/ / Biz gənclər fəxr edirik ki, Ulu Öndərin qurduğu və gələcəyini bizə həvalə etdiyi dövlətin vətəndaşlarıyıq
Biz gənclər fəxr edirik ki, Ulu Öndərin qurduğu və gələcəyini bizə həvalə etdiyi dövlətin vətəndaşlarıyıq
29.04.2021 [09:02]
Hər bir ölkənin gələcəyinin etibarlı təminatçısı sağlam düşüncəli gənc nəsildir. Gənclər bütün dövrlərdə bütün cəmiyyətlərin ən dinamik və enerjili aparıcı qüvvəsini təşkil ediblər. Gənclərin adı, bir qayda olaraq, yeniliklərlə, proqressiv dəyişikliklərlə assosiasiya olunur. Deyilənlər baxımından müstəqil Azərbaycanda gənclərin hərtərəfli qayğı ilə əhatə olunmaları, gənclər siyasətinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi təqdirəlayiq haldır. Gənclərin yüksəksəviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Öz növbəsində, kreativ düşüncə tərzi ilə seçilən Azərbaycan gəncləri ölkədə yaradılan əlverişli mühitdən maksimum dərəcədə bəhrələnərək böyük fəallıq nümayiş etdirir və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə öz layiqli töhfələrini verirlər.
Bu gün Azərbaycan gənclərinin fəallığından, üstün keyfiyyətlərindən söhbət açarkən keçilmiş yola nəzər salmaq yerinə düşər. Sağlam əqidəli, geniş erudisiyalı, müasir düşüncəli və eyni zamanda, milli ruhlu gənclər ordusunun formalaşması ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Azərbaycanda uğurlu gənclər siyasətinin əsasını isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoyub. Azərbaycan gəncliyinin bir nümayəndəsi kimi tam qətiyyətlə demək istəyirəm ki, Ulu Öndər Heydər Əliyev gənc nəslin müasir tələblərə uyğun təhsil almasında, bilik və bacarıqlarını davamlı şəkildə artırmasında, onların ləyaqətli vətəndaş kimi yetişməsində misilsiz xidmətləri olan bir dövlət xadimidir. Ulu Öndərimizin gənclərin ikinci forumunda ifadə etdiyi “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha böyük olacaqdır. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq” fikirləri Onun gənclərə qəlbən inandığını və etimad göstərdiyini əyani şəkildə təsdiqləyir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən arzuolunmaz ictimai-siyasi hadisələrin, hakimiyyət böhranının, hərc-mərcliyin, vətəndaş qarşıdurması təhlükəsinin getdikcə artmasının, düşmən təcavüzünün miqyasının genişlənməsinin və bu kimi digər mənfi proseslərin fonunda gənclərin qarşılaşdıqları problemlərin miqyası da kifayət qədər böyük idi. Belə şəraitdə gənclərin müxtəlif məkrli vasitələrlə siyasi oyunlara, siyasi qruplaşmalara cəlb olunmaları ciddi narahatlıq yaradırdı. Zəngin həyat və dövlət idarəçiliyi təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra belə təhlükəli proseslərə birdəfəlik son qoydu. Təlatümlü bir şəraitdə Öz xalqının çağırışına biganə qalmayaraq müstəqil Azərbaycanın idarəetmə sükanının arxasına keçən Ulu Öndər gənclərə böyük rəğbətinin və inamının ifadəsi olaraq ilk görüşlərindən birini məhz onlarla keçirdi. Bu görüşdə gənclər özlərinin arzu və istəklərini, həmçinin üzləşdikləri problemləri inandıqları və güvəndikləri Ulu Öndərimizin diqqətinə çatdırdılar. Gənclərin bəhs olunan görüşdə səsləndirdikləri fikirlər və irəli sürdükləri təkliflər ölkəmizdə gənclər siyasətinin formalaşmasında bir növ yol xəritəsi rolunu oynadı. Sonrakı mərhələdə Ulu Öndərimizin siyasi iradəsi və imzaladığı bir sıra mühüm sənədlər əsasında respublikamızda məqsədyönlü gənclər siyasəti formalaşdırıldı.
Müstəqil Azərbaycanın həyatının bütün sahələrində dahi şəxsiyyət Heydər Əliyevin imzası var. Biz gənclər fəxr edirik ki, Ulu Öndərin qurduğu və gələcəyini bizə həvalə etdiyi dövlətin vətəndaşlarıyıq. Hazırda ölkəmizdə Ümummilli Liderimizin əsasını qoyduğu siyasi kursu, o cümlədən də gənclər siyasətini Onun layiqli varisi olan Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan möhtəşəm uğurlara imza atır. Öz növbəsində, gənclər də Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizdə həyata keçirilən inkişaf siyasətini birmənalı şəkildə dəstəkləyir və bu inkişafa öz layiqli töhfələrini verirlər.
Nərgiz BABAYEVA,
YAP Gənclər Birliyinin üzvü
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

