Qaradağda “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib
04.05.2026 [10:23]
2026-cı il 1 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və Bakı şəhər Gənclər və İdman İdarəsi Qaradağ rayon sektorunun birgə təşkilatçılığı ilə Qaradağ Gənclər Evində məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Qaradağ Gənclər evinin direktoru Leyla Məmmədova Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin xilası və inkişafı istiqamətində əvəzedilməz xidmətlərindən bəhs edib. İntelektual yarışın təşkilatçılarına minnətdarlığını bildirən direktor belə tədbirlərin Ümummilli Liderin zəngin irsinin gənclər tərəfindən öyrənilməsinə mühüm təsir göstərdiyini deyib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov Ulu Öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasındakı müstəsna xidmətlərindən, Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyətindən bəhs edib. O bildirib ki, dövlətçiliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində Ulu Öndərin rolu əvəzsizdir. Həmçinin Faiq Qurbanov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti Ulu Öndərin müəyyən etdiyi strateji kursun uğurla davam etdirilməsinin birbaşa təsdiqidir. Neft kapitalını insan kapitalına çevirəcəyini bildirən Prezident İlham Əliyev Azərbaycan gənclərinin hərtərəfli inkişafı, yüksək səviyyəli təhsili üçün lazım olan bütün addımları atır.
Tədbirin əsas məqsədinin Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği, eləcə də gənclərin intellektual inkişafına dəstək vermək olduğunu qeyd edən YAP rayon təşkilatı sədrinin müavini iştirakçılara uğurlar arzulayıb.
Bakı şəhər Gənclər və İdman İdarəsi Qaradağ rayon sektorunun müdiri Elçin Abbasov çıxışında Ulu Öndərin gənclərin inkişafına, maariflənməsinə və sağlam böyüməsinə verdiyi töhfələrdən danışıb. O bildirib ki, bu cür tədbirlər həm Ulu Öndər Heydər Əliyev irsinin təbliği, həm də rayon məktəbləri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra iştirakçılara intellektual oyunun qaydaları barədə ətraflı məlumat verilib.
İntelektual yarışın nəticələrinə əsasən, Qaradağ rayonu 228 nömrəli tam orta məktəbin komandası I yerə, 321 nömrəli tam orta məktəbin komandası II yerə, 106 və 222 nömrəli tam orta məktəblərin komandaları isə eyni xal topladıqlarına görə III yerə layiq görülüb.
Qeyd edək ki, qaliblərə mükafatlar Ümummilli Lider Heydər Əliyevin anadan olmasınnı 103-cü ildönümü ilə əlaqədar mayın 8-də keçiriləcək ümumrayon tədbirində təqdim ediləcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

