16-cı Baş Nazir...
06.06.2024 [11:12]
74 yaşlı Narendra Modi verdiyi vədləri yerinə yetirəcəkmi?
Hindistanda aprelin 19-dan iyunun 1-dək parlament seçkiləri keçirilib. Seçkilərdə Baş nazir Narendra Modinin başçılıq etdiyi “Bharatiya Canata” Partiyası (BCP) - Hindistan Xalq Partiyası qələbə qazanıb. Belə ki, BCP-nin üzvü olduğu Milli Demokratik Alyans Koalisiyası Hindistan parlamentində yerlərin əksəriyyətini qazanıb. Koalisiya 273 yerlik həddi keçərək, səs çoxluğu əldə edib. Milli Konqres Partiyasının sədri Rahul Qandinin başçılıq etdiyi, 28 siyasi partiyadan ibarət Hindistan Ümummilli İnkişaf Alyansı isə 205 səslə ikinci yeri tutub. Seçkilərdə rekord sayda seçici - 642 milyon nəfər səs verib.
Narendra Modi bir müddət öncə partiyasının parlament seçkilərində qələbə qazanacağına əminliyini ifadə etmişdi. Baş nazirin bəyanatı BCP-nin faktiki olaraq qələbə qazandığı exit-poll məlumatları fonunda səslənmişdi. Seçkilərin nəticələri exit-poll sorğularının yekununu özündə əks etdirir. Beləliklə, BCP qələbə qazanması ilə Narendra Modi ölkənin ilk baş naziri Cəvahirləl Nehrunun rekordunu təkrarlayıb.
74 yaşlı N.Modi Hindistanın sayca 16-cı baş naziridir. O, 2014-cü ilin may ayından bu vəzifəni icra edir. Modi dünyada radikal-millətçi və islamofob siyasətçi kimi tanınır. O, radikal-millətçi baxışlara çox erkən yaşlardan yiyələnib. Hələ 17 yaşı olarkən evdən çıxaraq dərviş kimi Hindistanı sərasər dolaşıb və səyahətdən geri dönən kimi doğulduğu Qucarat ştatının paytaxtı Əhmədabadda hindu millətçi təşkilatının üzvü olmuşdu. Anti-müsəlman bəyanatları səsləndirən Narendra Modinin 2002-ci ildə Qucaratda baş vermiş qırğında mindən çox müsəlmanın öldürülməsində rolunun olması ilə bağlı Hindistan Ali Məhkəməsi onun təqsirsiz olduğunu bəyan etsə də, qırğının əks-sədası xaricdə də eşidildi və ABŞ tərəfindən Narendra Modinin ölkəyə girişinə qadağa qoyuldu. Hansı ki, həmin bölgədə hinduslarla müsəlmanlar arasında kütləvi qanlı qarşıdurma nəticəsində mindən çox müsəlmanın ölümü ilə yanaşı, 223 nəfər isə itkin düşüb, 2500-dən çox insan xəsarət almışdı. Bu qırğın törədilərkən Modi Qucarat ştatının baş naziri idi (2001-2014-cü illər)”.
N.Modi hökumət başçısı kimi də müsəlmanlara münasibətdə ayrı-seçkiliyə yol verir. Ötən il o, immiqrant müsəlmanlara vətəndaşlıq verilməsinin qadağan olunması haqqında qanunu təsdiqləyib. Hökumət bununla iki milyondan çox müsəlman mühaciri Hindistan vətəndaşı olmaqdan məhrum edib. Belə bir şərait yaratmaqla o, müsəlmanlara hücumunu “qanuniləşdirib”. Bu isə ölkədə dini-etnik qarşıdurmanın yeni dalğasının əsasının qoyulması deməkdir.
Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsi haqqında qanunun qəbul edilməsi də Modi hökumətinin “xidmətləri” sırasındadır. Əslində, bu qərar həmin bölgələrdə yaşayan müsəlmanlara qarşı yönəlib. Hindistan parlamentinin 2019-cu ildə Cammu və Kəşmirin xüsusi statusunun ləğvinin lehinə səs verməsi nəticəsində ölkə konstitusiyasına uyğun əlavə edilib. Ştatın konstitusiya statusunun dəyişdirilməsindən sonra Kəşmirdə gərginliyin qarşısını almaq üçün Yeni Delhi hakimiyyəti şimala onminlərlə hərbçi yeritmişdi. Komendant saatı tətbiq edilmiş, nəqliyyatın hərəkəti məhdudlaşdırılmış, mobil rabitə və internet kəsilmişdi. Bölgə 4 ildir hərbi polis rejimi şəraitindədir. Bu əyalətin ölkənin başqa ştatlarının istifadə etdiyi səlahiyyət və hüquqlardan fərqli heç bir daxili suverenliyi olmayacaq. Bölgənin muxtariyyət statusunun ləğvi Hindistanla Pakistanın münasibətlərinin pisləşməsinə səbəb olmuşdu. Qeyd edək ki, Kəşmir əhalisinin 60 faizə yaxını müsəlman, təxminən 2 faizi hindus, Cammunun 31 faizi müsəlman, 65 faizi hinduslardan ibarətdir.
Parlament seçkilərində qalib gələn Modi Hindistan iqtisadiyyatını ilk yerlərə yüksəltməyi hədəflədiyini elan edib. Dünyada əhali sayına görə ikinci, ərazisinə görə ilk onluğa daxil olan Hindistanın iqtisadiyyatı inkişaf etməkdə olan bazar iqtisadiyyatı kimi xarakterizə olunur. Bu, nominal ÜDM-ə görə dünyanın beşinci ən böyük iqtisadiyyatıdır. Lakin Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, adambaşına düşən gəlir baxımından Hindistan 2018-ci ildə 142-ci ÜDM-ə malik ölkə, adambaşına düşən alıcılıq qabiliyyəti pariteti
ÜDM-i üzrə 119-cu olub. 2014-cü ildən 2018-ci ilə qədər Hindistan Çini üstələyərək dünyanın ən sürətli böyüyən əsas iqtisadiyyatına çevrilib. Lakin növbəti illərdə bu statusunu itirib. Yəni ÜDM-ə görə dünyada ilk beşlikdə olan Hindistan əhalinin gəlirləri və alıcılıq qabiliyyəti baxımından çox geridədir. Modinin yenidən qələbə qazanmasının Hindistan iqtisadiyyatına necə təsir edəcəyini isə zaman göstərəcək.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

