Gəncə gəncləri “Vətənpərvərlik milli-mənəvi dəyərimizdir” mövzusunda videokonfrans keçirib
21.08.2020 [09:15]
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Vətənpərvərlik milli-mənəvi dəyərimizdir” mövzusunda videokonfrans keçirilib. Onlayn konfransda Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, Elm üzrə Prezident mükafatçısı, YAP Gəncə şəhər təşkilatının sədr müavini, tədqiqatçı-alim Elnur Həsənov və 100-ə yaxın fəal gənclər iştirak edib.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev videokonfransda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının aktuallığından danışıb, gənclərə vətənpərvərlik hissinin aşılanmasının hər bir xalqın sabahını təmin edən amillərdən olduğu qeyd edib. Milli Məclisin deputatı xüsusi ilə vurğulayıb ki, ölkəmizdə gənclərin bu istiqamətdə tərbiyə olunmasına Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrlərdən başlanılıb. Ulu Öndər hər zaman gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Bu gün Ümummilli Liderin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən gənclər siyasəti uğurla həyata keçirilir. Məhz bu siyasət sayəsində ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan gənclər ordusu formalaşıb.
Naqif Həmzəyev çıxışında həmçinin gənclərimizin dünyanı ağuşuna alan “gözəgörünməz bəla” sayılan COVİD-19-la mübarizədə fəallıq göstərdiklərinə diqqət çəkərək qeyd edib ki, belə bir çətin dönəmdə, pandemiya şəraitində gənclərimiz birlik və həmrəylik nümayiş etdirirlər.
Onun sözlərinə görə, ötən ay işğalçı Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törədilən hərbi təxribatın qarşısının ordumuz tərəfindən alınmasından və düşmənə layiqli cavab verilməsindən sonra baş verənlər isə Azərbaycan gənclərinin milli-mənəvi ruhda yetişdiyini bir daha təsdiqlədi: “Gənc nəsil bir daha sübut etdi ki, onlar cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib və işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etməyə hər an hazırdırlar”.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri çıxışının sonunda gəncləri sosial şəbəkələrdə milli-mənəvi dəyərlərimizin, tarixi abidələrimizin təbliği, həmçinin vətənpərvərliklə bağlı paylaşımlarda fəal olmağa səsləyib.
YAP Gəncə şəhər təşkilatının sədr müavini Elnur Həsənov isə çıxışında gənc nəslin Vətəninə, doğma Azərbaycana bağlı olmasından danışıb: “Gənclərimizin nümayiş etdirdikləri vətənpərvərlik tədqirəlayiqdir və bu da Azərbaycan gənclərinin monolitliyinin, Ali Baş Komandanın ətrafında sıx birləşməsinin, mübarizliyinin və vətənpərvərliyinin təsdiqidir”.
Videokonfransda çıxış edən gənclər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəallıq göstərdiklərini, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın tərəqqisi, müstəqilliyimizin möhkəmləndirilməsi, işğal altında qalan torpaqlarımızın azad olunması üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Ali Baş Komandanın “İrəli!” əmrinə hər an hazır olduqlarını bildiriblər.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54

