Azərbaycan-Mərkəzi Asiya: Vahid iqtisadi və siyasi məkan
16.07.2026 [10:30]
Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursunda Mərkəzi Asiyada yerləşən dövlətlərlə əlaqələrin genişləndirlməsi xətti xüsusi yer tutur. Əvvəllər ölkəmizlə bu region dövlətləri arasında münasibətlər ikitərəfli formatlarda və ayrı-ayrı beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilirdi. 2025-ci ilin noyabr ayında isə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə quruma tam hüquqlu üzv qəbul edilib. Bundan başqa, respublikamızın Amerika Birləşmiş Ştatları ilə Mərkəzi Asiya dövlətlərini birləşdirən C5+1 formatında yer alması perspektivləri də kifayət qədər böyükdür. Artıq bu platformanın Azərbaycan vasitəsilə C6+1 formatında genişləndirilməsi ilə bağlı müzakirələr intensivləşib.
Bütün bunlar Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin dərinləşməsinin həm region və Avrasiya məkanı, həm də daha geniş çoğrafiya üçün nə qədər böyük önəm daşıdığını aydın şəkildə göstərir. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda sualları cavablandırarkən bildirib ki, Mərkəzi Asiya Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir.
Tarixdən qaynaqlanan və bu günün reallıqları ilə daha da möhkəmlənən əlaqələr
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bu ölkələri çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Bu əlaqələr əsrlər boyunca qorunub saxlanıb və daha da zənginləşdirlib. Əlamətdar haldır ki, bu gün tarixdən gələn ənənələrin yeni reallıqlara uyğun davam etdirlməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, həm də cəmiyyətlər, xalqlar buna böyük istək ortaya qoyurlar. Dövlət başçıları arasında yaranan səmimi münasibətlər, çoxsaylı mədəni tədbirlər, intensivləşən qarşılıqlı səfərlər bunun əyani təsdiqidir. Prezident İlham Əliyev 2025-ci il 16 noyabr tarixində baş tutan Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə söylədiyi nitqində maraqlı statistika təqdim edərək bildirib: “Son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son üç ildə mən Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olmuşam. Bu müddət ərzində həmkarlarım ölkəmizə 23 dəfə səfər ediblər”.
Bu statistika özlüyündə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi əlaqələrin nə qədər yüksək səviyyədə olmasının göstəricisidir. Dövlət başçıları arasında yaranan xoş münasibətlər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalanması ilə daha genişlənir. Həmçinin mütəmadi olaraq mədəniyyət günləri, sərgilər, konsertlər keçirilir ki, bu da xalqlarımızı və cəmiyyətlərimizi bir-birinə daha da yaxınlaşdırır.
Mərkəzi Asiya dövlətləri Azərbaycanın üzləşdiyi Qarabağ münaqişəsinin lap əvvəlindən ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstək veriblər. Postmüharibə dövründə də onlar işğaldan azad olunmuş ərazilərimizin bərpasına öz qardaşlıq dəstəklərini göstərirlər. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib ki, Qarabağın bərpasında bizə birinci yardım edən məhz Özbəkistan Prezidenti olmuşdur. Füzuli şəhərində Mirzə Uluqbəy adına gözəl, böyük məktəb inşa edilmişdir və Şavkat Miromonoviçlə birlikdə biz o məktəbin açılışını qeyd etmişik. Yəni ondan sonra digər qardaş dövlətlər də bizə hədiyyələr etmişlər - Qazaxıstan, Qırğızıstan, Türkmənistan. Amma birinci yardım məhz Özbəkistandan gəlib. Eyni zamanda Qarabağda dost ölkələrin iştirakı ilə birlikdə ayrı-ayrı sənaye layihələri icra edilir.
Birgə platformalarda iştirak gələcək əməkdaşlığa güclü təkan verəcək
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurası artlq Azərbaycan da daxil üzv dövlətlərin gələcək koordinasiyalı fəaliyyətləri üçün müstəsna önəm daşıyan bir qurumdur. Bu gün Mərkəzi Asiya dinamik inkişaf və səmərəli əməkdaşlıq məkanıdır, burada davamlı artım və rifah üçün yeni imkanlar açılır. Region sürətlə qlobal iqtisadiyyata inteqrasiya olunur: investisiya cəlbediciliyi artır, üçüncü ölkə bazarlarına ixrac imkanları və tranzit potensialı genişlənir. Region ölkələri arasında illik qarşılıqlı ticarət 10 milyard dolları ötüb. Müəyyənləşdirlən prioritetlər bir sıra mühüm istiqamətləri əhatə edir. O cümlədən ortamüddətli dövrdə qarşılıqlı ticarət həcmini və ümumi xarici ticarət dövriyyəsini 1,5-2 dəfə artıracaq ticarət, iqtisadi və investisiya əməkdaşlığının keyfiyyətcə yeni səviyyəsinə çatdırmaq hədəflənib. Həmçinin inzibati maneələrin aradan qaldırılması, vergi və gömrük prosedurlarının sadələşdirilməsi, azad iqtisadi və sənaye zonalarından birgə istifadə məsələləri gündəmdədir. 2035-ci ilə qədər Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hərtərəfli Regional Proqramın hazırlanması və qəbul edilməsi ticarət həcmlərinin əhəmiyyətli dərəcədə artması üçün əlverişli şərait yaradacaq. Eləcə də təhlükəsizliyin və sabitliyin təmin edilməsi, terrorizm və ekstremizm təhdidlərinə, sərhədyanı cinayətkarlığa qarşı mübarizə üçün sistemli tədbirlər görülür.
Bir sözlə, Mərkəzi Asiya + formatında qarşılıqlı fəaliyyət güclənir və region nüfuzlu beynəlxalq forumlarda vahid mövqedən çıxış edir. Azərbaycanın bu formata qoşulması ilə regionun qlobal birlikdə səsinin daha da əhəmiyyətli olacağına böyük əminlik var. “Azərbaycan artıq tamhüquqlu üzv kimi bu Məşvərət Şurasına qoşuldu. Mən fəxri qonaq qismində iki dəfə Zirvə görüşlərinə dəvət edilmişdim, son dəfə isə artıq Azərbaycan-Mərkəzi Asiya vahid bir Məşvərət Şurası yaradılmışdır. Bu, bizi çox qürurlandırır, çox sevindirir. Bu, deyə bilərəm ki, nadir bir hadisədir. Çünki biz coğrafi nöqteyi-nəzərdən, təbii ki, Cənubi Qafqazda yerləşirik. Amma mədəni, tarixi, etnik əlaqələr o qədər güclüdür və siyasi əlaqələr o qədər çoxşaxəlidir ki, dost Mərkəzi Asiya ölkələri bizi qəbul etməyə qərar verdilər.
Bu gün bu, geosiyasi və geoiqtisadi əlaqələrə də müsbət təsir göstərəcək”, - deyə Prezideent İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda vurğulayıb.
O cümlədən ABŞ və Mərkəzi Asiya dövlətlərinin birgə iştiraakı ilə yaradılan C5+1 formatının səmərəli işləməsi böyük dərəcədə burada Azərbaycanın da təmsil olunmasından asılıdır. Ölkəmizin həm ABŞ-la, həm də Mərkəzi Asiya dövlətləri ilə yüksək səviyyədə olan əlaqələri platformanın Azərbaycanla genişlənməsini mümkün edir. Eyni zamanda, əlverişli coğrafi yerləşməsi, müasir nəqliyyat infrastrukturuna malik olması respublikamızı C5+1 formatında diqqət mərkəzinə gətirir. Yeri gəlmişkən, Azərbaycanın vazkeçilməz rolu yüksəksəviyyəli rəsmilər və ekspertlər tərəfindən də etiraf olunur. Məsələn, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev KİV-ə müsahibəsində Azərbaycanın iştirakının vacibliyinə diqqət çəkərək vurğulayıb: “Mən Azərbaycanın da belə bir vacib forumda iştirakını arzuolunan hesab edirəm. Çünki enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi, həmçinin Prezident İlham Əliyevin strateji vizyonu və siyasi iradəsi nəzərə alınmaqla, bu ölkə mahiyyət etibarilə regional nəqliyyat, logistika və enerji gücünə çevrilib və Cənubi Qafqazda və ondan kənarda mühüm rol oynayır. Azərbaycan Böyük Orta Asiyanın təbii bir hissəsi hesab edilə bilər”.
Nəqliyyat, bağlantılar sahəsində əməkdaşlıq üçün yeni imkanlar
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın Mərkəzi Asiya dövlətlərini birləşdirən qurumlara qoşulmasının önəminə diqqət çəkərək bildirib ki, eyni zamanda, bağlantılar, nəqliyyat, logistika layihələrinin icrası istiqamətində bunun çox böyük mənası var. Orta Dəhliz Azərbaycanla Mərkəzi Asiya dövlətlərini birləşdirən mühüm nəqliyyat marşrutudur. Bu marşrut dost dövlətlərə həm öz məhsullarını, həm də tranzit yüklərini Azərbaycan üzərindən Avropa bazarlarına çıxarmağa imkan yaradır. Mövcud geosiyasi realllıqlar şəraitində bu marşrutun aktuallığı heç vaxt olmadığı qədər artıb.
Gələcəkdə isə Azərbaycanın qətiyyətli səyləri sayəsində Orta Dəhlizin yeni qolu yaradılacaq. Söhbət Zəngəzur dəhlizindən (TRIPP marşrutundan) gedir. Ötən il avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutan görüşdə yeni marşrutun yaradılması ilə bağlı prinsipial razılıq əldə olunub və hazırda zəruri infrastrukturun yaradılması ilə bağlı müvafiq prosedurlar həyata keçirilir. Güclü və məsuliyyətli dövlət olan Azərbaycan yeni nəqliyyat bağlantısının ölkəmizin ərazisindən keçən hissəsində avtomobil yolunun və dəmiryolu xəttinin inşasını intensiv şəkildə davam etdirir. Hazırda layihələrin icrası son mərhələdədir. Öz növbəsində Mərkəzi Asiya dövlətləri də yeni marşrutun yaradılmasına güclü dəstək göstərirlər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31

