Azərbaycan güləşinin uğur modeli
04.05.2026 [10:52]
Azərbaycan güləşi bu gün təsadüfi uğurlar üzərində qurulmayıb. Bu sahədə formalaşmış zəngin ənənələr müasir yanaşma ilə sintez olunaraq yeni keyfiyyət mərhələsinə keçib. Xüsusilə diqqət çəkən məqam odur ki, artıq yalnız tanınmış və təcrübəli idmançılar deyil, gənc nəslin nümayəndələri də yüksək nəticələr əldə edirlər. Bu isə seleksiya və hazırlıq sisteminin düzgün qurulduğunu, ehtiyat qüvvələrin davamlı şəkildə yetişdirildiyini göstərir. İdmanda nəsillərarası keçidin uğurla təmin olunması hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır və Azərbaycan bu sahədə sabit model formalaşdırmağa nail olub.
Aprelin 30-da Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında qalib olmuş güləşçilərlə görüşü Azərbaycan idmanının inkişaf modelinin ən mühüm xüsusiyyətlərini bir daha aydın şəkildə ortaya qoydu. Bu görüş təkcə əldə olunan nəticələrin qeyd olunması deyildi, eyni zamanda ölkədə idmanın necə sistemli və davamlı şəkildə inkişaf etdiyini nümayiş etdirən mühüm siyasi mesaj idi.
Ümumilikdə isə Azərbaycan idmanının inkişaf dinamikası daha geniş kontekstdə qiymətləndirilməlidir. Olimpiya Oyunlarından tutmuş dünya və Avropa çempionatlarına qədər müxtəlif platformalarda əldə olunan nəticələr ölkənin artan gücünü və beynəlxalq nüfuzunu əks etdirir. İdmanda qələbə və məğlubiyyətin yanaşı olması təbiidir, lakin əsas meyar idmançılarda qalibiyyət ruhunun qorunub saxlanılmasıdır. Məhz bu xüsusiyyət Azərbaycan idmançılarının əsas fərqləndirici cəhətlərindən birinə çevrilib. Burada mühüm amillərdən biri də idmanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsi kimi inkişaf etdirilməsidir. Uzun illər ərzində formalaşmış idarəetmə modeli nəticəsində bu sahədə ardıcıllıq təmin olunub. Müxtəlif nəsillərin yetişməsi, onların bir-birini əvəz etməsi və eyni zamanda nəticələrin aşağı düşməməsi bu siyasətin effektivliyini sübut edir. Bu, yalnız idman infrastrukturu ilə deyil, həm də düzgün təşkil olunmuş idarəetmə, peşəkar məşqçi heyəti və sistemli yanaşma ilə bağlıdır.
Xüsusi diqqət yetirilməli məqamlardan biri də qadın güləşinin inkişafıdır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda bu istiqamətin sürətlə irəliləməsi cəmiyyətdə idmana marağın daha geniş sosial bazaya yayıldığını göstərir. Qadın idmançıların beynəlxalq arenada uğur qazanması həm gender balansının təmin olunması, həm də idmanın kütləviliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahədə əldə olunan nəticələr gələcəkdə daha böyük uğurlar üçün ciddi əsas yaradır. Digər tərəfdən, milli komandada formalaşmış sağlam psixoloji mühit və komanda ruhu uğurların əsas faktorlarından biridir. İdmançıların bir-birinə dəstək verməsi, qələbələri kollektiv sevincə çevirməsi vahid məqsəd ətrafında birləşmənin göstəricisidir. Bu amil isə nəticələrin davamlılığını təmin edən əsas sütunlardan biri kimi çıxış edir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12

