Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Beyləqanda “Heydər Əliyev müasir Azərbaycanın memarıdır” mövzusunda şəhər məktəblərinin X-XI sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirildi

Beyləqanda “Heydər Əliyev müasir Azərbaycanın memarıdır” mövzusunda şəhər məktəblərinin X-XI sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirildi

04.05.2026 [10:30]

02.05.2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının və Beyləqan rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Beyləqan şəhər Namiq Allahverdiyev adına 1 nömrəli tam orta ümümtəhsil məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın memarıdır” mövzusunda şəhər məktəblərinin X-XI sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirildi.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiridilər.

Tədbirdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirdi ki, belə müsabiqənin keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi, onun zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi və asudə vaxtın səmərəli təşkil edilməsidir. Rayon təşkilatının sədri Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən, Ulu Öndərin layiqli davamçısı ölkə Pirezidenti cənab İlham Əliyevin Azərbaycan gəncliyinə və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, apardığı uğurlu daxili və xarici siyasətdən ətraflı məlumat verdi.

 Daha sonra YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov müsabiqə iştirakçılarına uğurlar arzuladı.

Müsabiqənin sonunda Rayon təşkilatı tərəfindən müsabiqədə münsif olan təhsil işçilərinə fəxri fərman, şagirdlərə isə təşəkkürnamə və qiymətli hədiyyələr təqdim edildi.

Paylaş:
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31