Ermənistanın “imtina siyasəti”, yaxud Ermənistandan imtina…
07.09.2023 [11:55]
Nurlan QƏLƏNDƏRLİ
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Sentyabrın 1-də ABŞ Dövlət katibi Antoni Blinken ilə Prezident İlham Əliyevin telefon söhbəti zamanı bölgə və dünya üçün aktual, önəmli və zəruri məsələlərə diqqət yetirildi. Azərbaycan Prezidenti bir çox mühüm məsələlərə toxundu, xüsusilə də regional təhlükəsizliklə bağlı vacib nüansları nəzərə çatdırdı. Dövlət başçısının üzərində durduğu məqamlardan biri də Ermənistanın və himayə etdiyi separatçıların “imtina siyasəti” oldu:
- Prezident İlham Əliyev vurğuladı ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib;
- Azərbaycan Prezidenti qeyd etdi ki, Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır və həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün məqsədyönlü yalandır;
- Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onların bundan imtina etdiklərini xatırlatdı.
Tarixi şans, real fürsət…
Aydındır ki, hərb meydanında qalib gələn Azərbaycanın diplomatik müstəvidə strateji gedişləri bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırır. Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar, çağırışlar meydana çıxır. Bu, regionda bütün dövlətlər üçün faydalı və perspektivlidir. Müharibədə məğlub olan Ermənistan üçün də... Ermənistan isə, əslində, bir daha heç vaxt əldə edə bilməyəcəyi tarixi şansdan, real fürsətdən və praqmatik seçimdən hazırda imtina edir.
İlk addım: reallığın qəbulu
Əlbəttə, Azərbaycanın qarşısında ağır hərbi məğlubiyyətə düçar olmaq uzun illər yalanlarla silahlanmış, miflərlə yaşamış, ziddiyyətdən qidalanmış (və zəhərlənmiş) Ermənistan tərəfindən məyusluqla qarşılanır, faciə kimi qəbul edilir. Amma əslində, Azərbaycanın yaratdığı reallıq - yeni geosiyasi şərait Ermənistanın xilas yoludur, onun üçün siyasi nəfəslikdir. Bu yolda ilk addımı atmaq üçün isə gerçəkliyi qəbul etmək gərəkdir.
Nə itirdi, nə qazana bilər?
Kimsə İrəvana təsəlli vermək fikrində - niyyətində deyil. Amma Ermənistan de-yure müstəqil olduğu 30 illik dönəmə nəzər salsa, nə itirdiyini və bundan sonra nə qazana biləcəyini anlayar. O da dərk olunar ki, məğlub ölkə qalibə çevrilə bilər - ancaq öz yalanları, mifləri, ambisiyaları, ictimai-siyasi hikkəsi üzərində qələbə çala bilər.
Tənəzzülün səbəbləri, məğlubiyyət dərsləri…
Öncə təftiş etməlidirlər - ölkəni iqtisadi tənəzzülə, siyasi xaosa, regional təcrid vəziyyətinə, məğlubiyyətə aparan faciənin səbəbləri nə olub?
Səbəblər aydın, nəticə məlumdur:
- Siyasi-ideoloji virusa yoluxdular: tarixi saxtalaşdırmağa çalışdılar - “qədim xalq” olduqlarını iddia edərək, “böyük Ermənistan” xülyası ilə yaşayaraq qonşu ölkələrə (xüsusilə də, Azərbaycan və Türkiyəyə) qarşı ərazi iddiaları ilə çıxış etdilər;
- Bölgədə təsir imkanları olan böyük dövlətlərə - güc mərkəzlərinə sığınaraq müstəqil ölkə yox, geosiyasi alət olmağı seçdilər, müstəqil qərar qəbul, sərbəst hərəkət edə bilmədilər. Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan sadəcə olaraq forposta çevrildi. Müstəqillik məfkurəsindən, suverenlik ideyasından uzaq düşdü, siyasi ləyaqətsizlik nümunəsi yaratdı;
- Dövlətçilik ənənəsi formalaşdıra bilmədilər: elə erməni siyasətçilər, ekspertlər etiraf edirlər ki, tez-tez təkrarlanan siyasi böhran, xaos məhz dövlətçilik ənənələrinin olmamasından, xroniki hal almış ictimai-siyasi xəstəlikdən irəli gəlir. Həm iqtidar cəbhəsində, həm də müxalifət düşərgəsində yer alan siyasilər fərqli fikirlər səsləndirsələr də, söz və bəyanatların siyasi tərcüməsi bir reallığı ifadə edir: bu ölkədə nə cəmiyyətin, nə də siyasilərin təfəkküründə müstəqillik ideyası var. Xüsusilə, siyasi qruplaşmalar hansısa xarici geopolitik mərkəzlərə bağlı olduqlarını bəyan etməklə özlərini təsdiq etməyə, önə çıxarmağa və siyasi xal qazanmağa çalışırlar. Yəni fikirlərin, siyasi-ideoloji çağırışların cazibə qüvvəsi qismində müstəqil dövləti - Ermənistan adlı ölkəni deyil, xarici mərkəzləri göstərirlər. Bu, dövlətçilik ənənələri formalaşmamış Ermənistanın siyasi asılılıq sindromundan, forpostluq xəstəliyindən əziyyət çəkdiyini göstərir;
- Azərbaycanın Cənubi Qafqazı beynəlxalq işbirliyi məkanına çevirməsindən yararlana bilmədilər, bütün nəqliyyat və enerji layihələrindən kənarda qalaraq təcrid vəziyyətinə - geosiyasi autsayder durumuna düşdülər. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Ermənistan geosiyasi dalana çevrildi. İrəvanın davranışları və seçimləri təcrid vəziyyətini dərinləşdirdi - dalan statusunu gücləndirdi. Ermənistan özünü siyasi qeyri-müəyyənlik şəraitində hiss etdi, ağıllı qərar verə və konkret addım ata bilmədi, təkcə regional əməkdaşlıq mühitindən - yeni geosiyasi konfiqurasiyadan deyil, həm də eks-prezident Armen Sarkisyanın qeyd etdiyi kimi, tarixdən kənarda qaldı.
Seçim anı, düşünmək zamanı…
Əlbəttə, tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. İndi regionda yeni tarix yazılır - Azərbaycanın müəllifliyi ilə. Bu günün tarixində yer almaq dünənin siyasətindən düzgün nəticə çıxarmaqdan asılıdır. Unutmadan və xatırlayaraq - yalandan dalana aparan yol İrəvanın acizliyini, Ermənistanın rəzilliyini, ermənilərin isə faciəsini ortaya qoyub.
Hazırda bölgədə real praktiki təhlükəsizlik və əməkdaşlıq çərçivələri müəyyən olunur. Bu, həm də bölgənin geostrateji gələcəyinin inşasıdır. Ermənistanın gələcəyi də buradadır - təbii ki, İrəvanın seçimlərindən asılıdır. Nəzərə almalıdırlar ki, Ermənistanın, bir zamanlar güvəndiyi (və hələ də sığınmağa, yarınmağa çalışdığı) qüvvələrin bu gün regional proseslərə təsir etmək və bölgədə geostrateji reallıqları dəyişdirmək imkanı yoxdur.
Təkcə düşünmək yetməz!
Ona görə də İrəvanın bir yolu - son şansı var. 30 il ərzində təkcə heç nə qazanmayan, təkcə vaxt itirməyən, həm də çox ciddi itkilərə məruz qalan Ermənistan öz miqyasından daha böyük, siyasi mahiyyətindən daha dəyərli - heç vaxt olmadığı qədər ciddi uğur qazana bilər. Təbii ki, praqmatik seçimdən imtina etməsə… Və indi əsl imtina vaxtıdır. Bu dəfə ərazi iddiasından, revanş xülyasından və separatçı-təxribatçı siyasətdən imtina etmək gərəkdir. Əks halda, bu gün Ermənistana dəstək verən yeni müstəmləkəçi mərkəzlər də ondan imtina etmək məcburiyyətində qalacaqlar. Düşünmək vaxtıdır. Amma təkcə düşünmək yetməz!
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24

