Aİ Rusiya “asılılığını” bitirir?
14.05.2025 [08:44]
Yeni enerji təchizatı xəritəsi hazırlanır
Rusiya ilə Ukrayna arasında 3 ildən artıqdır davam edən müharibə ümumən Avropa kontingentinə mühüm iqtisadi çətinliklər yaradıb. Xammal, ərzaq təhlükəsizliyi kimi çoxsaylı komponentlərlə yanaşı, enerji təchizatında yaranan problemlər “köhnə qitə”ni fakt qarşısında qoyub - özünün enerji tələbatının olduqca mühüm hissəsini Rusiyadan təmin edən qitə yeni dövrdə Moskva ilə əlaqələrini fərqli cəhətlər üzərindən quracaqsa, özünə fərqli enerji idxalı konsepsiyası yaratmalıdır. Avropa Komissiyasının (AK) Rusiyanın enerji məhsullarının Aİ-yə idxalını dayandırmaq üçün hazırladığı yol xəritəsi də məhz bu əsaslara söykənir.
Plan təqdim olunub...
Qeyd edək ki, bu tipli əvvəlki proqram, “REPowerEU” 2022-ci ildə işə salınıb və Aİ ölkələrinin Rusiya qazına idxal payını 45 faizdən 19 faizə endirib. Bununla belə, 2024-cü ildə Rusiya qazının tədarükü bərpa olunub. AK-nın bəyanatında deyilir ki, yol xəritəsi Rusiyanın neft, qaz və nüvə enerjisinin koordinasiya olunmuş və təhlükəsiz şəkildə Aİ bazarlarından mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur. İlin sonuna qədər Aİ ölkələrinin Rusiya enerjisindən necə imtina edəcəkləri ilə bağlı planlarını hazırlaması gözlənilir. Plana əsasən 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalının tamamilə dayandırılması nəzərdə tutulur ki, bunun üçün ilk növbədə Rusiya qaz tədarükçüləri ilə yeni müqavilələr dayandırılacaq - birinci növbədə isə bu ilin sonuna qədər spot müqavilələr ləğv ediləcək. Eyni zamanda, Rusiyanın neft daşıyan “kölgə donanması” ilə mübarizə üçün yeni tədbirlər nəzərdə tutulur. Planda göstərilir ki, “Euratom”a Rusiyadan zənginləşdirilmiş uran və digər nüvə materiallarının tədarükü üçün yeni müqavilələrin bağlanması ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur. AK-nın yaydığı məlumatda deyilir ki, Rusiya enerji mənbələrindən tədricən uzaqlaşma Aİ-nin üzləşdiyi təhlükəsizlik risklərini azaldacaq: “Daha təmiz və daha müstəqil enerji sistemi iqtisadiyyatı stimullaşdırmağa kömək edəcək və həmçinin Avropanın karbonsuzlaşdırma (dekarbonizasiya) ambisiyalarına böyük töhfə verəcək”. Bu plana əsasən, AK iyun ayında qanunvericilik təşəbbüsləri irəli sürmək niyyətindədir. AK prezidenti Ursula Fon der Lyayen bildirib ki, “artıq Avropanın etibarsız təchizatçı ilə enerji əlaqələrini tamamilə kəsməsinin vaxtıdır”.
Plana etiraz...
Ən maraqlı detal isə odur ki, bu plana da Aİ daxilində yekdilliklə “hə” deyilmir. Məsələn, “Politico” yazır ki, Macarıstandan olan Sağlamlıq və Heyvanların Rifahı üzrə Avropa Komissarı Oliver Varxeli Rusiya qazının idxalını dayandırmaq planının təsdiqlənməsinə qarşı olub. Varxeli sənədin mayın 6-da dərc olunmasına bir neçə saat qalmış Avropa Komissiyasının yeni planına prosessual etiraz edib. Mənbələrdən biri qəzetə bildirib ki, onun hərəkətləri siyasi motivli kimi qəbul edilib -belə ki, AK-nın öz komissarlarından əsas tələblərindən biri müstəqil olmaları və ölkələrinin maraqlarına uyğun hərəkət etməməlidir. Varxelinin etirazının isə Macarıstanın baş naziri Viktor Orbanın mövqeyinə uyğun gəldiyi bildirilir.
Bir sıra beynəlxalq iqtisadçılar və siyasətçilər Aİ-nin Rusiya enerjisindən imtinasının mühüm nəticələrə yol aça biləcəyini düşünürlər. Onların fikrincə:
- Bu addım enerji qiymətlərinə təsirlər göstərə bilər. Bu fikri isə onunla əsaslandırırlar ki, Aİ hətta plan tərtib etsə belə, qısa müddətdə alternativ mənbələr tapmaq çətin olacaq;
- Təchizat riskləri böyüyür. Belə ki, enerji təhlükəsizliyi üçün yeni infrastruktur və tərəfdaşlar tələb olunur ki, bu da Aİ üçün böyük bir zaman tələb edir;
- Paralel olaraq bu addım Rusiya üçün mühüm iqtisadi itkilərə yol açacaq. Enerji ixracından asılılıq səbəbindən Rusiya büdcəsində azalma ola bilər, Moskvanın Avropaya ən güclü siyasi təsir vasitələrindən biri əldən çıxacaq.
Bütün bunlarla yanaşı isə Aİ-nin bu planı tətbiq etməklə uğur qazanacağına inanlar da tapılır. Onlar iddia edirlər ki, bu proses bərpa olunan enerjiyə keçidi sürətləndirə bilər. Aİ öz enerji müstəqilliyini artırmaq üçün “yaşıl enerji”yə daha çox sərmayə qoyar. Paralel olaraq isə enerji bazarında balansın dəyişməsi geosiyasi təsirləri də fərqli məcraya yönəldəcək - yeni enerji tərəfdaşlıqları və bazar dəyişiklikləri qlobal münasibətlərə də yeni yön verəcək...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43

