/ / YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Ədalət Fərəcovun 85 illik yubileyi münasibətilə görüş keçirilib
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Ədalət Fərəcovun 85 illik yubileyi münasibətilə görüş keçirilib
16.04.2021 [09:03]
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü, professor Ədalət Fərəcovun 85 illik yubileyi münasibətilə görüş keçirilib.
Partiyadan AZƏRTAC-a bildiriblər ki, Yeni Azərbaycan Partiyası sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Yubilyarın elmi yaradıcılığı və siyasi fəaliyyətindən bəhs edən Tahir Budaqov qeyd edib ki, Azərbaycanda biologiya elminin inkişafında xüsusi xidmətləri olmuş dəyərli alim, professor Ədalət Fərəcov gənc nəslin təlim-tərbiyə irsinin formalaşmasında da dəsti-xətti ilə seçilən görkəmli ziyalılardandır. Ədalət Fərəcov, eyni zamanda, ölkəmizin ictimai-siyasi həyatında, ümummilli məsələlərə münasibətdə əsl vətəndaş və ziyalı mövqeyi ilə seçilib, Azərbaycanı üzləşdiyi dərin böhran vəziyyətindən xilas etmək naminə Ulu Öndər Heydər Əliyevə tarixi müraciət edən “91-lər”dən biri olub. Ədalət Fərəcov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb, Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunub.
Qeyd edilib ki, professor Ədalət Fərəcov zəngin və şərəfli həyat yolu boyunca bir ziyalı kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, bu gün də Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü kimi ictimai-siyasi fəaliyyətini uğurla davam etdirir.
Yubilyarı doğum günü münasibətilə təbrik edən YAP-ın Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə professor Ədalət Fərəcovu hər zaman öz sözü və dəyişməz mövqeyi olan vətəndaş kimi xarakterizə edib.
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən göstərilən diqqətə və ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü bildirən Ədalət Fərəcov partiyanın VII Qurultayında ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə dərin minnətdarlığını ifadə edib, Azərbaycanın bundan sonra daha da inkişafı naminə səy və bacarığını əsirgəməyəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

