/ / “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
31.07.2021 [09:14]
İyulun 30-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib.
Tədbiri açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov layihənin gənclər üçün əhəmiyyətindən, həmçinin mövzunun aktuallığından bəhs edib.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Fuad İbrahimov Azərbaycan gənclərinin milli ruhda formalaşmasından, azərbaycançılıq ideyası ətrafında sıx birləşməsindən, tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə bağlılıqlarından bəhs edərək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Xalqlar bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” tezisini diqqətə çatdırıb.
F.İbrahimov bildirib ki, mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir: “Xalqımız zəngin mədəniyyətə malikdir. Son 17 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyətimizin, mili-mənəvi dəyərlərimizin qorunması və inkişafı, ən əsası gənclərimizin milli ruhda tərbiyəsi istiqamətində atdıqları addımlar davamlılığı ilə diqqət çəkir. Milli mədəniyyətimizin, musiqimizin inkişafına, təbliğinə xüsusi diqqət yetirən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə bu gün üçün deyil, gələcək naminə görülən misilsiz xidmət kimi dəyərləndirilir. Muğam sənətinin inkişafına göstərilən diqqət və qayğı göz önündədir. Mehriban Əliyevanın qeyd etdiyi kimi, muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır”.
F.İbrahimov, həmçinin vurğulayıb ki, harada yaşamağımızdan asılı olmayaraq hər birimiz tariximizi, mili-mənəvi dəyərlərimizi qorumalı, inkişaf etdirməli, gələcək nəsillərə çatdırmalıyıq.
Diqqəti böyük qürur hissi ilə Şuşada keçirilmiş “Xarıbülbül” musiqi festivalına yönəldən məruzəçi bu unikal musiqi bayramında çıxışından məmnunluğunu ifadə edib. Bildirib ki, bu festival dünyaya mesaj oldu: “Festivalın birinci günü müxtəlif xalqların, millətlərin musiqi yaradıcılığının təqdimatı Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə olduğunu bir daha dünyaya çatdırdı. Şuşamızın mədəniyyət paytaxtı elan edilməsi, "Xarıbülbül" musiqi festivalının keçirilməsi ənənəsinin bərpası, Cıdır düzündən muğamlarımızın səslənməsi, əlbəttə ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda böyük qürur hissi yaradır. Zəfərimiz qürurumuzdur”.
Daha sonra gənclərin çoxsaylı suallarını cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

