“Yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçid...
18.03.2023 [11:00]
DİM-dən suallarla bağlı açıqlama
Yeganə BAYRAMOVA
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 5-də və 12-də buraxılış imtahanları keçirilib. Ancaq imtahanlar bitər-bitməz valideyn və abituriyentlərin test tapşırıqları ilə bağlı şikayətləri səngimək bilmir. İddialara əsasən, imtahanda təqdim olunan suallar olduqca çətin və qəlizdir. Bundan başqa, kimi sualların cavab variantlarının bir-birınə oxşar olduğunu, abituriyentlərdə çaşqınlıq yaratdığını deyir. Kimi də ayrı-ayrı günlərdə keçirilən imtahanlarda test tapşırıqlarının fərqli olduğunu - birində nisbətən asan, digərində çətin olduğunu bildirir.
İddialara cavab...
DİM buraxılış imtahanlarında sualların çətin olması ilə bağlı iddiaları cavablandırıb. Qurumdan “Yeni Azərbaycan”a verilən açıqlamaya görə, buraxılış imtahanları iştirakçıların əhatə dairəsinə görə ən kütləvi imtahanlar hesab olunur. Həmçinin imtahanların nəticələri orta məktəbdə təhsil alan şagirdlərin yekun attestasiyası, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı nəzərə alınır: “Bu baxımdan imtahanlara marağın yüksək olması və müzakirələrin aparılması başadüşüləndir və DİM tərəfindən anlayışla qarşılanır. Lakin müəyyən məqamları bir daha imtahan iştirakçılarının diqqətinə çatdırmaq istəyirik. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına daxil olan fənlərin proqramı
5-11-ci siniflərdə tədris olunan mövzuları əhatə edir. 11-ci sinifdə fevral ayından sonra keçirilən mövzular imtahanda istifadə olunmur. Buraxılış imtahanlarında istifadə edilən bütün test tapşırıqları ümumtəhsil müəssisələrində qüvvədə olun dərsliklər əsasında hazırlanır. Müvafiq fənlər üzrə təhsil proqramı - kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət edir”.
Yalnız biliklərin verilməsi deyil, həm də...
Qurumdan bildirilib ki, respublikamızın təhsil sistemində 2008-ci ildən etibarən kurikulum proqramı tətbiq olunur. Təhsilin məzmunu dəyişərək “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçilib: “Bu isə o deməkdir ki, tədris prosesində məqsəd təkcə biliklərin verilməsi deyil, bacarıqların da formalaşdırılması olmalıdır. Bu əsas götürülərək buraxılış imtahanlarında Elm və Təhsil Nazirliyi ilə birgə hazırlanmış imtahan modeli tətbiq olunur. Yəni imtahanda qapalı tipli tapşırıqlarla yanaşı, ətraflı yazılı cavab tələb edən tapşırıqlardan da istifadə edilir. Bu tapşırıqlar meyarlar əsasında qiymətləndirilir və bu imtahan iştirakçılarının bilik və bacarıqlarının daha dəqiq müəyyən olunmasına imkan verir.
Yuxarıda qeyd olunanlara uyğun olaraq, 11-ci siniflər üçün buraxılış imtahanı artıq beşinci ildir ki, yeni model əsasında keçirilir. Bu imtahanlar layihələndirilərkən həm orta məktəblərdə keçirilən monitorinq imtahanlarının, həm də son dörd ildə keçirilən buraxılış imtahanlarının elmi-statistik göstəricilərinə aid təhlillərdən də istifadə edilir. Bu təhlillər isə onu göstərir ki, imtahanla bağlı göstəricilər müxtəlif hazırlıq səviyyəsinə malik şagirdlərdən gözlənilən nəticələrə uyğundur. Bu baxımdan illər üzrə göstəricilər bir-birinə çox yaxındır”.
Uyğunsuzluq aşkar olunarsa...
DİM-dən qeyd olunub ki, bu il keçirilən imtahanlarda istifadə edilən tapşırıqlar da iştirakçıların cavablarının statistik təhlili əsasında bir daha araşdırılacaq: “Bu təhlil əsasında müvafiq məlumatlar ictimaiyyətə təqdim olunacaq. Bundan əlavə, hamıya məlumdur ki, DİM tərəfindən aparılan təhlillər nəticəsində testlərdə hər hansı uyğunsuzluq aşkar olunarsa, imtahan iştirakçılarının xeyrinə qərar qəbul olunur”.
İmtahana hazırlıqlı gedən şagird sualları cavablayır
Təhsil üzrə ekspert, Əməkdar müəllim Almaz Həsrət sualların çətin olması ilə bağlı iddialara münasibət bildirib: “İmtahan verən şəxslər tərəfindən sualların çətin olması ilə bağlı fikirlər az səsləndirilmir. Amma haqlı və ya haqsız tərəflərin olması halı da istisna deyil. Ümumiyyətlə, imtahana hazırlıqlı gedən hər bir şagird verilən sualları cavablandıra bilir. Lakin maraqlı hal ondan ibarətdir ki, abituriyentlərin özləri də şikayətçi qismindədirlər. Bəzi fənnlərdən, xüsusilə də, Azərbaycan dili və Riyaziyyat fənlərindən sualların çətinlik səviyyəsi yüksək olduğu bildirilir.
Abituriyentlərin yaşı nəzərə alınmalıdır
Ekspert fikirlərini belə tamamlayıb: “Düşünürəm ki, sualların hazırlanması zamanı abituriyentlərin ümumi yaşı, bilik səviyyələri nəzərə alınmalıdır. Amma bəzi metodistlər, yəni fənn rəhbərləri var ki, sanki imtahanı verən müəllimlərdi deyə düşünür və sualları da o əsasla hazırlayırlar. Lakin nəzərə alınmalıdır ki, bu imtahanlar 15-16-17 yaşlı şagirdlər üçün həyata keçirilir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30

