Cinayətkarların axtarışında...
07.09.2023 [12:25]
İnterpolun yaranmasından 100 il ötür
Beynəlxalq Cinayət Polisi Təşkilatı olan İnterpol 1923-cü il sentyabrın 7-də Vyanada beynəlxalq cinayət polisi komissiyası kimi təşkil olunub. Təşkilatın qüvvədə olan Nizamnaməsi 1956-cı ildə qəbul edilib. İnterpolun üzvü olan ölkələrdə Milli mərkəzi bürolar yaradılır. İnterpolun fəaliyyəti, əsasən, həddi-buluğa çatmamışların cinayətkarlığı, narkotik maddələrlə kontrabanda və onların qeyri-tibbi istifadəsi ilə, qəlp pulkəsmə və qiymətli kağızları saxtalaşdırma ilə, daxili və xarici mülki aviasiya xətlərində banditizm ilə mübarizəyə yönəldilib. Hazırda 190 ölkənin üzv olduğu təşkilata Azərbaycan da 4 noyabr 1992-ci ildən üzv olub.
İnterpol nədir?
Beynəlxalq Cinayət Polisi Təşkilatı olan İnterpol hökumətlərarası bir təşkilatdır. Onun əsas məqsədi dünyanın hər yerindən polisin cinayətlə mübarizə aparmaq və dünyanı daha təhlükəsiz etmək üçün birləşə biləcəyi platforma kimi xidmət etməkdir. İnterpol bütün dünyadan polis və cinayətlər üzrə ekspertlər şəbəkəsini birləşdirir və əlaqələndirir. Hər bir üzv dövlətdə İnterpol-un Milli Mərkəzi Büroları (NCB) mövcuddur. Bu bürolar milli polis məmurları tərəfindən idarə olunur.
İnterpol cinayətlərin təhqiqatında və kriminalistika məlumatlarının təhlilində, habelə qanundan qaçan şəxslərin tutulmasında köməklik göstərir. Onların real vaxt rejimində əldə edilə bilən cinayətkarlar haqqında geniş məlumatı ehtiva edən mərkəzi məlumat bazaları var. Ümumiyyətlə, bu təşkilat millətlərə cinayətlə mübarizədə dəstək verir. Diqqətin əsas istiqamətləri kibercinayətkarlıq, mütəşəkkil cinayətkarlıq və terrorizmdir. Cinayət daim inkişaf etdiyi üçün təşkilat cinayətkarları izləmək üçün daha çox yollar axtarmağa çalışır.
İnterpolun “Qırmızı bildiriş”i
Haqqında çox eşitdiyimiz “Qırmızı bildiriş” əhəmiyyətli bir sənəddir. Bu, iddia edilən cinayətkarın müvəqqəti saxlanılması üçün dünya üzrə beynəlxalq hüquq-mühafizə orqanlarına müraciətdir. Bu bildiriş bir ölkənin hüquq-mühafizə orqanlarının cinayətin açılması və ya cinayətkarın tutulması üçün digər ölkələrdən kömək istəməsi tələbidir. Bu bildiriş olmadan cinayətkarları bir ölkədən digərinə keçərkən izləmək mümkün deyil.
Onlar bu müvəqqəti həbsi təslimolma, ekstradisiya və ya hər hansı digər qanuni əməliyyata qədər edirlər. İnterpol bu bildirişi üzv ölkənin tələbi ilə verir. Axtarışı tələb edən ölkənin şübhəlinin vətəni olması şərt deyil. Əsas məsələ cinayətin törədildiyi ölkə olmasıdır.
Qırmızı bildirişlərin verilməsi bütün ölkələrdə böyük əhəmiyyət kəsb edir. Bu o deməkdir ki, sözügedən şübhəli şəxs ictimai təhlükəsizliyə təhdiddir və ona bu cür yanaşılmalıdır. Bununla yanaşı Qırmızı bildiriş, beynəlxalq həbs orderi deyil. Bu, sadəcə olaraq axtarışda olan şəxs haqqında xəbərdarlıqdır. Hər bir üzv dövlət Qırmızı bildirişdə olan şəxsə hansı hüquqi dəyər verdiyinə və hüquq-mühafizə orqanlarının həbslər etmək səlahiyyətinə özü qərar verir.
İnterpol sosial mediada...
Sosial media İnterpol və ya hər hansı bir hüquq-mühafizə orqanı üçün məlumat toplamağa köməkçi olduğunu sübut edir. Sosial medianın köməyi ilə İnterpol bir çox şey edə bilər.
Məsələn, ictimaiyyətlə əlaqə qurur. İnterpol “Instagram”, “X” və digər sosial media şəbəkələrindədir. Bu ələqələrdə məqsəd kütlə ilə əlaqə yaratmaq, məlumat ötürmək və ən əsası çoxsaylı, lazımlı məlumat toplamaqdır. Bundan əlavə, bu platformalar ictimaiyyətə qeyri-qanuni fəaliyyətlərdə iştirakda şübhəli bilinən hər hansı bir şəxs və ya qrup haqqında məlumat verməyə imkan verir.
Digər bir məsələ məhkəmə çağırışı vərəqəsinin sosial mediada paylaşılmasıdır. Məlumdur ki, sosial media axtarışda olan cinayətkarların tapılmasında mühüm rol oynayır. Çağırış vərəqəsinin köməyi ilə İnterpol anonim sosial media yazıları və hesabları arxasında gizlənən cinayətkarları aşkar edə bilər. Qeyd edək ki, çağırış vərəqəsi qanuni məqsədlər üçün, xüsusən də şəxsi məlumatları əldə etmək üçün məhkəmə tərəfindən verilən icazədir.
İnterpol sosial şəbəkələr vasitəsilə həm də şübhəlilərin olduğu məkanı izləyir. Çünki sosial media İnterpol-a şübhəlilərin yerini izləməyə imkan yaradır. Şəkillərdən, videolardan istifadə etməklə İnterpol şübhəlilərin dəqiq harada olduğunu müəyyən edə bilir. Bu, şübhəlilərin olduqları yeri etiketləməsi sayəsində hətta böyük cinayət sindikatlarını izləməkdə faydalı olub. “İnstagram” kimi bəzi sosial medialar, əsasən, yer etiketləməsindən istifadə edir, bu da hüquq-mühafizə orqanlarının foto sübutlara çıxış əldə etməsini asanlaşdırır.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxElm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21

