Dövlətin və cəmiyyətin dayanıqlı inkişafı...
25.11.2025 [08:32]
Vətəndaş cəmiyyəti demokratik dəyərlərə doğru atılan addımdır
Demokratik dövlətlərin inkişaf təcrübəsi və ölkəmizin keçdiyi yol bir daha göstərir ki, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. Vətəndaş hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövlət formalaşdırmaq mümkündür. Cəmiyyətdə hüquqların təminatçısı dövlətdir. Dövlət bu hüquqları təmin etməklə özünün həm də qoruduğu əsas dəyərləri göstərir.
Müasir dövrün ən çox işlədilən sözlərindən biri də “vətəndaş cəmiyyəti” ifadəsidir. Bu ifadənin hər hansı ölkə daxilində işlədilməsinin səviyyəsi dövlət hakimiyyətinin formasını müəyyən etmək üçün təsəvvürlər sistemi yaradır. Vətəndaş cəmiyyəti quruculuğundan söhbət gedirsə, deməli, demokratik dəyərlərin mövcudluğundan danışılır.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, respublikamızın inkişaf tarixinə bir daha nəzər salsaq görərik ki, XX əsrin 70-ci illərindən ölkədə yüksələn sürətlə inkişaf edən sosial, iqtisadi, təhsil və mədəni quruculuq işləri başlamışdı: “Dövlət müstəqilliyinin bərpa edilməsindən keçən qısa bir dövrdə vətəndaş cəmiyyəti, hüquqi dövlət və demokratik siyasi quruluşun bərqərar olması üçün bir sıra vacib tədbirlər həyata keçirilib. Mühüm sənədlər qəbul edilmiş, öhdəliklərə imza atılıb.
Azərbaycanda bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun daha da inkişaf etdirilməsi sahəsində aparılan islahatlar davamlı xarakter daşıyır.
Bu gün Azərbaycan nəinki ölkəmizdəki vətəndaşların hüquqlarının qorunması istiqamətində genişmiqyaslı fəaliyyət göstərir, eyni zamanda dünya azərbaycanlılarının da hüquqları, imtiyazları, ana dilində təhsil almaq kimi təbii hüquqları uğrunda çağırışlar edir. Bu da dünya azərbaycanlılarının həmrəyliyinin gücləndirilməsi işinə təkan verir”.
Deputat qeyd edib ki, ölkə başçısı tərəfindən həyata keçirilən məqsədyönlü, hədəflərə xidmət edən siyasət nəticəsində vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində ölkəmizdə bu istiqamətdə çox ciddi uğurlara imza atılıb:
“Hüquqi dövlət quruculuğu Prezident İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini təşkil edir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan cəmiyyəti indiyə qədər görünməmiş böyük sürətlə inkişaf edir. Belə şəraitdə insan faktoru, insan hüquq və azadlıqlarının müdafiəsi ən önəmli vəzifələrdən birinə çevrilir. Yalnız məhkəmə-hüquq islahatlarını ardıcıl və dönmədən həyata keçirməklə insan hüquq və azadlıqlarına təminat verən demokratik, hüquqi, vətəndaş cəmiyyəti qurmaq mümkündür.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində də sıçrayışlı inkişafa nail olundu. Bu sahədə qanunvericilik daim təkmilləşdirilir, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb”.
Deputatın sözlərinə görə, vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında ictimai qurumların, həmçinin qeyri-hökumət təşkilatlarının çox böyük rolu var: “Bu baxımdan ölkəmizdə bu yöndə bir sıra mühüm addımlar atılıb. Vətəndaş cəmiyyətinin sağlam şəkildə formalaşması sabitliyin əldə edilməsində, vətəndaşların təhlükəsizliyinin təmin edilməsində, eyni zamanda sosial ədalətin təmin olunmasında mühüm faktordur.
Ölkə başçısının qeyd etdiyi kimi, “vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, bu, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir”.
Vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi nəticəsində Hakimiyyət-Xalq-Ordu birliyi formalaşıb. Məhz bu birlik 2020-ci ildə Azərbaycan xalqı bütövlükdə İkinci Qarabağ savaşında möhtəşəm tarixi qələbəyə imza ataraq ərazi bütövlüyünü, 2023-cü ildə antiterror tədbriləri nəticəsində suverenliyini bərpa etdi. Əldə etdiyimiz bu uğurların kökündə düzgün və hədəflərə xidmət edən siyasət dayanır. Bundan sonra da bu istiqamətdəki uğurlu siyasi kursumuz davam edəcək və nəticədə Azərbaycan dünyanın güclü, qüdrətli, inkişaf etmiş ölkələrindən birinə çevriləcək”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19

