Cəmiyyətin güzgüsündə bərabərlik axtarışı
09.09.2025 [08:17]
Bərabərlik kağızda yox, həyatda olmalıdır...
İnsan bədəni iki ayaq üzərində dayanır. Bir ayaq olmasa, tarazlıq pozular, hər addım əzab verər. Cəmiyyət də elədir: qadın və kişi onun iki ayağıdır. Biri zəifləyərsə, bütün bədən - yəni cəmiyyət - yıxılar. Cəmiyyətin inkişafı yalnız texnologiyanın sürəti ilə, iqtisadiyyatın böyüklüyü ilə ölçülmür. Əsl tərəqqi insan münasibətlərində, hüquqlarda və ədalətdə özünü göstərir. Bu gün ən çox müzakirə olunan məsələlərdən biri də gender bərabərliyidir.
Gender bərabərliyi yalnız qadınların hüquqlarını qorumaq deyil
Bəzən “gender” deyəndə sadəcə qadın və kişilər arasındakı münasibətlər nəzərdə tutulur. Amma, əslində, bu anlayış daha genişdir: cəmiyyətdə qadının və kişinin bərabər hüquqa malik olması, hər bir insanın potensialını sərbəst reallaşdıra bilməsi deməkdir. Lakin bir həqiqət var ki, gender bərabərliyi yalnız qadınların hüquqlarını qorumaq deyil, həm də kişilərin üzərinə yüklənmiş ənənəvi qəliblərdən azad olmasıdır. Çünki kişidən daim güclü, ailənin yükünü çəkən obrazı gözlənilir. Halbuki onlar da zəif ola, hisslərini göstərə bilərlər.
Gender bərabərliyi bir şüar yox, həyat fəlsəfəsidir. Bu fəlsəfə həyata keçsə, cəmiyyətin gücü ikiqat artacaq. Çünki bərabərlik insanı azad, azadlıq isə insanı yaradıcılığa və inkişafın zirvəsinə aparır.
Gender bərabərliyi bəzən sadəcə bir insan hüququ kimi təqdim olunur, əslində isə cəmiyyətin inkişafının, sabitliyin və ədalətin təməl şərtidir. Araşdırmalar göstərir ki, qadınların əmək bazarına geniş qoşulduğu ölkələr daha sürətli inkişaf edir. Çünki yaradıcılıq, yeni ideyalar və əmək bölgüsü güclənir.
Ölkəmizdə gender bərabərliyi qanunvericilik səviyyəsində təsbit edilib. Azərbaycan Konstitusiyası qadın və kişilərin bərabər hüquqa malik olduğunu təsdiqləyir. 2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında” qanun qəbul olunub. Rəsmi sənədlərdə qadın və kişiyə qarşı ayrı-seçkilik qadağan edilir.
Xarici ölkələrdə vəziyyət
Skandinaviya ölkələri, İsveç, Norveç, Danimarka gender bərabərliyində dünya liderləridir. Burada qadınlar parlamentdə və şirkətlərin idarə heyətlərində kişilər qədər təmsil olunurlar. Qadınlar yalnız ofisdə deyil, dövlət siyasətində də söz sahibidir. İsveçdə qadın baş nazir və ya hökumət üzvlərinin çoxu qadındır. Kişilər ailədə uşaqların tərbiyəsi, ev işləri ilə fəal şəkildə məşğuldur və bu sosial normalar cəmiyyətdə qəbul olunub.
Təhsildə qız və oğlan uşaqları eyni imkanlara malikdir, zorakılıq halları çox aşağı səviyyədədir.
Gender bərabərsizliyi yüksək olan ölkələr...
Əslində, dünya üzrə bir çox ölkədə gender bərabərliyi tam təmin olunmayıb, amma ən problemli olanlar müəyyən kateqoriyalara düşür. Bu ölkələrdə qadınlar həm qanunvericilik, həm də sosial normalar baxımından ciddi məhdudiyyətlərlə üzləşirlər.
Yəmən: Qadınlar siyasi və iqtisadi həyatda demək olar ki, iştirak edə bilmir. Erkən nikahlar çox yayılıb, qız uşaqları təhsildən kənarda qalır. Məişət zorakılığı və qadının hüquqsuzluğu yüksək səviyyədədir.
Pakistan: Qadınların iş və təhsil imkanları çox məhduddur, xüsusilə kənd yerlərində, qadınların hüquqları formal olaraq olsa da, icrası zəifdir, qadınlar siyasi qərarvermədə çox az təmsil olunurlar.
Əfqanıstan: Əfqanlar islam qanunlarına əməl etdiklərini iddia etsələr də, heç bir islam ölkəsində Talibanın uydurduğu qanunlar qədər ağır sistem yoxdur. Talibançılardan ötrü qadın o dərəcədə arzuolunmaz məxluqdur ki, küçədə tənha gedən istənilən qadınla rastaşan hər bir kişi günah qazanmış sayılır. Bu səbəbdən qadınların evdən çölə tək çıxması qadının ailəsinə böyük problemlər yaradır. Əfqanıstan küçələrində qadın görmək nadir hadisədir. Talibanın qanunlarına görə qadınların evdən çıxmasına ehtiyac yoxdur. Eyni zamanda, qızların məktəblərdə oxuması, eləcə də işləməsi qadağandır. Hətta qadın ağır yaralansa belə, kişi həkimə müraciət edə bilməz.
Suriya:(müharibədən əvvəl də) Qadınlar iş həyatında və siyasətdə kənarda qalıb, sosial həyat çox məhdudlaşdırılıb, zorakılıq, erkən nikah və hüquq pozuntuları yüksəkdir.
İordaniya, Sudan, Nigeriya və bəzi Afrikanın şərq və mərkəz bölgələri: Qadınların mülkiyyət hüquqları məhduddur, təhsil və iqtisadi imkanlar kişilərlə müqayisədə çox aşağıdır, sosial və mədəni stereotiplər qadınların inkişafını əngəlləyir.
Qeyd edək ki, gender bərabərsizliyi olan ölkələrdə problem yalnız qadının hüquqları ilə bitmir. Kişilər də köhnə stereotiplərin təsiri altında güclü, sakit, emosiyasız olmağa məcbur qalır. Nəticədə bütün cəmiyyətin potensialı itir.
Əslində, gender bərabərliyi hər bir millətin gələcəyinin güzgüsüdür. Bərabərlik olmayan ölkə - qanadı sınmış quşa bənzəyir. Uça bilmir, ancaq yeriyir, yeriyə-yeriyə də başqalarının uçuşunu izləyir. Gender bərabərliyi olmayan ölkələrdə qadınların hüquqsuzluğu yalnız onların şəxsi faciəsi deyil, həm də bütöv cəmiyyətin geriləməsi deməkdir. Çünki qadın susanda, cəmiyyətin yarısı lal qalır. Qadınların gücündən, bilik və bacarığından istifadə olunmayan yerdə nə tərəqqi, nə ədalət, nə də xoşbəxtlik mümkündür.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxGündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14

