Dünyaya inteqrasiya əsas yolumuzdur...
05.08.2023 [11:40]
Müstəqil xarici siyasət həyata keçirən Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri ilə əməkdaşlıqda maraqlı olan ölkəmiz bu yöndə konkret addımlar atır. Bərabərhüquqlu əlaqələrin təmin edilməsi prosesinə öz töhfəsini verir. Qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yeri daha da möhkəmlənib. Bu diplomatik reallıqlar fonunda Respublikamızın Avropa və dünya birliyinə inteqrasiyası xeyli sürətlənib.
Məlum faktlar deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq. Ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcək. Heç kimə sirr deyil ki, uzaqgörən daxili və xarici siyasətin reallaşması nəticəsində hazırda Azərbaycan Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlib. Bölgədə sülhün, təhlükəsizliyin və inkişafın simvoluna çevrilib. Bu gün ölkəmiz ümumilikdə regionun dünya birliyinə inteqrasiyası üçün qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış edir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən alqışla qarşılanır.
Mövzu barədə “Yeni Azərbaycan”a danışan Milli Məclisin üzvü Elşad Mirbəşir qeyd edib ki, bu gün dövlətimizin beynəlxalq arenada konkret yeri var. Deputatın sözlərinə görə, bütün dünya ölkələri Azərbaycanın regionda yaratmış olduğu yeni reallıqlarla razılaşıb: “Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin beynəlxalq əməkdaşlıq və qlobal həmrəyliyə istiqamətləndirilməsi ilə birbaşa bağlıdır. Prezident milli maraqlarımıza söykənən müstəqil, ağıllı və düşünülmüş siyasət yürütməklə Azərbaycanı dünyanın ən nüfuzlu ölkələrindən birinə çevirib. Təsadüfi deyil ki, İlham Əliyev dünyada ən çox etimad göstərilən liderlərdəndir. Ona görə də dünyanın bir sıra aparıcı dövlətləri bu gün Azərbaycanla əməkdaşlıq etməkdən məmnundurlar, o cümlədən yeni əməkdaşlıq platformalarının axtarışında olduqlarını qeyd edirlər. Bu gün Prezident İlham Əliyevin və paralel olaraq Azərbaycan dövlətinin dünyadakı nüfuzu durmadan artır. Azərbaycan beynəlxalq arenada mühüm aktora çevrilib. Ölkə başçısının yürütdüyü siyasət Azərbaycanın beynəlxalq müstəvidə layiqli yerini tutmasına səbəb olub”.
Deputatın sözlərinə görə, müasir geosiyasi reallıqlarda Cənubi Qafqaz regionunun lideri Azərbaycandır: “Azərbaycan əksər dövlətlərlə, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı, GUAM və bir sıra beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Diplomatiyamızın qarşısında duran əsas vəzifə, ölkəmizə yönəlik hücumların qarşısını almaq, düşmən qüvvələri neytrallaşdırmaqdır. Hesab edirəm ki, diplomatiyamız
İlham Əliyevin rəhbərliyi altında bu vəzifələrin öhdəsindən layiqincə gələcək, dövlət maraqlarımızın qorunması təmin olunacaqdır. Biz qalib ölkə, qalib xalqıq. Ən böyük üstünlüyümüz də elə bundadır”.
Parlament üzvü bildirib ki, 44 günlük Vətən müharbəsi dövründə də Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu özünü aydın şəkildə göstərdi: “Bir-iki ermənipərəst siyasəti ilə seçilən ölkələr istisna olmaqla dünya birliyi Azərbaycanın haqlı mövqeyini dəstəklədi, torpaqlarını işğaldan azad etmək hüququnu tanıdı. Bu, təkcə ölkəmiz üçün deyil, eləcə də dünya üçün önəm kəsb edir. Nəinki dünya dövlətlərinin də Azərbaycandan əldə edəcəyi, öyrənəcəyi çox şeylər var. Azərbaycan inkişaf etməkdə olan dövlətdir və yeraltı, yerüstü sərvətlər ölkəsidir. Daima güclənərək, inkişaf edərək bir çox dövlətləri geridə qoyan Azərbaycan artıq güclü orduya da sahibdir. Elə təkcə 44 günlük Vətən müharibəsi Azərbaycanın hansı gücə sahib olmasını bir daha dünya dövlətlərinə göstərdi”.
Millət vəkili qeyd edib ki, dünyanın bir sıra ölkələrində qanlı toqquşmaların, ciddi böhranların hökm sürdüyü bir vaxtda Azərbaycanda sabitlik hökm sürür: “Prezident İlham Əliyevin region və dünya ölkələri, eləcə də beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr qurması bu baxımdan ciddi əhəmiyyət kəsb edir. Prezidentin geosiyasi və qlobal reallıqları yaxından izləməsi və düzgün qiymətləndirməsi Azərbaycanı təhlükəsiz, inkişaf və tərəqqi yolunu tutmuş ölkəyə çevirib. Bu, Azərbaycanın dünya çapında qəbul edilmiş ciddi dövlət statusu qazanmasına töhfə verir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

