İki saatlıq “söhbət”...
20.03.2025 [11:10]
ABŞ Ukraynada atəşkəsə nail olacaqmı?
ABŞ Prezidenti Donald Tramp ilə Rusiynın dövlət başçısı Vladimir Putin arasındakı telefon danışığı “məhsuldar” alınıb. Bunu Tramp “Truth Social”dakı paylaşımında qeyd edib. O bildirib ki, iki saata yaxın davam edən Putinlə telefon danışığı yaxşı və məhsuldar olub. Ağ ev rəhbəri Putinlə əsasən Ukrayna müharibəsi ilə bağlı fikir mübadiləsi apardığını deyib: “Sülh sazişinin bir çox elementləri, o cümlədən minlərlə əsgərin həlak olması və həm prezident Putin, həm də prezident Volodimir Zelenskinin bunun dayandırılmasını istəməsi müzakirə olunub”.
Tramp vurğulayıb ki, tam atəşkəs rejiminin tətbiqi üzrə işlər sürətləndiriləcək: “Proses artıq tam qüvvədədir. Ümid edirik, bəşəriyyət naminə bu işi görəcəyik. Biz Rusiya və Ukrayna arasındakı bu dəhşətli müharibənin yekunda dayandırılması və nəticədə tam atəşkəsə doğru sürətlə işləyəcəyimiz anlayışı ilə bütün enerji və infrastruktur obyektləri üzrə dərhal atəşkəs barədə razılığa gəldik”, - o qeyd edib.
Liderlər razılaşdı...
Telefon danışığı ilə bağlı Ağ Evin yaydığı rəsmi məlumatda da iki liderin müharibəsinin dayandırılması və sülh prosesinin başlanması barədə müzakirələr apardığı vurğulanıb. Hər iki lider Rusiya və ABŞ arasındakı ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının zəruriliyini qeyd ediblər. Bildirilib ki, həm Ukraynanın, həm də Rusiyanın bu müharibədəki itkiləri öz xalqlarının ehtiyaclarına yönəldilməlidir.
Açıqlamada qeyd olunur ki, münaqişə heç vaxt başlamamalı və çoxdan səmimi və xoşniyyətli sülh səyləri ilə başa çatmalı idi. Liderlər sülhə doğru addımların enerji və infrastruktur atəşkəsi ilə başlanacağını razılaşdırıblar. Bundan əlavə, Qara dənizdə dəniz atəşkəsinin tətbiqi, tam atəşkəs və daimi sülhün təmin edilməsi üçün texniki danışıqların aparılacağı bildirilib. ABŞ ilə Rusiya arasında daha yaxşı münasibətlərin böyük iqtisadi faydalar və geosiyasi sabitlik gətirəcəyi söylənilib. Sülh təmin edildikdən sonra böyük iqtisadi razılaşmaların və beynəlxalq stabilliyin əldə olunacağı qeyd olunub.
Ərazilərlə bağlı müəamma...
Amerikanın “Semafor” nəşri isə iki mənbəyə istinadən bəzi məlumatlar yayıb. Bildirilib ki, Vaşinqton Krım yarımadasının Rusiya ərazisi kimi tanınması imkanını nəzərdən keçirir. Nəşrin mənbələri bildiriblər ki, Ağ Ev eyni zamanda BMT-ni də buna çağırmaq imkanını müzakirə edir. “Semafor” vurğulayıb ki, heç bir yekun qərar verilməyib və bu seçim Tramp komandasının Rusiya-Ukrayna müharibəsini bitirmək səyləri çərçivəsində nəzərdən keçirdiyi bir çox variantdan biridir. Xatırladaq ki, Ağ Evin mətbuat katibi Caroline Livitt martın 17-də keçirdiyi mətbuat brifinqində Trampın adminstrasiyasının Ukrayna rəsmiləri ilə mümkün ərazi güzəştlərini müzakirə etdiyini təsdiqləyib, lakin konkret təfərrüatlar açıqlamayıb. Bundan əvvəl isə ABŞ Ədliyyə Departamenti ölkənin Ukraynaya Qarşı Təcavüz Cinayətlərinin Mühakiməsi üzrə Beynəlxalq Mərkəzdən (ICPA) çıxması barədə Avropa rəsmilərini özəl olaraq xəbərdar edib.
Zelenski “narahatdır”...
Telefon danışığının ardından brifinq keçirən Ukrayna prezidenti Zelenski isə razılaşmaların hələ işə yaramadığını deyib. O bunu danışıqlar zamanı Ukraynada hava hücumu siqnallarının səslənməsi ilə əlaqələndirib. “Düşünürəm ki, ukraynalılar nə baş verdiyini anlayırlar. Hazırda Ukraynada narahatlıq var. Yəni, bu, prinsipcə, baş verənlərə cavabdır. Bildiyimə görə, ruslar Prezident Trampla söhbəti zamanı dərhal enerji infrastrukturuna hücumların dayandırılması əmrini verdilər”, - deyə Zelenski bildirib. O vurğulayıb ki, indi qaldırılan yeganə sual enerji sektoruna zərbə vurmamaqdır. Dövlət başçısı qeyd edib ki, Amerika tərəfi Ukrayna ilə razılaşmalara hörmətlə yanaşaraq, Ciddədə Ukrayna ilə müzakirə olunan təklifləri irəli sürüb.
Şolts Avropanı “yada salır”...
Almaniya Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron isə Ukraynaya dəstəyin davam etdiriləcəyini açıqlayıblar. Şolts, Makronla keçirdiyi danışıqlardan sonra jurnalistlərə verdiyi açıqlamada bildirib ki, hər iki ölkə başçısı eyni fikirdədir: “Ukrayna bizə güvənə bilər, Ukrayna Avropaya güvənə bilər, biz onu tək qoymarıq”.
Almaniya kansleri Trampın Putinlə telefon danışığının nəticələrini şərh edərkən deyib ki, enerji obyektlərinə hücumların dayandırılması çağırışı yaxşı başlanğıcdır. Bununla yanaşı, Şolts vurğulayıb ki, Ukraynasız sülhün əldə olunmasına dair razılaşma ola bilməz.
SADİQ
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

