Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifidir
26.04.2014 [11:58]
Yevlaxda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə silsilə tədbirlərə start verilib
Yevlax şəhərində Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə silsilə tədbirlərə start verilib. Belə ki, aprelin 24-də Yevlax şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının birgə hazırladıqları təbirlər planına əsasən şəhərin müxtəlif yerlərində partiya fəallarının iştirakı ilə ağacəkmə kampaniyası keçirilib. Sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə şəhər məktəbliləri arasında şahmat turnirinə start verilib. Turnirin açılış mərasimində çıxış edən YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev Ulu öndər Heydər Əliyevin fəaliyyəti və Onun idmana qayğısı haqqında geniş nitq söyləyib. Natiq Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini, həmçinin, ölkədə gəncliyə və idmanın inkişafına diqqət və qayğı göstərilməsini xüsusi olaraq vurğulayıb.
Əli Quliyev onu da deyib ki, YAP Yevlax rayon təşkilatı artıq 10 ildir yerli “Kür” qəzeti ilə birlikdə bu turiniri keçirir. İsveç sistemi ilə keçirilən budəfəki yarışlarda isə iki yaş qrupda ümumilikdə 110 nəfərdən artıq məktəbli öz qüvvəsini sınayacaq. Turnir mayın 2-də başa çatacaq. Qaliblər YAP Yevlax rayon təşkilatının Fəxri fərmanı və qiymətli hədiyyələri ilə təltif olunacaqlar.
Sonra çıxış edən Yevlax şəhər İcra Hakimiyyətinin əməkdaşı Vaqif Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və turnirin keçirilməsi münasibəti ilə iştirakçıları təbrik edib.
Bu silsilədən növbəti tədbir isə aprelin 25-də rayonun Telekommunikasiya Qovşağında keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli liderin şəhərin baş meydanında ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan Telekommunikasiya Qovşağının marketinq və satış şöbəsinin qrup rəhbəri Taleh Qurbanov bildirib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dönəmlərdə Azərbaycan gənclərinə xüsusi diqqət və qayğı ilə yanaşıb, onların sağlam böyüməsi, təhsil alması, yüksək vəzifələrə irəli çəkilməsi, bir sözlə, hərtərəfli inkişafının qayğısına qalıb: “Fəxrlə söyləmək olar ki, bu siyasət indi də Onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Sonra çıxış edən YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev, rayon təşkilatının Qadınlar Şurasının sədri, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, həmçinin, Telekommunikasiya Qovşağının marketinq şöbəsinin əməliyyatçısı Nurlana Talıbova, İnternet satış provayderinin şöbə rəisi Ramin Əliyev, qovşağın əməkdaşları Şəlalə Zeynalova, Sevinc Yaqublu müasir Azərbaycanın əldə etdiyi uğurları Ulu öndərin məqsədyönlü siyasətinin təntənəsi kimi dəyərləndiriblər. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifidir.
Sonda Telekommunikasiya Qovşağında çalışan bir qrup fəal gəncə YAP Yevlax rayon təşkilatının Fəxri fərmanları təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

