Snerjinin rəsmləri və İlham Əliyevə qarşı "bez müxalifətçiliyi"
31.05.2023 [00:01]
Türkiyədəki seçkilərdə Ərdoğanın rəqibi Kamal Qılıncdaroğlu deyildi, "Ərdoğan düşmənliyi" idi.
Bunu bir az izah edim.
Osmanlı ötən əsrin əvvəllərində çökdü, paytaxtı daxil əraziləri işğal olundu. Mustafa Kamal Atatürk qurtuluş savaşı başladaraq imperialist gücləri ölkədən çıxardı, Cümhuriyyət elan etdi. Mustafa Kamal çox görkəmli sərkərdə olmaqla birgə, həm də dərin intellekt sahibi idi. Osmanlını çökdürən səbəbləri düzgün təhlil edərək sekulyarlığa, elmi-texniki tərəqqiyə önəm verir, toplumun istehsal gücünü artırırdı.
Atatürkün vəfatından sonra Türkiyəni ayaqda saxlayan mərkəzləşmiş dövlət aparatının öz gücünü qorunması oldu. Zira 2-ci dünya müharibəsindən sonra Türkiyə seçim etməli idi. Ya Marşal planını qəbul edib Qərbdən dəstək almalı, ya da SSRİ-nin təsirinə düşməli idi. Türkiyə siyasətçiləri o dönəm doğru qərar verdilər. Nəticədə NATO yarananda Türkiyə də üzv dövlətlərdən biri oldu.
Amma Qərb Türkiyəni daim kontrol altında tutmaq istəyirdi. Bunun əsas formulu "düşünmə, qışqır" idi. Bu formal altında Türkiyənin istehsal gücünü, hərbi sənayesini və xarici siyasətini öz nəzarətində saxlayırdılar. SSRİ-nin dağılması ilə Türkiyənin Qərbdən asılı edən əsas təhlükə aradan qalxdı. Müəyyən müddət davam edən inersiyadan sonra iqtidara Ərdoğan gəldi. Ərdoğanın qarşısında on illər ərzində formalaşmış "asılı sistem", yanında isə yenə Qərbin nəzarətində olan qüvələr vardı. Ərdoğan öz liderlik keyfiyyətləri ilə hər iki cinaha qalib gəldi. "Asılı sistem" prezidentlik üsul-idarəsi ilə əvəz edildi, istehsal, o cümlədən hərbi-sənayeni gücləndirildi, xarici siyasətdə "ancaq öz maraqlarımızdan çıxış edəcəyik" prinsipi formalaşdırdı. Bütün bunlar iç və dış gücləri Türkiyədə "Ərdoğan düşmənliyi" formalaşdırmağa sövq etdi.
28 may seçkilərində "Ərdoğan düşmənliyi" üzərindən qurulan son plan iflasa uğradı. Xalqın yarıdan çoxu Ərdoğanı dəstəklədi, Ərdoğan mahir siyasət ustası olduğunu bir daha isbat etdi.
Bu prosesdən bizim alacağımız ən önəmli ibrət nədir?
Uzun illərdir Azərbaycanda da eyni ssenari icra olunur, xaricdən ən aqressiv və ən əxlaqsız formada, daxildən isə bir qədər yumşaq vasitələrlə "İlham Əliyev düşmənliyi" formalaşdırılır. Motivlər də eynidir. Kürəsəl güclər Azərbaycanın istehsalçı toplum olmasını, ordumuzun güclənməsini, müstəqil daxili və xarici siyasət yürütməsini həzm etmirlər. Rusiya, İran, Qərb dövlətləri Azərbaycanın müstəqillik xarakterini heç cür qəbul etmək istəmirlər. Bununla belə, sonda "bizimlə heç kəs təhdid dilində danışa bilməz" deyən Azərbaycan prezidentinin iradəsini qəbul edirlər. Çünki xalq və dövlət, xalq və dövlət başçısı arasında inam bağı, etimad bağı güclüdür. Sadə bir misal çəkim. Prezident İlham Əliyev Azərbaycanın istənilən rayonuna gedər və hər rayonda azı 100 sosial və inzibati binanın- məktəb, xəstəxana, idman kompleksi, mədəniyyət evi və s- qarşısında dayanıb "bunu mən tikmişəm" deyə bilər. Ancaq Azərbaycanda özünü müxalif lider sayan heç kim hətta bir toyuq damına əl uzadıb onu öz siyasətinin əsəri kimi təqdim edə bilməz.
Sosial problemlər və narazılıq dünyanın istənilən ölkəsində və tarixin istənilən dövründə olub və olacaq. Dialektikanın əsas qaydalarından biri həll olunan problemlərin yeni problem yaratmasıdır. Məsələn, srağagün problem Laçının qaytarılması, dünən laçınlıların yurdlarına dönüşü idi. Bu problemlər həll olundu və həll olunmaqla yeni problemlər yaratdı. İndi biz yenidən məskunlaşan Laçının yeni problemlərindən danışacağıq. Ona görə də amerikanlılar həmişə deyirlər ki, problemsiz düşməniniz olsun!
Düşmən demişkən, istənilən azadlıqsevər xalq həmişə milli təhlükəsizlik məsələsi aktual olanda sosial problemləri arxa plana keçirir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin iclasında Baş nazir Fətəli xan Xoyski çitin bahalaşmasına görə tənqid olunanda tarixi bir cavab vermişdi: "Biz burada dövlət qururuq, siz bez müxalifətçiliyi edirsiniz". Dövlət müstəqilliyinin möhkəmlənməsi prosesindı "bez müxalifətçiliyi" edənlər həmişə tapılacaq. Bu "bez müxalifətçiliyi"nə, sosial şəbəkələrdən, youtub kanallarından ölkəmizə ixrac olunan "Əliyev düşmənçiliyi"nə torpaqlarımızın işğalı ilə tapdanmış azərbaycanlı ləyaqətini və qürurunu 44 günlük savaşla bərpa edən liderə qarşı bütün məsuliyyətsiz və mənəvyatsız həmlələrə qarşı çıxmaq isə ilk növbədə bizim vətəndaşlıq borcumuzdur.
44 günlük savaşdakı tarixi zəfərimiz İlham Əliyevin reytinqini maksimuma çatdırıb. Bu, sadəcə, reytinq qabarması deyil, eyni zamanda, yeni dayanıqlı elektoral seqment deməkdir. Elektoratın Şərqi Zəngəzur və Qarabağ kəsimini artıq tərəddüd etmədən İlham Əliyevin dayanıqlı elektoral bazası saymaq olar. Bu baza həm mərhum Heydər Əliyevə, həm də İlham Əliyevə müxalifətçilik edənlər üçün cəlbedici olub. Dövlət başçısının Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama, Füzuliyə, Zəngilana, Cəbrayıla, Qubadlıya, Suqovuşana səfərlərində o torpaqlarda doğmuş və böyümüş insanlar qədər sevinən, fərəhlənən, arzuları çin olmuş bir lider görürük. Doğma yurdunun azad olunması xəbərini o liderin ağzından eşidənlər, obasına qədəm basar-basmaz hönkür-hönkür ağlayaraq qovuşdurana şükr edənlər, torpaqlarımızı düşmən tapdağından qurtaran şəhidlərimizə rəhmət, qazilərə can sağlığı diləyərək müzəffər Ali Baş Komandana minnətdarlıq duyğusu yaşayanlarla İlham Əliyevin arasına heç bir siyasi fiqur girə bilməz bundan sonra. Bu, siyasətdən də, seçkidən də ötəyə varan, tərəqqimizin snerjisinə çevrilən bir xalq sevgisidir.
Mən bu snerjinin və bu snerjinin mənbəyi olan xalq sevgisini haqq edən Liderin Qərbi Zəngəzuru da azad edəcəyinə bütün varlığımla inanıram.
Taleh ŞAHSUVARLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

