/ / “Bütün bu uğurların davamlı olması üçün biz seçkilərə getməli və cənab İlham Əliyevə səs verməliyik”
“Bütün bu uğurların davamlı olması üçün biz seçkilərə getməli və cənab İlham Əliyevə səs verməliyik”
05.10.2013 [11:26]
Goranboy rayonunun Qızılhacılı qəsəbəsində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Goranboy rayon təşkilatı seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüş rayonun Qızılhacılı qəsəbəsində keçirilib.
YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov çıxış edərək deyib ki, Azərbaycan cəmiyyətinin birmənalı seçimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir. “Seçiçiləri qarşıdan gələn prezident seçkilərində aktiv iştirak etməyə və partiyamızın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram” - deyə, E.İsmayılov qeyd edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova isə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə Azərbaycanın qazandığı uğurlardan ətraflı şəkildə bəhs edib. Millət vəkili bildirib ki, bu illər ərzində ölkəmizin hər yerində abadlıq-quruculuq işləri gedib, bölgələrimizin siması dəyişib. Onun fikrincə, dövlət başçısının gördüyü işlər xalqın Ona inamını daha da gücləndirir. “Azərbaycan bütün sahələr üzrə inkişaf edir. Bu inkişaf da Prezidentimizin siyasətinin nəticəsidir. Azərbaycan, həmçinin, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Eyni zamanda, sabitlik və inkişaf baxımından da Azərbaycan dünyaya nümunədir. Bütün bu uğurların davamlı olması üçün biz oktyabrın 9-da seçkilərə getməli, cənab İlham Əliyevə səs verməliyik” - deyə, G.Məmmədova bildirib.
Millət vəkili deyib ki, seçicilər 9 oktyabrda cənab İlham Əliyevə səs verməklə firavan gələcəyə səs vermiş olacaqlar.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Mahir Aslanov müasir Azərbaycanın Ümummilli lider Heydər Əliyevin qurduğu möhkəm təməllər üzərində inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Millət vəkili bildirib ki, seçki hüququ hər bir vətəndaşın əsas konstitusion hüquqlarından biridir. Çünki dövlət hakimiyyətinin formalaşdırılması seçki yolu ilə baş tutur ki, burada da seçicilərin mövqeyi müstəsna rol oynayır: “Ona görə də, siz seçicilər yaxınlarınızla birlikdə oktyabrın 9-da seçki məntəqələrinə gedərək istədiyiniz namizədə səs verməlisiniz. Sizin seçiminizin cənab İlham Əliyev olacağına heç bir şübhə etmirik. Çünki müasir Azərbaycan məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənir. Əslində, cənab İlham Əliyevin təbliğata ehtiyacı yoxdur, amma bizlər öz vətəndaşlıq borcumuzu yerinə yetirib, seçki günü Ona səs verməliyik”.
Daha sonra çıxış edənlər - təbliğat-təşviqat qrupunun üzvü Nizami Abdullayev, seçicilər Rəfiqə Qurbanova, Eldar Orucov, Namiq Məmmədov və digərləri prezidentliyə namizəd cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın dünya miqyasında yüksək səviyyədə tanınmasından, dünyada öz mövqeyini möhkəmləndirməsindən danışıblar. Seçicilər YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43

