Lənkəranlı fermer: Prezident İlham Əliyevin təsərrüfatımızda olması bizim üçün tarixi hadisədir
06.09.2017 [10:19]
Sentyabrın 2-də Prezident İlham Əliyevin Lənkərana səfəri çərçivəsində təsərrüfatımızda olması bizim üçün tarixi hadisədir. Dövlətimizin başçısı çaybecərənlərlə səmimi söhbət etdi, çay sahəsi ilə, tut plantasiyası ilə yaxından tanış oldu, çay məhsulları ilə maraqlandı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Lənkərandakı “Yaşıl çay” fermer təsərrüfatının direktoru Araz Yaqubov bildirib.
A.Yaqubov deyib: “Dövlətimizin başçısı ilə görüşümüz bizi bir daha inandırdı ki, 2005-ci ildə xarici ölkədən Azərbaycana gələrək çayçılıq kimi çətin bir sahəyə sərmayə qoymaqda səhv etməmişəm. Əlbəttə, ötən illərdə çətinliklərimiz də olub. Lakin çətin anlarda Azərbaycan Prezidenti həmişə yanımızda olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni mərhələ başlayıb. Bu mərhələdə başlıca vəzifə kənd təsərrüfatının müasir səviyyədə inkişafına nail olmaq, yerlərdə müasir tələblərə cavab verən iri istehsal və emal sahələri yaratmaq, torpaqlardan səmərəli istifadə etmək, ixracyönümlü məhsulların istehsalına diqqəti artırmaqdır”.
A.Yaqubov bildirib ki, dövlətimizin yaratdığı münbit şəraitdən bəhrələnərək 2006-cı ildə təsis etdiyi “Yaşıl çay” fermer təsərrüfatı uğurlarını ilbəil artırır. “Yaşıl çay” MMC-də ölkənin ərzaq təminatında mühüm rol oynayan çayçılıq, heyvandarlıq, tərəvəzçilik, bostançılıq kimi sahələr inkişaf etdirilir. Əsas məqsəd isə çayçılığın inkişaf etdirilməsidir.
Təsərrüfat direktoru deyib: “Ötən il çay sahələrindən seçmə üsulla 90 ton yaşıl çay yarpağı toplamışıq. Bu il çay sahələrindən indiyə kimi 18 tondan çox əla növ yaşıl çay yarpağı toplayıb mini çay emalı müəssisəsində qablaşdırmışıq. Artıq “Buket çay”, “Feyxoa çayı”, “Narın çay”, “Premium çayı”, “Ekstra”, “Xan çayı”, “Pürrəngi çay”, “Qara məxməri çayı”, “Tibet çayı” kimi ekoloji cəhətdən təmiz, qatqısız çaylarımız satışa çıxarılır.
Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində mən də iştirak edirdim.
Dövlətimizin başçısının dərin məzmunlu nitqini böyük diqqətlə dinlədim. Avqustun 4-də Qax şəhərində keçirilən müşavirədə olduğu kimi, Prezident bu müşavirədə də təkcə bu üç sahənin deyil, ümumiyyətlə, ölkəmizdə kənd təsərrüfatının daha da inkişafı ilə bağlı dəyərli fikirlərini bizimlə bölüşdü və bizi işlədiyimiz bütün sahələrdə daha ürəkdən çalışmağa, məhsul bolluğu yaratmağa çağırdı.
Ötən il Prezident İlham Əliyevin baramaçılığın inkişafı ilə bağlı çağırışına cavab olaraq təsərrüfatımızda 1,2 hektar sahədə 12 min tut tingi əkmişik. 1,2 hektarda salınan tut bağı yüksək aqrotexniki qulluq sayəsində sürətlə inkişaf edir. Ölkə başçısının işimizdən razı qalması bizim üçün çox önəmlidir.
Bundan sonra daha 50 min tut tingi əkəcəyik. Çünki dövlətimizin bu qayğısı bizi çayçılıq kimi baramaçılığı da inkişaf etdirməyə həvəsləndirir. Çalışacağıq ki, növbəti illərdə müasir kümxanamızı də tikib istifadəyə verək. Bu, bizə daha çox gəlir gətirməklə yanaşı, kənd yerində yeni iş yerlərinin açılmasına səbəb olacaq.
Azərbaycan Prezidentinin təsərrüfatımıza gəlişi, müşavirə zamanı çayçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq bu il ən müasir yapon texnologiyası ilə 5 hektar, gələn il isə daha 10 hektar sahədə yeni çay plantasiyası salmağı, həmçinin baramaçılıq, çəltikçilik və sitrusçuluq kimi rentabelli sahələri inkişaf etdirməyi qarşımıza məqsəd qoymuşuq.
Qaxda keçirilən müşavirədən sonra qısa müddət sonra çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə bağlı belə respublika müşavirəsinin Lənkəranda keçirilməsi bölgəmizin ənənəvi sahələri olan çayçılıq, sitrusçuluq və çəltikçiliyin inkişafına güclü təkan verəcək”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32

