Əsrarəngiz milli parklarımız...
16.07.2025 [08:16]
Qədim mədəniyyətə, zəngin bioloji müxtəlifliyə malik olan Azərbaycan fövqəladə əhəmiyyətli təbii irsə malikdir. Bioloji müxtəlifliyin qorunub saxlanılmasında xüsusi mühafizə olunan ərazilərin rolu əvəzedilməzdir. Məhz xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunub saxlanılmasına imkan yaranıb. Elə bundan irəli gəlir ki, ölkəmizdə təbiətin qorunması, ona qayğı və diqqət ilbəil artır.
Hazırda respublikamızın müxtəlif bölgələrində xüsusi qorunan ərazilər var ki, onlardan biri də milli parklardır. Milli parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi ərazilərdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə yaradılan milli parklar təbiətin mühafizəsində, bioloji müxtəlifliyin qorunmasında əhəmiyyətli rol oynayır. Milli parklarımızın hər birinin özünəməxsus zəngin bioloji müxtəlifliyi əhalinin ekoloji maariflənməsində böyük əhəmiyyət daşıyır. İnsanlar Milli Parklarımızın bioloji resurslarının, zəngin flora və faunasının ətraf mühitə müsbət təsir göstərdiyinin, əhalidə ruh yüksəkliyi yaratdığının, onlara müsbət enerji verdiklərinin şahidi olub. Onu da bildirək ki, milli parklarımız turizmin inkişafı üçün də potensial iqtisadi imkanlar deməkdir.
İlk dəfə 2003-cü ildə Azərbaycanda milli park yaradılıb. Bu ənənə çərçivəsində həmin dövrdən başlayaraq ölkəmizdə təbiətin mühafizəsi ilə bağlı milli parkların və qoruqların sayı artırılıb və onların fəaliyyəti təkmilləşdirilib.
Ekoloji maariflənmədə mühüm addım!
Daha 2 milli park...
Prezident İlham Əliyevin 14 iyul 2025-ci il tarixli sərəncamı ilə Azərbaycanda daha iki yeni milli park - Axar-Baxar və İlisu milli parkları yaradılıb.
Yeni milli parkların yaradılması ilə qorunan təbiət ərazilərinin sahəsi genişləndirilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bu qərar Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, ekoturizmin inkişafı, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası, ətraf mühitin dayanıqlı idarə olunması və bütövlükdə regionun bioloji müxtəlifliyinin qorunması baxımından mühüm və tarixi hadisə kimi qiymətləndirilir:
“Yeni yaradılmış Azərbaycanın unikal təbiət komplekslərindən biri olan Axar-Baxar Milli Parkı Samux, Yevlax və Qax rayonlarının əsasən dövlət ehtiyat fondu torpaqlarında formalaşdırılıb, ümumilikdə 23 901,99 hektar ərazini əhatə edir. İlisu Milli Parkı isə fəaliyyətdə olan İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılıb. Milli Park Qax və Zaqatala rayonlarının ərazisində yerləşir və ümumi sahəsi 13 966 hektardır”.
Milli parklar ölkə ərazisinin təxminən 11 faizini təşkil edir
Bildirilib ki, Azərbaycanda Xüsüsi Mühafizə olunan Təbiət Ərazilərinin (XMOTƏ) sahəsi 892 855,78 hektar olmaqla ölkə ərazisinin ümumi sahəsinin 10,31 faizini təşkil edirdi: “Yeni yaranan milli parklar hesabına hazırda bu rəqəm 913 342,17 hektar olmaqla ölkə ərazisinin ümumi sahəsinin 10,54 faizinə yüksəlib. Hər iki milli parkın yaradılması həmin ərazilərin zəngin təbii və tarixi irsinin əhəmiyyətli turizm potensialına çevrilməsi baxımdan əhəmiyyətlidir. Eyni zamanda yeni parklar regionda məşğulluğun artmasına, yerli əhalinin rifah halının yüksəlməsinə, ekoloji maarifləndirmə yolu ilə ekosistemlərdən dayanıqlı istifadəyə əsaslanan sosial-iqtisadi imkanların genişlənməsinə şərait yaradacaq”.
Göründüyü kimi, milli parklarımızın hər birinin özünəməxsus zəngin bioloji müxtəlifliyi əhalinin ekoloji maariflənməsində böyük əhəmiyyət daşıyır. İnsanlar milli parklarımızın bioloji resurslarının, zəngin flora və faunasının ətraf mühitə müsbət təsir göstərdiyinin, əhalidə ruh yüksəkliyi yaratdığının, onlara müsbət enerji verdiklərinin şahidi olub bu tarixi sərvətin, zənginliklərin qorunub saxlanılmasının həyati vacibliyini dərk edirlər. Dövlətimiz milli parkların infrastrukturunu təmin etməklə yanaşı orada turistlər üçün lazımı şərait yaradır, yollar, cığırlar çəkir, marşrutlar təşkil edir, həm də onun təbliğatını həyata keçirir. Belə zənginlikləri qorumaqla gələcəyimizi qorumuş oluruq...
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

