Azərbaycan - Rusiya münasibətləri qarşılıqlı etimada əsaslanır
18.04.2026 [10:31]
Tərəflər daşınmaları artırmaq üçün “Yol Xəritəsi” sənədini imzalayıb
Zəngilanda keçirilən Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Dövlət Komissiyasının 24-cü iclasında ölkələr arasında münasibətlərin vəziyyəti və gələcək inkişaf yolları müzakirə olunub. Hökumətlərarası Komissiyanın Rusiya tərəfindən sədri, Rusiya hökumətinin sədr müavini Aleksey Overçuk bildirib ki, yaxın qonşu və dost ölkələr olan Azərbaycan və Rusiya qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə sadiq qalaraq siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələri inkişaf etdirir. Tərəflər arasında ticarət, investisiya, maliyyə, nəqliyyat, kənd təsərrüfatı, energetika, turizm və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti olduqca qənaətbəxşdir və hədəflər üzrə nəzərdə tutulan layihələrin icrası daha yaxşı perspektivlər vəd edir.
Azərbaycan və Rusiya regionun coğrafiyasını dəyişən müasir nəqliyyat marşrutlarında sıx tərəfdaşdır, nəqliyyat-logistikanın aparıcı arxitekturasına çevrilmiş “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı təkcə bu, iki ölkə üçün deyil, digər partnyorlar üçün də strateji əhəmiyyət daşıyır. Hazırda iştiraçı ölkələr bu dəhliz üzrə infrastrukturun modernləşdirilməsi və rəqəmsallaşdırılması yönündə iradəli addımlar atmaqdadır, bu isə bölgədə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Dəhlizlə 2028-ci ildən etibarən Azərbaycan ərazisindən illik daşımaların həcmi azı 5 milyon ton, sonrakı mərhələdə isə 15 milyon ton səviyyəsinə çatdırılacağı gözlənilir.
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığını xatırladaraq ölkəmizin azad edilmiş ərazilərdə aparılan sürətli quruculuğu yüksək dəyərləndirib, bu ərazilərin iki ölkə arasında birgə layihələr üçün yeni imkanlar yaratdığını vurğulayıb. O, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiriləcəyi, əldə olunmuş razılaşmaların ardıcıl şəkildə icrasının davam etdiriləcəyi vurğulanıb.
Azərbaycan regionda humanitar kommunikasiya mərkəzinə çevrilir
Son illər ərzində Azərbaycan və Rusiya münasibətlərinin uğurunu təmin edən əsas amillərdən biri əlaqələrin dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurularaq inkişaf etdirilməsidir. Bu, hər iki tərəfin regional proseslərdə baş verən situasiyalara baxmayaraq, münasibətləri sabit şəkildə qoruyub saxlamasında da özünü göstərir. A.Overçuk regionda baş verən geosiyasi proseslərə diqqət çəkərək Rusiya Federasiyası tərəfindən İran İslam Respublikasına göndərilmiş humanitar yardımın Azərbaycan ərazisindən keçərək ünvana çatdırılmasında göstərdiyi yardıma görə təşəkkürünü bildirib. Eləcə də, Azərbaycanın regional sabitliyə və humanitar əməkdaşlığa verdiyi töhfələrə toxunaraq, İran ərazisindən Rusiya vətəndaşlarının təxliyəsində göstərilən operativ dəstək, eləcə də Rusiya humanitar yardımının Azərbaycan ərazisindən tranziti üçün yaradılan şəraiti təqdir edib. Həmçinin Rusiyadan Azərbaycan ərazisi vasitəsilə Ermənistana yüklərin daşınması ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını xüsusi müsbət addım hesab edərək bu humanitar inteqrasiyaların regionda etimadın möhkəmləndirilməsinə və nəqliyyat-logistika əməkdaşlığının genişlənməsinə daha böyük töhfə verəcəyinə əminliyini ifadə edib. Hazırda Azərbaycan ərazisindən tranzitlə Ermənistana təxminən 26 min ton yük daşınıb ki, bu da fasiləsiz nəqliyyat axınının işə düşdüyünü göstərir.
Rusiyanın iri şirkətləri azad ərazilərdə
Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən sədri, Baş nazirin müavini Şahin Mustafayev isə bildirib ki, Azərbaycan Rusiya ilə münasibətdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir. İkitərəfli əməkdaşlığın ardıcıl və dinamik inkişafı prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən həyata keçirilən siyasi iradə və strateji kursla müəyyən olunur. Xüsusilə 2022-ci ildə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ikitərəfli münasibətlərə mühüm təkan verir. Eləcə də dövlət başçılarının ötən ilin oktyabrında Düşənbədə keçirilmiş görüşü ikitərəfli əməkdaşlığa yeni təkanverici təsir göstərib, habelə mart ayında Bakıda baş tutmuş yüksəksəviyyəli təmaslar ikitərəfli münasibətlərin dinamikasını praktik olaraq yaxşılaşdırıb. Hazırda bölgədə mürəkkəb regional şəraitlə baxmayaraq, dövlətlər arasında əməkdaşlıq davamlı inkişaf tempini qoruyub saxlayır.
Ş. Mustafayev vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətlərinin əsas istiqamətlərindən biri ticarət-iqtisadi əməkdaşlıqdır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,9 milyard ABŞ dollarına çatıb. Eləcə də kənd təsərrüfatı məhsulları üzrə ticarətin dinamikasının artması Rusiya bazarının Azərbaycan qeyri-neft ixracının əsas istiqamətlərindən biri olaraq qaldığını təsdiqləyir. Hazırda Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərir, ticarət evləri mexanizmi tətbiq olunur. Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid stendi ilə Rusiyada keçirilən “Worldfood”, “Prodexpo”, “MosBuild” sərgilərində nümayiş etdirilir.
Ölkəmiz Rusiya ilə sənaye, investisiya sahələrində də səmərəli əməkdaşlıq həyata keçirir. Bu baxımdan, “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin həyata keçirilməsi qarşılıqlı sərmayə yatırılması sahəsində əhəmiyyət kəsb edir.
İnvestisiya əməkdaşlığının müsbət dinamikası da xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın Azərbaycana yatırdığı ümumi investisiyaların həcmi 10,5 milyard dolları, o cümlədən qeyri-neft sektorunda 2,9 milyard dolları ötüb. İnvestisiya əməkdaşlığı müsbət dinamika nümayiş etdirir və Azərbaycanda 1400-dən çox Rusiya şirkəti fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan investisiyalarının da Rusiya iqtisadiyyatında mövqeləri möhkəmlənir, sanatoriya, sənaye və istehsal layihələri uğurla icra olunur.
Rusiya Zəngəzur dəhlizi ilə region ölkələrinə daha rahat çıxış əldə edəcək
Azərbaycanın Baş nazirinin müavini vurğulayıb ki, azad ərazilərdə aparılan işlərə diqqət çəkərək bildirib ki, işğal dövründə tamamilə dağıdılmış infrastruktur hazırda müasir standartlara uyğun şəkildə bərpa olunur, yollar, körpülər, tunellər, inşa edilir, yaşayış və sosial obyektlər yaradılır. Həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərində xarici ölkələrin şirkətləri də yaxından təmsil olunmaqdadır və bu prosesdə rus şirkətləri üçün də geniş fəaliyyət meydanı yaradılıb. Rusiya bir neçə ildir ki, bölgədə sənaye infrastrukturunun qurulmasına öz dəstəyini göstərməkdədir. Araz vadisi iqtisadi zonasında “KamAZ” servis mərkəzinin və Qubadlının Mahruzlu kəndində Həştərxan qubernatorluğu tərəfindən uşaq bağçasının tikintisi bu əməkdaşlığın nümunəsi olmaqla, digər layihələr üçün də motivasiyaedici rol oynayır.
Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərində, Ağalı kəndində olub, Ağbənd avtomobil körpüsü, Horadiz-Ağbənd dəmir yolu layihəsi, habelə sərhəd-keçid məntəqəsinin infrastrukturunun tikintisi ilə tanış olublar. Aleksey Overçuk bu nəqliyyat infrastrukturlarının əhəmiyyətinə toxunaraq bildirib ki, Ağbənd körpüsü həm “Şimal-Cənub”, həm də “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq. Ümumiyyətlə, bölgədə yaradılan yeni müasir avtomobil və dəmir yolları və Horadiz-Ağbənd dəmir yolu Zəngəzur dəhlizinin mühüm halqasını formalaşdırmaqla, Beynəlxalq Nəqliyyat Dəhlizinin işini təmin edəcək.
A.Overçuk vurğulayıb ki, Rusiya bu infrastrukturun mümkün qədər tez istifadəyə verilməsində maraqlıdır: Çünki bu, müasir infrastruktur rusiyalı sürücülər üçün rahat olacaq. Onlar yükləri İran, Naxçıvan və Türkiyə istiqamətində daha səmərəli şəkildə daşıya biləcəklər. Hesab edirəm ki, bu layihə iştirakçı bütün ölkələr üçün qarşılıqlı fayda verəcək və regional əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.
Qarşılıqlı investisiyaların təşviqində yeni addım
Azərbaycan və Rusiya mövcud imkanlardan qarşılıqlı şəkildə faydalanmaq, ticarət proseslərini daha da asanlaşdırmaq üçün gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, yükdaşımaların həcminin artırılması və digər bu kimi mühüm istiqamətlərdə ardıcıl addımlar atılır. Bu tədbirlərin davamı kimi Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası çərçivəsində Azərbaycan Respublikasında və Rusiya Federasiyasında avtomobil nəqliyyatı üçün elektron beynəlxalq yük qaiməsinin (e-CMR) tətbiqi üzrə şəraitin yaradılmasına dair “Yol Xəritəsi”nə dair sənəd imzalanıb. Sənəd ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı investisiyaların təşviqini, eləcə də müxtəlif sahələr üzrə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Yekunda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının nəticələrinə dair Protokol imzalanıb.
Beləliklə, Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında müzakirə edilən mühüm məsələlər və qəbul edilən qərarlar Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında yeni mühüm mərhələ açmaqla, iqtisadi imkanların qarşılıqlı mübadiləsinə töhfələr verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33

