/ / Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi" partiyanın gənclərə olan diqqət və qayğısının nümunəsidir
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi" partiyanın gənclərə olan diqqət və qayğısının nümunəsidir
04.07.2012 [00:04]
Xəbər verildiyi kimi, iyul ayının 2-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkil etdiyi “Liderliyə gedən yol” “Yay məktəbi” Oğuz rayonunda öz işinə başlayıb. “Yay məktəbi”nin ikinci günündə müxtəlif məsələlərə dair diskussiyalar davam etdirilib, eyni zamanda, interaktiv oyunlar keçirilib.
öncə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası gənclərin nəzəri ilə” mövzusunda diskussiya keçirilib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əhəmiyyətindən bəhs edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, müasir dövlətlərin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini ümummilli tərəqqinin konseptual əsaslarının hazırlanıb həyata keçirilməsi təşkil edir. Bu istiqamətdə isə milli dəyərlərə və maraqlara müvafiq surətdə təsbit edilmiş konsepsiyanın müəyyən və icra olunması strateji zərurət qismində çıxış edir.
Müzakirələrdə iştirak edən gənclər deyiblər ki, hər bir dövlətin milli inkişaf konsepsiyası özündə ümumi və xüsusi məqsədləri ehtiva edir. Daha da dəqiqləşdirsək, milli inkişaf konsepsiyasında milli maraqlardan irəli gələn təməl strateji vəzifələr və məsələlər öz əksini tapır. Təbii ki, başlıca strateji məsələlər qismində siyasi, iqtisadi, sosial, mədəni, hüquqi sahələrdə müəyyənləşdirilmiş prioritetlərə müvafiq surətdə təsbit edilən missiya və vəzifələr çıxış edir. Başqa sözlə, milli inkişaf konsepsiyası konkret zaman müddəti üçün nəzərdə tutulmuş milli məqsəd və vəzifələri özündə ehtiva edən əsas rolunu oynayır. Sirr deyil ki, dünya praktikasında milli inkişafın müxtəlif modelləri mövcuddur.
Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan və 2020-ci ilədək dövrü əhatə edəcək “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəfi Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil etməkdir. Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılmasının əsas məqsəd kimi nəzərdə tutulduğu sənədin icra olunması nəticəsində respublikamızda iqtisadi inkişaf, sosial rihaf, siyasi institutlaşma prosesləri daha üstün səviyyəyə çatacaq.
Diqqətə çatdırılıb ki, Azərbaycanın da inkişaf etmiş ölkələr sırasına düşməsi üçün lazım olan bütün faktorlar və şərait hazırda ölkəmizdə mövcuddur. İlk növbədə iqtisadiyyatın daha sürətli inkişaf etdirilməsi üçün insan potensialı və kapital var. Azərbaycanın böyük əksəriyyətinin əmək və intellektual qabiliyyətli insan potensialı olan dünyanın bir sıra dövlətlərindən irəlidə olması respublikamızın inkişaf etmiş ölkələr sırasına daxil olmaq şanslarını daha da artırır. Elmin və təhsilin inkişaf etdirilməsi ilə elmtutumlu iş sferalarının, bilik iqtisadiyyatının formalaşdırılması, müxtəlif peşə sahələrinin yaradılması, eyni zamanda, intensiv istehsalı həyata keçirən sənaye obyektlərinin işə salınması və s. Azərbaycanın postsənaye erasına daxil olmasını labüdləşdirəcək. Gələcək 10 il ərzində isə qeyri-neft sektorunun inkişafı hesabına daha çox yeni müəssisələrin və iş yerlərinin açılması, maaş və pensiyaların artırılması, yoxsulluğun və işsizliyin minimal həddə çatdırılması, yekun olaraq, cəmiyyətin rombvari inkişafının təmin edilməsilə, orta təbəqənin sosial-iqtisadi və ictimai-siyasi proseslərdə iştirak payının daha da yüksəldilməsi həyata keçiriləcək. Bir sözlə, qısa müddətə hesablanan yeni İnkişaf Konsepsiyası Azərbaycanın sonrakı 30-50 illik tərəqqisi üçün möhkəm bir özül rolunu oynayacaq.
Daha sonra isə gənc fəallar “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı öz fikir və rəylərini bildiriblər. Qeyd edilib ki, bəhs olunan Konsepsiyada inkişafın təməl istiqamətləri və prioritetləri müəyyənləşdirilib. Vurğulanıb ki, müəyyən edilmiş hədəflərə çatmaq üçün kifayət qədər potensial var. Ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində yüksək tərəqqinin təməli qoyulub. Bu gün isə Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyanın ən sürətli inkişaf tempinə malik olan ölkələrindən birinə çevrilib.
Bunun ardınca isə “İKT-nin müasir imkanlarından istifadə: sosial şəbəkələr” mövzusunda növbəti seminar-diskussiya keçirilib. Qarşılıqlı fikir mübadiləsi əsasında baş tutan diskussiyada İKT sektorunun inkişafının əhəmiyyətindən bəhs edilib, bu sahədə əldə edilmiş nailiyyətlər vurğulanıb. ölkəmizdə İKT sektorunun sürətlə inkişaf etdiyinin qeyd olunduğu diskussiyada bildirilib ki, gənclər sosial mediadan səmərəli və milli maraqlara müvafiq surətdə istifadə etməklə, həm özlərinin intellektual potensiallarını artırmalı, həm də cəmiyyətdə hökm sürən zərərli tendensiyaların aradan qaldırılmasına yardımçı olmalıdırlar.
Qeyd edək ki, “Yay məktəbi”ndə iştirak edən gənclər də tədbirin, təşkil olunma səviyyəsini, aparılan diskussiyaları olduqca yüksək qiymətləndirirlər. Məsələn, Rahil Şükürov qeyd edib ki, dövlətimizin həyata keçirdiyi səmərəli gənclər siyasəti sayəsində bu gün cəmiyyətimizdə gənclərin fəallığı yüksək səviyyədədir və gənclər milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşiblər: “Qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hər il təşkil etdiyi “Yay məktəbləri” gənclərin fəallığı və intellektual potensialının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir”.
“Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi” təkcə asudə vaxtın səmərəli dəyərləndirilməsi deyil, həm də gənclərdə yeni intellektual vərdişlərin formalaşması, onların bilik və bacarıqlarının artırılması üçün mühüm vasitədir”. Bunu isə Leyla Kərimova bildirib.
Vüsalə Məmmədovanın fikrincə isə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi” partiyanın gənclərə olan diqqət və qayğısının nümunəsidir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti milli inkişafımıza təkan verməklə yanaşı, həm də gənclərdə sabaha inam hissini daha da gücləndirib”.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

