Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyənin Vitse-prezidenti İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Ankaranı təmsil edəcək

Türkiyənin Vitse-prezidenti İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Ankaranı təmsil edəcək

03.05.2026 [09:43]

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz mayın 4-də İrəvanda keçiriləcək 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında Ankaranı təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, Yılmazın Ermənistana səfərinə dair məlumatı “Anadolu” Agentliyi yaymışdı.

Türkiyənin Vitse-prezidentinin İrəvana səfəri Ermənistana ilk belə səviyyəli səfər olacaq.

C.Yılmaz bir qədər öncə jurnalistlərlə söhbətində Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünün nəticələrini alqışlayaraq bildirib ki, “Bakı ilə İrəvan arasındakı dialoq Cənubi Qafqazda davamlı sülh və sabitliyə yeni yollar açır və regionun iqtisadi çiçəklənməsinə töhfə verir”.

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31