Müharibədən dialoqa...
16.02.2022 [10:17]
Zelenski Donbası və Krımı Ukraynaya yalnız diplomatik yolla qaytara biləcək?
Pərviz SADAYOĞLU
Ukrayna problemi hazırkı dünya siyasətinin ən aktual müzakirə mövzularından birinə çevrilib. Münaqişə ətrafında dialoq çağırışlarının səsləndirilməsi və paralel olaraq rəqiblərin təhdid ritorikasından istifadə etməsi paradoksal mənzərə yaradıb. Əslində, nələr baş verir? Son günlər Avropanın aparıcı dövlətlərinin Kiyevi və Moskvanı ard-arda ziyarət etməsi məsələnin sülh yolu ilə həllini təmin edə biləcəkmi?
Zelenski seçimini etdi...
Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 14-də Almaniya kansleri ilə görüşdən sonra xalqına müraciət etdi. Müraciət xalqa “hər şeyə hazır olmaq” çağırışı kimi görünsə də, bəzi maraqlı nüanslar gözdən qaçmır. İlk növbədə, qeyd edilməlidir ki, Ukrayna prezidentinin müraciəti sırf ölkəsi ətrafında mövcud vəziyyətə həsr olunmuşdu. O deyib ki, ordu dövləti qoruya biləcək, hakimiyyət istənilən ssenari və riskləri nəzərdən keçirməkdədir. Zelenski ABŞ prezidenti Baydenin “işğal tarixi” kimi dəyərləndirdiyi 16 fevral məsələsinə də toxunub. Öz dövlətini hər zamankından daha güclü adlandıran Ukrayna prezidenti hələ də sülh uğrunda mübarizə apardıqlarını bildirib və bütün məsələləri yalnız danışıqlar yolu ilə həll etmək istədiklərini dilə gətirib. Eyni zamanda, Volodimir Zelenski əmin edib ki, Kiyev hakimiyyəti Donbası və Krımı Ukraynaya qaytaracaq, amma yalnız diplomatik yolla. Ukrayna prezidentinin bu məsələdə müharibəni istisna etməsi böyük maraq doğurur.
Düzdür, o, Ukrayna ordusunun müasir silahlara və unikal döyüş təcrübəsinə malik olduğunu bildirib. Hətta bütün qitənin təhlükəsizliyinin onun ölkəsinin ordusundan asılı olduğunu dilə gətirib. Ukrayna xalqına müraciətində Zelenski fevralın 16-nı “Birlik Günü” elan edib. O xatırladıb ki, ölkəsinin “Avropaya tam inteqrasiya” arzusu var. “Biz azadlıq istəyirik və bunun üçün mübarizə aparmağa hazırıq. Hamımız xoşbəxt yaşamaq istəyirik və xoşbəxtlik güclüləri sevir. Biz heç vaxt təslim ola bilməmişik və bunu öyrənməyəcəyik”, - deyə o vurğulayıb.
Bu arada, Rusiya da danışıqlara üstünlük verdiyini bəyan edib. Rusiya prezidenti Ukrayna ətrafında vəziyyətlə bağlı danışıqlara hazırdır. Dmitri Peskov bildirib ki, Rusiya rəhbəri, həmçinin təhlükəsizlik zəmanəti ilə bağlı dialoqa hazırdır. “Hər şeydən əvvəl, prezident Putin həmişə danışıqlarda və diplomatiyada təkid edib. Əslində, o, Rusiya Federasiyası üçün təhlükəsizlik təminatları məsələsinin təşəbbüskarı olub. Ukrayna problemin yalnız bir hissəsidir, bu, Rusiya üçün daha böyük təhlükəsizlik təminatı probleminin bir hissəsidir. Və əlbəttə ki, prezident Putin danışıqlara hazırdır”, - deyə Peskov bildirib.
“Amerikan arzusu” gerçəkləşmədi...
“Müharibə olacaqmı?” sualı aktuallığını itirməsə də, gündəmin dəyişdiyi ortadadır. “Amerikan arzusu” prosesdə ikinci plana keçir. Onun yerini isə Avropanın maraqları tutur. Bunu Almaniyanın kansleri Şolts da təsdiqləyib. Almaniya kansleri elə ilk cümlədəcə Ukraynanın NATO arzusunun təxirə salındığına eyham vurub: “Ölkənin NATO-ya daxil olması üçün son tarix olmur”.
Artıq Zelenski və Ukrayna cəmiyyəti üçün Avropanın mövqeyi aydındır. 2014-cü ildə ərazi mübahisələri ilə başlayan Ukrayna-Rusiya qarşıdurması öz başlanğıc nöqtəsinə geri dönməlidir və dönür. ABŞ-ın Şərqə doğru genişlənməsi ilə bağlı planları isə dondurulur, danışıqlar yenidən normand dördbucaqları və ya veymar üçbucaqları çərçivəsinə salınır. Prosesin son inkişaf trayektoriyası ilə Zelenskinin müraciəti arasında paralellik aparanda belə bir nəticəyə gəlinir:
- NATO-ya daxil olmaq məsələsi ən azından yubanacaq - bunu təsdiqləyən faktlar artıq mövcuddur. Rusiya bunu özünün “qırmızı xətti” sayır və bu barədə danışıq aparmaq fikrində deyil. Deməli, Makronun Moskva səfəri zamanı dialoqun davam etdirilməsi üçün ortaya qoyulan yeganə şərt bu olub;
- ABŞ-ın və onunla eyni fikirdə olan müttəfiqlərinin prosesə təsir imkanları aradan qaldırılır, Ağ Ev “Avropa jandarmı” rolundan imtina edir. Danışıqlar masasına “köhnə qitə”nin mərkəzçiləri-avrosentristlər oturur;
- “Ukrayna müharibəyə hazırdır” tezisi özünün hərfi mənasını ifadə etmir. Bu, sadəcə Zelenskinin Rusiya qarşısında heç də qolubağlı olmadığını göstərəcək;
- Avropa tərəfləri vahid mövqeyə dəvət edəcək, Ukrayna və Rusiya isə şərtlərində inadkarlıq göstərəcək. Minsk razılaşmasının bəndləri ətrafında yeni müzakirələrə start veriləcək...
“Şəriksiz liderlik” həvəsi ABŞ-ı meydanda tək qoydu...
Avropa dövlətlərinin son bir neçə ayda Ukrayna böhranının istiqamətini 180 dərəcə dəyişməsi isə daha maraqlı nüansları ifadə edir. Təbii ki, burada ilkin səbəb Rusiya ilə ticarət dövriyyəsi və qaz kontraktlarıdır. Avropa dərk edir ki, indiki məqamda Rusiyadan imtina hansı iqtisadi fəlakətlərə səbəb ola bilər. Digər maraqlı məqam isə yuxarıda bəhs etdiyimiz “Amerikan arzusu”dur. Tarixin müxtəlif dönəmlərində bu “arzu” özündə fərqli məqamları əks etdirsə də, müasir tarixdə Ağ Ev “dünyanın şəriksiz lideri” olmaq uğrunda mübarizə aparır. Ötən ilin dekabrında Bayden administrasiyasının keçirdiyi “Demokratiya sammiti” bu planın geniş ictimaiyyətə təqdimatı idi. Bu planın açıqlanması isə ABŞ-a rəqib olacaq qütblə yanaşı, müttəfiqlərinin də “kürkünə birə saldı”. Bunun nəticəsidir ki, son iki ayda Avropanın aparıcı dövlətləri aktivlik nümayiş etdirir, problemin həlli prosesinə daxil olur, görüşlər keçirirlər. Onlar bu yolla həm də rəsmi Vaşinqtonun az da olsa “offsayd”a düşməsini şərtləndirirlər. Bu amil həm də Baydenin dünya liderliyi uğrunda mübarizə planını iflasa uğrada bilər. Avropanı iki maraq dairəsinə bölən ABŞ hazırda Rusiyanı “unudub”. İlk növbədə, Avropadakı nüfuzunu bərpa etməyi düşünən Bayden administrasiyası üçün Almaniya və Fransanı “əldə etmək” daha vacibdir. Avropanın qazla təmin edilməsi yollarını axtaran ABŞ hələlik uğurlu variant müəyyənləşdirə bilməyib. Bu gecikmənin ortaya çıxardığı fəsadlar isə “göz oxşayır”:
- Şərqi Avropa ölkələri ard-arda iqtisadi maraqlarını əsas tutaraq Moskva ilə daha da yaxınlaşma yolu tutur - burada Balkan dövlətləri, Macarıstan və nə qədər də qəribə olsa, İtaliya daha çevik görünür;
- “Şimal axını-2” layihəsi populyarlığını və cəlbedilcliyini artırır. Artıq Qərbi Avropanın Atlantika sərhədlərində yerləşən dövlətləri belə bu layihədən bəhrələnməyə çalışır. Məsələn, Portuqaliya mətbuatı son dövrlərdə bu layihəyə daha çox diqqət ayırmaqdadır;
- Almaniya ilə Rusiya arasındakı ticarət dövriyyəsi yeni rekordunu müəyyənləşdirəcək. Nəzərə alınmalıdır ki, Almaniya kansleri Ukraynadan sonra Rusiyanı ziyarət edəcək. Yeni kanslerin Kiyev-Moskva marşrutu ilə hərəkəti isə yalnız böhran müzakirəsi ilə məhdudlaşmayacaq. Birgə layihələrlə bağlı müzakirələr və ya yeni ticarət müqavilələrinin imzalanması Avropa-Rusiya əlaqələrini daha da möhkəmləndirə bilər.
Yeri gəlmişkən, Rusiya artıq təhlükəsizlik məsələsi ilə bağlı öz təkliflərini də hazırlayıb. Bir müddət öncə ABŞ-ın Moskvaya ünvanladığı məktubuna cavab ünvanına çatdırılacaq. Rusiya XİN-in sözçüsü Zaxarova bildirib ki, ABŞ-a və NATO-ya veriləcək cavab artıq hazırdır. Bu isə Avropa - Rusiya münasibətlərində yeni mərhələ olmaqla yanaşı, Kremlin maraqlarının qorunmasını da təmin edəcək. Artıq NATO-nun “Avropa bürosu” regionun təhlükəsizliyi ilə bağlı məsələdə Moskvanın da rəyi ilə hesablaşmalı olacaq. Bu, həm də Şərqə doğru genişlənmənin sürətini maksimum zəiflədəcək.
Müharibə istisna olunmur - “Kuril tortu” hələ də cəlbedicidir
Nəticə etibarilə, gündəm müharibədən danışıqlara transformasiya olunur. Şoltsun Moskva səfəri isə bu transformasiyada qırılma nöqtəsi rolunu oynaya bilər. Almaniya kanslerinin Fransa prezidenti Makrondan fərqli olaraq masaya qoyulası təklif alacağı təqdirdə, ABŞ-ın oyundan çıxması rəsmiləşə bilər. Bu isə Bayden administrasiyasının illərdir ki, ilmə-ilmə hördüyü anti-Rusiya, anti-Çin planlarının iflası deməkdir. Yeni dönəmin “soyuq müharibə”si isə müharibə istiliyini yenə də okeanın Şərq sahillərinə - “Kuril tortu”na tərəf yönəldəcək...
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

