Əkrəm Əylisli, sən nankorsan!
08.02.2013 [01:23]
Əkrəm Əylisli uzun illər gizlətdiyi erməni xislətini büruzə verdi
Mən ədəbiyyatçı deyiləm. Amma ədəbiyyatı, bədii sənəti çox sevirəm. İlk növbədə, Azərbaycanın görkəmli şair və yazıçılarını oxumağı xoşlayıram. Gənc yaşlarımda Səməd Vurğunu, Süleyman Rüstəmi, Məmməd Arazı, Rəsul Rzanı, Məmməd Rəhimi, Xəlil Rzanı, Nəriman Həsənzadəni, Zəlimxan Yaqubu, İsa Hüseynovu, Bəxtiyar Vahabzadəni, Anarı, Fərman Kərimzadəni və bir çox başqalarını oxumuşam. Açığını deyim adlarını çəkdiyim yazıçı və şairlərimizin hansı romanlarını, şeir kitablarını oxuduğum indi də yadımdadır. Hətta əsərlərin qəhrəmanları haqqında geniş danışa bilərəm. Hələ 70-ci illərdə Aqrar Universitetdə tələbə olarkən, mühəndislik ixtisası üzrə təhsil alsam da, tələbə yoldaşlarımızla, Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin tələbələri ilə birlikdə Əlfi Qasımovun “Adilənin taleyi” povestinin geniş diskussiyasını keçirməyimizi tez-tez xatırlayırıq.
Amma təəssüf olsun ki, Azərbaycan xalqının çörəyini yeyən, sərin, şəffaf bulaqlardan suyunu içən, dövlətin yaratdığı münbit şəraitdən səmərəli bəhrələnən, lakin müqabilində xalqına əsaslı xidmət etməyən Əkrəm Əylisli iç üzünü göstərdi və həqiqətdə hansı millətə mənsub olduğunu məqam düşən kimi büruzə verdi.
Əkrəm Əylisli “Daş yuxular”da Azərbaycan xalqının, millətin heysiyyatına toxunur, öz qanı bahasına bugünkü müstəqilliyimizin əldə edilməsində xidmətləri olan insanlarımızın ruhunu təhqir edir. Guya bəşəri hisslərlə yaşayır. Bəs Əkrəm Əylislinin milli hissləri necə oldu? Əvvəldən yox idi?!
Mən bu yaşımda desəm ki, Əkrəm Əylislini tanımıram, eşitməmişəm doğru olmaz. Amma heç bir əsəri ilə mənim və mənim yaşıdlarımın yadında qalmayan yazıçı bu gün bədnam ermənilərin yaddaşına hopmaq, yaddaşda qalmaq istəyir. Amma xəyanatkarı heç kim qəbul etmir. Çünki məqsədinə çatmasa bir vaxt onlara da xəyanət edəcək.
İndiki zamanda ölkəmizin zorla müharibəyə cəlb edildiyi bir vaxtda ərazilərimizin 20 faizini işğal etmiş mənfurlara xidmət etməklə nə demək istəyir Əkrəm Əylisli?
Məgər mövzu yoxdur? Özünü kimlərə oxşatmaq istəyir, özü bilər. Amma xalq arasında onu indən belə nankor, xəyanətkar, naqis sayacaqlar. Həm biz, həm də yarınmaq istədikləri!
200 min azərbaycanlının əzəli torpaqlarından qovularaq qarlı-şaxtalı havada, dağlarla, min bir əzab-əziyyətlə, Ermənistandan çıxarılması haqqında, insanların çəkdiyi zülmlər haqqında yazmaq olmazdımı?
23 illiyini qeyd etdiyimiz 20 Yanvar faciəsində xalqımıza qarşı törədilən dəhşəti olduğu kimi yazmaq olmazdımı, İlham və Fərizə haqqında, Mübariz İbrahimov haqqında, Çingiz Mustafayev, Salatın Əsgərova və onlarla başqa qəhrəmanlarımız haqqında tarixi sənədlərə istinad edərək roman yazmaq olmazdımı?
Bu günümüzün reallıqlarından ölkəmizin beynəlxalq nüfuzunun get-gedə artmasından, iqtisadi inkişafından, bütün bunları əzmlə həyata keçirən fədakar diplomatlardan, əməkçi insanlardan yazmaq olmazdımı?
“Taxta körpü” su anbarı, “Şəmkir dəryaçası” tikintisindən “Ləzə” qış oyunları kompleksindən, böyüyən inkişaf edən rayon və şəhərlərimizdən yazmaq olmazdımı?
Ermənilərin boruya doldurub ağzını qaynaq etdikləri, körpə azərbaycanlı balalarının harayından yazmaq olmazdımı?
Əlbəttə olardı. Buna ürək lazımdır, istəsin! Buna əl lazımdır, qələm tutub yazsın. Sən də yazdın, amma millətinə olan hikkəni, kini, küdurəti göstərdin.
Soruşmaq istəyirəm, sən özünü Azərbaycan xalqının nümayəndəsi hesab edirsənsə (hərçənd ki, bunu görmürük), deyə bilərsənmi, sən xalqına nə vermisən, xalqına nə etmisən? Fikirləşsən görərsən ki, tutarlı heç nə. Həmişə ingilis bayrağı kimi əsmisən.
Bu yaşında, uzun illər içində gizlətdiyin erməni xislətini “Daş yuxular”da büruzə verdin. Nə məqsədə yazmısansa, elə yuxu olaraq qalacaqdır.
Amma Ulu öndər Heydər Əliyevin sayəsində sənə Xalq yazıçısı şərəfli ad verilib, “Şöhrət” və “İstiqlal” ordenləri verilib. Səni şöhrətləndiriblər. Deputat olubsan. Xalqın sənə etdiyi bu yaxşılıqlara cavabındırmı “Daş yuxular”?
Qədim milli musiqi alətimiz olan kamançanı vaxtı ilə ermənilərə sırıyan sən deyildinmi? Xalqa xorla baxanı heç kim bağışlamır. Nə də unutmur. Bəxtiyar Vahabzadənin 1998-ci ildə Əkrəm Əylisliyə yazdığı şeiri oxuyanda yadıma bir məsəl düşdü: “Toyuğu aparıb xırmanda dən tayasının üstünə atırlar. Toyuq dən tayasını ayaqları ilə eşələyir və dənləyir. Soruşurlar ki, sən ki, dən tayasının üstündəsən, hamısı dəndir, niyə ayaqlarınla eşələyirsən? Cavab verir ki, neyniyim sınmışlarım öyrənib”. Öyrənmişə tövbə yoxdur, deyiblər. Bunun başqa adı yoxdur. Xəyanət!
Yox, Əkrəm Əylisli, bütün bunlardan sonra sənə azərbaycanlı demək olmaz, sən azərbaycanlı deyilsən! Sən ermənisən! Sən nankorsan!
İsrafil İsmayılov,
Azərbaycan Dövlət Aqrar Universitetinin professoru
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

