Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Aytən Rəhimli SDU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri oldu

Aytən Rəhimli SDU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri oldu

19.07.2026 [20:26]

Tanınmış tədqiqatçı və jurnalist Aytən Rəhimli Sumqayıt Dövlət Universitetinin (SDU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Aytən Rəhimli uzun illər media sahəsində fəaliyyət göstərib. O, Yeni Azərbaycan qəzetində və Yeni Azərbaycan internet televiziyasında çalışıb.

Jurnalistika fəaliyyəti ilə yanaşı, Aytən Rəhimli elmi istiqamətdə də çalışıb. O, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərərək elmi-tədqiqat işləri ilə məşğul olub.

Media və elmi fəaliyyət sahəsində qazandığı təcrübənin Sumqayıt Dövlət Universitetində ictimaiyyətlə əlaqələrin daha səmərəli təşkilinə töhfə verəcəyi gözlənilir.

Yeni vəzifəyə təyin olunması münasibətilə Aytən Rəhimlini təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31