Fransanın Zəngəzurda konsulluq açmasının səbəbləri...
30.05.2025 [09:39]
Rəsmi Paris iyunun 2-nə “hazırlaşır”
Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü, ardından Qarabağda lokal antiterror tədbirləri ilə suverenliyini bərpa etməsi dünyadakı ermənipərəst qüvvələrə hələ də rahatlıq vermir. Bu baxımdan, Fransanın mövqeyi xüsusi vurğulanmalıdır. Hələ Vətən müharibəsi zamanı Fransa hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəyin formalaşdırılması, hətta cəza tədbirlərinin həyata keçirilməsi məqsədilə ciddi səylər göstərirdi. Təbii ki, Fransanın anti-Azərbaycan və Ermənistanı müdafiə etmək cəhdləri heç bir nəticə vermədi. Azərbaycan işğal altında olan torpaqlarını azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi.
Fransa XİN başçısının “anonsu”
Post-müharibə dövründə isə rəsmi Paris Azərbaycanla Ermənistan arasında sülh prosesinə maneçilik törətmək, bir yolla Cənubi Qafqaza daxil olması üçün bütün imkanlarından istifadə edir. Və bu məqsədinə çatmaq üçün Paşinyan hakimiyyətinin zəifliyindən yararlanmağa çalışır. Son vaxtlar siyasi proseslərdə Zəngəzur dəhlizi ilə bağlı ritorikanın artması isə Parisi növbəti qeyri-konstruktiv addımlara sövq edib. Belə ki, bu ölkə Zəngəzurda konsulluq açmaq istəyini gerçəkləşdirməyə çalışır. Bugünlərdə tərəflər Gorusda Fransanın fəxri konsulluğunun açılması barədə razılığa gəliblər. Fransanın xarici işlər naziri Jan-Noel Barro mayın 26-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirilən mətbuat konfransı zamanı Gorus şəhərində diplomatik nümayəndəlik açmaq planlarını açıqlayıb. Fransanın Ermənistandakı səfirliyindən verilən məlumata görə, bu, baş konsulluq deyil, fəxri konsulluqdur.
Səfirlikdən verilən məlumata görə, diplomatik nümayəndəlik yaxın vaxtlarda açılacaq: “Konsulluğun yeri kimi Gorusun seçilməsi şəhərin fransızdilli dünya ilə uzunmüddətli mədəni əlaqələri ilə bağlıdır. Gorus Ermənistanın ən çox fransız dilli şəhərlərindən biri hesab olunur - 2006-cı ildən burada fransız dilinin və mədəniyyətinin regionda yayılmasında fəal rol oynayan fransız mədəniyyət mərkəzi fəaliyyət göstərir”.
Ermənistan KİV-lərinin yaydığı məlumata görə, iyunun 2-də Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək və həmin gün Sünikdə (Zəngəzur-red.) Fransa konsulluğunun açılış mərasimi olacaq.
Konsulluq hərbi-kəşfiyyat məqsədi daşıyacaq
“Hraparak” qəzeti yazır ki, QHT sədri Karmen Apuntsun konsul təyin olunacağı gözlənilir. Erməni ekspertlər isə “Fransanın Sünikdəki (Zəngəzur) konsulluğunun kollektiv Qərbə xidmət edəcək ciddi hərbi, kəşfiyyat məqsədi daşıyacağı” fikrini ifadə ediblər.
Xatırladaq ki, Fransanın Zəngəzurda konsulluq açmaq istəyi hələ 2023-cü ilin iyul ayında gündəmə gətirilmişdi. Belə ki, o vaxt Fransa Milli Assambleyasındakı Fransa-Ermənistan dostluq qrupunun sədri Ann Lorans Petel və Senatdakı eyni adlı qrupun rəhbəri Jilber Lyük Devinaz ölkənin xarici işlər nazirinə yazdıqları rəsmi məktubda bildirmişdilər ki, “Fransa Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün mühüm bir addım ata bilər. Bu, Sünikdə (Zəngəzur), Qafanın vilayət mərkəzində, yaxud Gorus şəhərində Fransanın konsulluq nümayəndəliyinin açılması ola bilər. Başqa ölkələr artıq bunu həyata keçiriblər. Belə bir addım regionda sabitliyin xeyrinə işləyər, həmçinin Fransa və Ermənistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi nöqteyi-nəzərindən qiymətli forpost rolunu oynayardı”.
Fransız parlamentarilərin fikrincə, hərçənd Zəngəzur vilayəti Ermənistanın cənubunda yerləşir, əhalinin sıx məskunlaşdığı dağ regionudur, amma özünün 4500 kvadratkilometrlik sahəsinə, coğrafi baxımdan mərkəzdən uzaqda yerləşməsinə baxmayaraq, Cənubi Qafqazın geosiyasi məsələlərində önəmli yerə malikdir. Müraciətin müəllifləri hesab edirdilər ki, bu vilayəti önəmli edən digər amil, birinci növbədə, zəngin faydalı qazıntı yataqları və bunun da emalının Ermənistan iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olmasıdır. “Düzdür, Sünik (Zəngəzur) İrəvanla yalnız bir dağ yolu ilə bağlıdır, amma İran sərhədi vasitəsilə xarici aləmlə əlaqə saxlamaq üçün olduqca vacib dəhliz rolunu oynayır. 35 kilometrlik Ermənistan-İran sərhədi bu ölkə üçün böyük əhəmiyyət kəsb edir. 2020-ci ilin payızında, 44 günlük müharibə zamanı açıq qalmış yeganə ərazi kimi Ermənistanı “tam boğulmaqdan” qurtardı,”-deyə Fransa parlamentarilərinin məktubunda vurğulanırdı.
Məkrli planlar davam edir...
Əslində, bütün bunlar Parisin Azərbaycan-Ermənistan sərhədi yaxınlığında özünün konsulluğunu açmaq planının altında hansı niyyətin gizləndiyini aşkara çıxarır. Bu planın mahiyyəti Fransanın Cənubi Qafqazda Ermənistanın vasitəsilə mövqelərini möhkəmləndirməkdir. Fransanın Ermənistanı silahlandırması bu niyyətin bir nümunəsidir. Nəzərə alaq ki, artıq Paris Avropa İttifaqının müşahidə missiyası adı altında casuslarını da şərti sərhəddin yaxınlığında yerləşdirib. Yeri gəlmişkən xatırladaq ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini dəfələrlə Azərbaycanla sərhədə gəlib, hansısa “təftiş” aparmağa çalışıb. Eləcə də Ermənistana səfər edən Fransa rəsmiləri və deputatları da Avropa İttifaqının Ermənistandakı müşahidəçilər missiyasının üzvləri ilə birlikdə Azərbaycanla sərhəddə olublar. Bir müddət əvvəl isə missiyanın avtomobil karvanında Aİ-nin bayrağı ilə yanaşı, Fransa bayrağının da olması rəsmi Parisin gerçək niyyətini aşkara çıxarmış oldu.
Beləliklə, Fransa Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışır. Rəsmi Parisin qərəzli mövqeyi Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

