Dünyanın narkomərkəzi: Suriya
11.07.2023 [11:15]
Davamlı olaraq müharibələrdən əziyyət çəkən Yaxın Şərqin ikinci ən böyük problemi narkomaniyadır. Bir zamanlar narkotik ixracına görə ağla ilk gələn ölkə Əfqanıstan idisə, son illərdə bu estafet Suriyaya keçib.
Konkretləşdirsək, söhbət Suriyanın təkcə Şərq ölkələrinə yox, Avropa qitəsinə də nəql olunan, dəyəri milyard dollarlarla ölçülən ucuz amfetamin-kaptaqon bazarından gedir.
Qlobal mübarizənin əsas qanadı: İsrail
Dünyanın baş bəlasına çevrilmiş narkomaniyaya qarşı mübarizə, demək olar, inkişafda olan bütün ölkələrin prioritetləri sırasındadır. Bu baxımdan ABŞ da narkotranzit məsələsində beynəlxalq əməkdaşlığı vacib hesab edir - Dövlət Departamenti “Sintetik Narkotiklərlə Mübarizə üzrə Qlobal Koalisiya”nın yaradılmasını təklif edib. Yeni təsis olunan Qlobal Koalisiyanın narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə həsr edilmiş iclasına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş kimi Yaxın Şərq ölkələri qatılıb. İsrailin xarici işlər naziri Eli Koen bildirib ki, ölkəsi məmnuniyyətlə bu blokun bir hissəsi olmağa hazırdır. Koen Əsəd rejimini dünyanı narkotiklə zəhərləməkdə ittiham edib: “Narkomaniya regionun bəlasıdır. Narkotik ticarətinin əsas günahkarı isə Əsəd rejimidir. O, əməllərinə görə cavab verməlidir. Biz bu rejimə qarşı ciddi sanksiyalar tətbiq etməliyik”.
Eli Koen bildirib ki, İsrail təhlükəsizlik qüvvələrinin Suriya və Livan sərhədinə nəzarəti narkotik maddələrin İsrail ərazisinə keçirilməsinin qarşısını effektiv surətdə alır. Bu ilin yanvar ayında İsrail Müdafiə Nazirliyi İordan çayının qərb sahilindən Qəzzaya göndərilən ofis soyuducularının qapılarında gizlədilmiş minlərlə kaptaqon həbinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını aldığı barədə məlumat yaymışdı.
İsrail yetkililəri hesab edirlər ki, Suriyadan narkotik daşınmasına qarşı mübarizə ölkənin milli təhlükəsizliyi ilə birbaşa bağlıdır. Bu fəaliyyət İsrailin digər region ölkələri ilə uğurlu əməkdaşlığına, eləcə də Təl-Əvivin regionda sabitliyi və təhlükəsizliyi qorumağa çalışan müsbət siyasi qüvvə kimi imicinin güclənməsinə də ciddi təsir göstərir.
Bayden Əsədə inanmır
Sintetik narkotiklərin ən geniş yayılan və daha asan əldə olunan növü - kaptaqon həddən artıq asılılıq yaratması ilə məşhurdur. Narkolepsiyanı müalicə etmək üçün 1960-cı illərdə Almaniyada hazırlanmış, daha sonra əksər ölkələrdə qadağan edilmiş amfetamin bu gün bütün dünyada əsasən əyləncə həbləri kimi tanınır. Məlumatlara görə, İŞİD kimi dini-ekstremist təşkilatların geniş istifadə etdiyi bu təhlükəli maddə cihadçıların döyüş hazırlığını yüksəltmək məqsədilə mütəmadi olaraq qrup üzvlərinə paylanır.
Kaptaqonun istehsalı və qaçaqmalçılıq yolu ilə xaricə daşınması sayəsində Suriya rejimi milyardlarla dollar qeyri-qanuni vəsait əldə edir. Kaptaqon istehsalı Suriyada vətəndaş müharibəsindən əvvəl mövcud olsa da, müharibə dönəmində maddənin istehsal həcmi ağlasığmaz dərəcədə artıb.
Bu ilin iyun ayının sonunda Omanda narkotiklərlə mübarizə idarəsinin əməkdaşları 6 milyon xırda ağ həb, may ayında isə Səudiyyə Ərəbistanının təhlükəsizlik orqanları qumbaraatanlarda gizlədilmiş 12,7 milyondan çox amfetamin həbi ələ keçirib. Qiyməti təxminən 50 sent olan kaptaqon tabletinin 18-25 dollara satıldığı Ərəb körfəzi ölkələri hazırda narkotik alverçilərinin ən qaynar bazarına çevrilib.
Vaşinqtonda yerləşən “Nyu Layns” Strategiya və Siyasət İnstitutunun verdiyi məlumata görə, təkcə 2021-ci ildə ələ keçirilmiş kaptaqonun dəyəri azı 5,7 milyard dollar təşkil edib. Digər araşdırmalara görə isə ələ keçməyən narkotiklərin ümumi dəyəri 10 milyard dollara yaxındır. Burada ən vacib məqam ondan ibarətdir ki, Suriya dünya üzrə narkotik istehsalının təxminən 80%-i üçün cavabdehlik daşıyır. Başqa sözlə desək, narkotik maddələrin ticarətindən əldə edilən vəsaitin həcmi ölkənin dövlət büdcəsindən azı üç dəfə çoxdur.
Ərəb mediasında yer alan xəbərlərə görə, region ölkələri ilə münasibətləri normallaşdırmaq müqabilində Suriya rejimi öz sərhədləri daxilində narkotik qaçaqmalçılığının qarşısını almağa kömək edəcəyini vəd verib. Səudiyyə Ərəbistanının yaxın müttəfiqi ABŞ isə heç bir halda Əsədlə münasibətləri normallaşdırmaq və ya sanksiyaları ləğv etmək planlarının olmadığını bildirib. Bayden administrasiyası Suriya liderinin narkotik qaçaqmalçılığına qarşı və ya digər məsələlərdə hər hansı ciddi işlər görəcəyinə bəri başdan şübhə ilə yanaşır. Şərhçilərə görə, bu inamsızlığın əsas səbəblərindən biri Vaşinqtonun Suriyanın tranzit ölkə deyil, əsas istehsalçı ölkə olduğu barədə məxfi məlumatlar əldə etməsidir.
Suriyanın narkoticarətinə qarşı dirəniş göstərən əsas region ölkələrindən biri də İsraildir.
İŞİD-lə “Hizbullah”ın enerji və gəlir mənbəyi
Suriyadan narkotik axınının qarşısını almaqdan ötrü beynəlxalq tədbirlərdə iştirakın İsrail üçün praktiki mənası var. Təkcə “Hizbullah”ın əsas gəlirinin narkotik vasitələrin ticarətindən əldə olunması faktı terror təşkilatı tərəfindən daim təhdid edilən İsrail dövləti üçün olduqca önəmli detaldır. Bu barədə suriyalı araşdırmaçı jurnalist Taim Əlhac Hazza “Medialine” saytına açıqlamasında bildirib: “Həşiş və kaptaqon ticarəti hazırda “Hizbullah” üçün ən mühüm maliyyə mənbələrindən biridir”. Jurnalist Suriyanın dəniz limanları yaxınlığındakı kiçik laboratoriyalarda yüz minlərlə dərman həbinin xarici ölkələrə ixrac məqsədilə hazırlandığını da diqqətə çatdırıb.
Araşdırmalara görə, Əsəd rejiminə aid silahlı birləşmələr təxminən beş il əvvəl Suriyanın cənubuna nəzarəti bərpa etdikdən sonra bu ərazi kaptaqon tacirləri üçün əsas quru tranzit marşrutuna çevrilib. Bu coğrafiyada İordaniya Ərəb körfəzi ölkələrinə giriş qapısı kimi narkotacirlərin əsas hədəfidir. Öz növbəsində İordaniya təhlükəsizlik qüvvələri 2020-ci ildən bəri 1700-dən çox narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb.
Yeni yaradılan antinarkotik koalisiyası dünyanı cəhənnəmə çevirən “ağ ölüm”lə necə savaşacaq? Dünya gücləri bu qlobal faciənin öhdəsindən gələ biləcəkmi? Həm Şərqin, həm də Qərbin ortaq bəlası olan maddə asılılığına qarşı mübarizə bu iki qütbü bir hədəf uğrunda birləşdirəcəkmi? Yaşayarıq, görərik...
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

