Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 100 illiyi qeyd olunub
24.11.2023 [15:33]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət rəsmiləri, səfirlər, elm xadimləri, etnik və dini icmaların rəhbərləri, tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Azərbaycan elminin təşkilatlanmasında və dövrün ziyalılarının bir qurum altında toplanması istiqamətində mühüm işlər görüb. 1923-cü ildə elmi-tədqiqat işləri aparmaq üçün Nəriman Nərimanovun təşəbbüsü ilə yaradılan cəmiyyətin məqsədinin Azərbaycanı, onun dilini, tarixini, folklorunu, adət-ənənələrini, təbiətini, geologiyasını öyrənmək olduğunu diqqətə çatdırıb. Rəvan Həsənov qeyd edib ki, o dövrdə bu cəmiyyət öz fəaliyyəti ilə respublikanın baş elmi müəssisəsi oldu. Respublikanın Şamaxı, Gəncə, Lənkəran, Zaqatala və digər qəzalarında cəmiyyətin bölmələri yaradıldı. 1929-cu ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu adlandırıldı. Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılmasını və inkişaf etdirilməsini, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə 1932-ci ildə Elmi Tədqiqat İnstitutunun əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi. İcraçı direktor Rəvan Həsənov vurğulayıb ki, bütün bu fəaliyyətlər sonrakı illərdə akademiyanın yaranması üçün zəmin formalaşdırdı və Azərbaycan elminin bugünki səviyyəyə gəlib çatmasına öz töhfəsini verdi.
Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev qeyd edib ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin qurucuları ciddi elmi prinsiplərə və tədqiqat metodlarına əsaslanaraq, Azərbaycanın dilini, tarixini, folklorunu, adət-ənənələrini, məişətini, etnoqrafiyasını araşdıraraq elmimizin təməlini qoyublar. Azərbaycan məhz bu cəmiyyətin timsalında özününü ilk elmi mərkəzini yaradıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, professor Firdovsiyyə Əhmədova Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaranma tarixindən danışıb. Qeyd edib ki, Azərbaycanın eləcə də qonşu regionların öyrənilməsində cəmiyyətin xüsusi xidməti olub. Azərbaycan haqqında materialların toplanması, tədqiqi və nəşri ilə məşğul olmaqla yanaşı cəmiyyət eyni zamanda həmin nəşrlərin elmi ictimaiyyət arasında təbliğini və yayılmasını da təşkil edib.
Diplomat, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin araşdırmaçısı, Azərbaycan Dillər Universitetinin professoru Həmidə Əliyeva, A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Tamilla Kərimova, diplomat Cavanşir Axundov, BBMM-in müşaviri Aytən Qəhrəman, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Solmaz Tohidi-Rüstəmova Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycan elminin inkişafında oynadığı roldan bəhs ediblər.
Tədbirdə Sevda Abdullayeva adına “Xəzər“ Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə tərəfindən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin nəşrlərindən ibarət sərgi təşkil olunub.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

