İrəvanda növbədənkənar sessiya baş tutacaq?
12.06.2024 [11:07]
Müxalifət Paşinyanı devirmək istəyir
Nardar BAYRAMLI
Ermənistanda baş nazir Nikol Paşinyanı devirmək istəyən qüvvələr 9 iyun mitinqindən sonra İrəvanda oturaq aksiya keçirir. Bu aksiyalara rəhbərlik edən “Vətən naminə Tavuş” hərəkatının rəhbəri, keşiş Baqrat Qalstanyan etirazçıları ərazini tərk etməməyə, hakimiyyət dəyişikliyinə nail olana qədər “mübariz” olmağa çağırıb. “Bu gecə o qədər çox insan var ki, əminəm ki, onlar nə qədər vaxt lazımdırsa, orada qalacaqlar. Hamıya xəbər verirsiniz ki, burada söz verilib və bəli, bu məsələni həll edəcəyik, gözəl həll edəcəyik. Burada qalacağıq, çadırlar, maşınlar olacaq. Mən də burada qalacağam, siz də mütləq qalacaqsınız. Biz heç yerə getməyəcəyik”, - deyə Qalstanyan müraciətində bildirib. O, 9 iyunda mitinqdə hakimiyyət üçün “sürprizlər” olacağını vəd etsə də, buna nail olmadı. Baqrat indi də həmin “sürprizi” növbəti günlərlə əvəzləyib.
Keşiş, həmin mitinqdə sadəcə olaraq, gələcək planlar haqqında məlumat verməklə kifayətlənib. Onun planlarına iyunun 11-də saat 16:30-da hökumətin istefasını gündəmə gətirmək üçün parlamentin müxalifətçi deputatları ilə görüş keçirilməsi, parlamentdən növbədənkənar sessiyanın keçirilməsi barədə qərar qəbul etmək tələbi və parlamentin növbədənkənar iclasında hazırkı hökumətin istefasını və yeni hökumətin formalaşdırılmasını gündəmə gətirmək daxildir.
Ermənistan qanunvericiliyinə uyğun olaraq müxalifəti təmsil edən “Hayastan” və “Şərəfim var” fraksiyaları hökumətin istefası tələbi ilə parlamentə müraciət ünvanlayıb. Müraciətdə iddia olunur ki, Ermənistanın suverenliyi təhdid altındadır: “Hazırkı hakimiyyət ölkənin müdafiəsini, təhlükəsizliyini, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını təmin edə bilmir. Ermənistan rəhbərliyi siyasi razılığa əsasən sarsıntısız və sülh yolu ilə peşəkar, nüfuzlu və səriştəli insanlar tərəfindən ələ keçirilməlidir”. Ermənistan konstitusiyasının 100-cü maddəsinə əsasən parlament deputatların belə bir təşəbbüsünü müzakirəyə çıxarmalıdır. Spiker Alen Simonyan qanuna əsasən “Hökumətin istefası və yeni hökumətin formalaşdırılması zərurəti haqında” sərəncam imzalayıb. Sərəncama əsasən 17 iyunda saat 18:30-da Ermənistan parlamentinin növbədənkənar sessiyası keçiriləcək.
Lakin parlamentdə çoxluq təşkil edən hakim partiyanın növbədənkənar sessiyanı boykot edəcəyi gözlənilir. “Hraparak” yazır ki, hakim “Mülki müqavilə” fraksiyası sessiyada iştirak etməmək qərarına gəlib: “İştirak etməyəcəkləri təqdirdə yetərsay olmadığı üçün iclas keçirilməyəcək”. Artıq hakim “Mülki müqavilə” partiyasını təmsil edən bəzi deputatlar sözügedən sessiyada iştirak etməyəcəklərini bildiriblər.
Müxalifətin parlamentin buraxılması tələbinə gəlincə, bu da real görünmür. “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan deyib ki, müxalifət ölkənin baş naziri Nikol Paşinyan seçkiqabağı dövrdə hökumət başçısı vəzifəsini icra etməsə, deputat mandatlarından imtina etməyə hazırdır: “Hakimiyyət bizə deyir ki, mandatlarınızdan imtina edin, erkən seçkilərə gedək! Bu problem deyil, amma onlar da imtina etsinlər. Həm biz, həm də onlar”. Spiker Alen Simonyan jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan hakimiyyəti küçə etirazları fonunda növbədənkənar parlament seçkiləri keçirməyə hazırlaşmır. Onun sözlərinə görə, bu məsələ müzakirə mövzusu deyil: “Biz bu məsələni müzakirə etməmişik və müzakirə etmək niyyətində deyilik”.
Qeyd edək ki, hökumətin istefası və Nikol Paşinyanın impiçmenti təklifi Baqrat
Qalstanyanın rəhbərlik etdiyi hərəkatın son kartlarından biridir. Keşiş hakimiyyətə ictimai təzyiqləri davam etdirməyə çalışır və tərəfdarlarını iyunun 12-də parlamentin yaxınlığına toplaşmağa çağırıb. Hakim partiyanın deputatları isə iyunun 17-də keçiriləcək növbədənkənar sessiyanı boykot etməklə bu imkan da müxalifətin əlindən alınacaq.
Qeyd edək ki, II Qareginin xeyir-duası ilə aksiyalara başlayan Baqrat keçmiş prezident Robert Köçəryanla da bir neçə dəfə görüşərək ondan “məsləhətlər” alıb. Bir neçə gün əvvəl isə keşiş Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanla da görüşüb. “Hraparak” qəzetinin məlumatına görə, görüşdə keşiş Baqrat Sarkisyandan mübarizəsinə dəstək istəyib. “Qalstanyan hərəkatın gələcək taktikasının nədən ibarət olmasından, xüsusən də hər zaman parlamentdə baş nazirin impiçmentinin tərəfdarı olduğundan, lakin indi küçə təzyiqinin artması yolunu tutduğundan danışıb. Sarkisyan isə bildirib ki, onun rəhbərlik etdiyi “Respublika” partiyası hərəkata dəstək verib, respublikaçılardan ibarət ayrı-ayrı qruplar vaxtaşırı Kirantsa gedib-gəliblər. Eks-prezident gələcək hakimiyyət sistemində yer tutmaq fikrində olmadığını da deyib və bildirib ki, əsas odur, ölkə Paşinyanın hakimiyyətindən qurtulsun”, - deyə məlumatda qeyd olunub. Əgər iyunun 17-də müxalifət hökumətin istefasına nail olmasa, keşiş Baqratın başçılıq etdiyi hərəkat da süqut edəcək.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

