən il 5 mindən çox subbakalavr (kollec məzunu) ali məktəbə imtahansız qəbul olub. O, qeyd edib ki, müəyyən ixtisasların V qrupa daxil edilməsi təklif edilsə də, aidiyyəti üzrə qəbul edilmədi: “İstədik ki, onlar da attestat balı ilə ali məktəblərə qəbul olsun, amma bu layihə həyata keçmədi. Bu, sadəcə müzakirə mövzusu kimi qalır”.
Ən yüksək və ən aşağı keçid balı olan ixtisaslar
DİM sədri bildirib ki, 2024-cü il üzrə dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbulda ən yüksək keçid balı - 687.1 bal I ixtisas qrupu üzrə informasiya təhlükəsizliyi ixtisasında (tədris ingilis dilində, BANM) qeydə alınıb: “Ən aşağı keçid balı isə yenə I ixtisas qrupu üzrə energetika mühəndisliyi ixtisasına (ADAU) aiddir - 203.3 bal.
Digər yüksək keçid balları olan ixtisaslara kimya mühəndisliyi (BANM, 678.0 bal), kompüter elmləri (BANM, 653.4 bal), maliyyə (ADİU, 636.7 bal), hüquqşünaslıq (BDU, 653.6 bal), tibb (ATU, 681.2 bal) və stomatologiya (ATU, 589.4 bal) daxildir.
Ən aşağı keçid balları olan digər ixtisaslara isə maşın mühəndisliyi (AzMİU - 203.4 bal), “Cihaz mühəndisliyi” (ADNSU - 203.5 bal), “Ekologiya” (QKU - 219.7 bal), “Turizm bələdçiliyi” (MDU - 267.9 bal) daxildir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSiyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32

