“Azərsu” ASC tərəfindən istehlakçılar üçün daha bir elektron xidmətin göstərilməsinə başlanılıb
21.10.2016 [09:55]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyalarının tətbiqini davam etdirir. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanından, həmçinin “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2014-cü il tarixli 118 nömrəli Qərarından irəli gələn məsələlərin həlli məqsədilə “Azərsu” ASC tərəfindən zəruri işlər aparılaraq sayca 7-ci - “Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti” elektron xidmətinin göstərilməsinə başlanılıb.
Artıq istehlakçılar su sayğacının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi üçün www.e-gov.az portalı və www.azersu.az saytı üzərindən rəsmi formada elektron qaydada müraciət edə biləcəklər. Xidmət qeydiyyatlı olduğu üçün abonentlər ilk növbədə “Elektron hökumət” portalında təqdim edilən autentifikasiya vasitələrindən biri ilə qeydiyyatdan keçməlidirlər. Növbəti mərhələdə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlər arasında “Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti” adlı xidmət seçilməli, təqdim edilən pəncərədə abonent kodu daxil edilməlidir. Kod yoxlanıldıqdan sonra abonent məlumatları ekranda göstərilir. Kod bazada mövcud olmadıqda “Daxil edilən kod düzgün deyil” xəbərdarlığı verilir.
Müraciətin qeydiyyata alınması üçün vətəndaş açılan pəncərədə müraciətin səbəbi, əlaqə yaratmaq üçün telefon və e-mail ünvanı və s. daxil etməlidir. Bundan sonra “Müraciət et” düyməsi seçilir və ekranda “Müraciətiniz qeydiyyata alındı. Xidmətimizdən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik” məlumatı qeyd edilir. (Müraciət qaydası barədə ətraflı məlumat www.e-gov.az portalında yerləşdirilib).
Müraciət qeydiyyata alındıqdan sonra abonentin ünvanında Sukanal İdarəsinin nümayəndəsi tərəfindən sayğaca baxış keçirilərək zəruri tədbirlər görülür.
Hazırda “Azərsu” ASC tərəfindən bir sıra xidmətlər elektron qaydada göstərilir. İstehlakçılar internet vasitəsi ilə borcları haqda məlumat ala, abonent məlumatlarını dəyişdirə bilərlər. Bununla yanaşı, borcların internet və ödəmə terminalları vasitəsilə ödənilməsi, borcun olmaması barədə arayışın alınması, I qrup istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması, istehlakçılara abonent məlumatlarının verilməsi elektron xidmətlər vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, “Azərsu” ASC hazırda əhali və qeyri-əhali qrupları daxil olmaqla 1402436 abonentə su təchizatı və kanalizasiya xidmətləri göstərir. Abunəçilərin 903719-u və ya 64,4 faizi sayğacla təmin olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

