Azərbaycan gəncliyi!
11.08.2023 [10:53]
Milli dəyərlər və ümumbəşəri ideallar işığında...
Gənclər bizim gələcəyimizdir. Zaman-zaman ən mötəbər kürsülərdən səslənən və gəncliyə böyük ümidləri ifadə edən bu şüar həmişə aktual olub. Çünki bəşəriyyətin sadə yaşam məntiqi belədir. Bu gün həyatın bütün sahələrində quruculuq işlərinin sükanı arxasında olan orta və yaşlı nəsili sabah gənclər əvəz edəcək. Bu baxımdan hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Xüsusilə milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün illər lazımdır. Belə gənclərin yetişməsi üçün isə cəmiyyət özü zəmin yaratmalıdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin aşılanmasında hər bir dövlətin qarşısında duran böyük vəzifədir.
Dövlətçilik tariximizə nəzər salsaq görərik ki, ölkəmizdə bütün dövrlərdə gənc nəslin doğru yetişdirilməsinə xüsusi önəm verilib. Hələ 105 il öncə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti zamanında gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hislərinin aşılanması istiqamətində ciddi işlər görülüb. Bu dövrdə Azərbaycan gəncliyində güclü milli mənlik şüuru və vətənpərvərlik hissləri formalaşmışdı. Həmin gəncliyin əməyi nəticəsində çətin bir dövrdə azərbaycançılıq ideyası, dövlət və milli birlik anlayışı, vətən sevgisi, eləcə də ədəbiyyatı, mədəni nümunələri və s. formalaşdı. Sonrakı dövrdə də Azərbaycanın dövlət müstəqilliyini qazanmasında gənclərimizin rolu az olmayıb. Təkcə Milli Azadlıq Hərəkatında iştirak edən yüzlərlə gənci misal çəkmək kifayətdir.
Hələ 1918-ci ildə boy göstərən və formalaşan milli mənlik şüuru, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə yenidən yüksəliş dövrünə çatdı. Artıq ölkədə baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunların nəticəsində Heydər Əliyevin Fərmanı ilə gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi təsis edildi. Gənclərlə bağlı atılan növbəti addım 2 fevral 1996-cı ildə gənclərin I Forumunun keçirilməsi oldu. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev 2 fevral-Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.
Mövzu barədə “Yeni Azərbaycan”a danışan Milli Məclisin üzvü Nəsib Məhəməliyev bildirib ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Deputatın sözlərinə görə, xüsusilə hərb sahəsində şücaət göstərən Azərbaycan gəncliyini vurğulamaq lazımdır: “Hazırda Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər.
2016-cı ildə baş verən və hərb tariximizə “Aprel döyüşləri” kimi düşən döyüşlərdə Azərbaycan gəncliyi yeni bir qəhrəmanlıq tarixi yaza bildi. Təmas xəttində düşmənin hər cür təxribatına inamla cavab verən Azərbaycan əsgərinin hər an, hər dəqiqə xalqın dəstəyini hiss etməsi, gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi gənc nəslin ölkə həyatındakı nə qədər mühüm rol oynamasının göstəricisi idi”.
Millət vəkilinin fikrincə, müasir dövr Azərbaycan gəncliyinin ən böyük qəhrəmanlıq salnaməsi şübhəsiz ki, İkinci Qarabağ müharibəsində göstərdikləri rəşadətli mübarizə ilə bağlıdır: “Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş bu müqəddəs mübarizədə Ali Baş Komandanın ətrafında səfərbər oldu. Müharibənin əsas ağırlığı isə Azərbaycan gəncinin üzərində idi. Çünki Qarabağı azad etmək uğrunda gedən qanlı döyüşlərdə sinəsini sipər edən, əlisilahlı düşmənin üzərinə gedənlər, ilk növbədə, gənclər oldu. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak edib. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu sübut ediblər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi, qələbə dolu döyüş yolu ilə yeni tarix yazdılar. Azadlığa qovuşan hər qarış Vətən torpağında minlərlə gənc şəhidimizin qanı və bütün qəhrəman qazilərimizin alın təri var. Bu birlik Azərbaycan tarixində möhkəm kök salmış milli mənlik şüurunun və vətənpərvərlik hissinin ən ali səviyyəsi idi. Prezident İlham Əliyevin “dəmir yumruğu”na çevrilən vətənpərvər gəncliyimiz 30 illik işğala cəmi 44 gündə son qoydu...”
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

