Azərbaycan - Qırğızıstan münasibətləri keyfiyyətcə yeni mərhələdə
03.08.2026 [18:33]
31 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin tarixində mühüm hadisə kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, əldə olunan razılaşmalar və qəbul edilən qərarlar Azərbaycan–Qırğızıstan əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirdi.
Qırğızıstan Prezidenti Sadır Japarov ilə keçirilən geniştərkibli danışıqlardan sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, ölkələrimiz arasında münasibətlər artıq ən yüksək səviyyəyə çatıb və müttəfiqlik prinsiplərinə əsaslanır. Dövlətimizin başçısı qeyd edib ki, müttəfiqlik münasibətləri böyük məsuliyyət tələb edir və Azərbaycan bu məsuliyyəti tam bölüşməyə hazırdır. Prezident bildirdi ki, bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində, iqtisadi və ticari sahələrdə, investisiya layihələrində, eləcə də təhlükəsizlik məsələlərində qarşılıqlı dəstək davam etdiriləcək.
Səfər zamanı imzalanan sənədlər paketi siyasi dialoqdan iqtisadiyyat, nəqliyyat, energetika, humanitar əməkdaşlıq və investisiya sahələrinədək geniş istiqamətləri əhatə etdi. Bu sənədlər iki ölkə arasında mövcud strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün etibarlı hüquqi baza formalaşdırır və gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir.
İqtisadi əlaqələrin inkişafı baxımından mühüm qərarlardan biri Azərbaycan - Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması oldu. Prezident İlham Əliyev bu qərarın gələcəkdə həyata keçiriləcək yeni investisiya layihələrinə, istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına və iqtisadi əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcəyini vurğuladı. Dövlət başçısı Fondun artıq konkret layihələr həyata keçirdiyini qeyd edərək, onun fəaliyyətinin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə etdi.
Səfər çərçivəsində İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilən və “Bakı” adını daşıyan beşulduzlu “Baku Resort & Spa” hotelinin açılışı da baş tutdu. Bu layihə Azərbaycan investisiyalarının Qırğızıstan iqtisadiyyatına verdiyi real töhfənin və iki ölkə arasında iqtisadi tərəfdaşlığın uğurlu nümunəsinin göstəricisi kimi qiymətləndirildi.
Humanitar əməkdaşlıq sahəsində də mühüm məsələlər müzakirə olundu. Prezident İlham Əliyev Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Qırğızıstan rəhbərliyinə təşəkkürünü bildirərək, Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin istifadəyə verilməsini Azərbaycan - Qırğızıstan qardaşlığının parlaq rəmzlərindən biri adlandırdı. Dövlətimizin başçısı vurğuladı ki, bu məktəb işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına Qırğızıstanın verdiyi mühüm töhfə olmaqla yanaşı, iki xalqın dostluğunu gələcək nəsillərə çatdıracaq mühüm mənəvi dəyərdir.
Dövlət başçısı çıxışında xalqlarımızı birləşdirən ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərə də xüsusi diqqət yetirdi. Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın açılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının yaradılması, hər iki ölkədə keçirilən Mədəniyyət Günləri və digər humanitar layihələr qarşılıqlı hörmət və qardaşlığın bariz nümunəsi kimi dəyərləndirildi.
Səfər zamanı Prezident İlham Əliyev Qırğız Respublikasının ali dövlət mükafatı - I dərəcəli “Manas” ordeni ilə təltif olundu. Qırğızıstan Prezidenti Sadır Japarov isə Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edildi. Qarşılıqlı ali dövlət təltiflərinin təqdim olunması ölkələr arasında yüksək etimadın, dostluğun və strateji müttəfiqliyin növbəti təsdiqi oldu.
Səfərin mühüm siyasi nəticələrindən biri Azərbaycan - Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələnin əsasını qoyan Çolpon-Ata Bəyannaməsi oldu. Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul edilməsini tarixi qərar kimi qiymətləndirərək, bu təşəbbüsə verdikləri dəstəyə görə Qırğızıstan Prezidentinə və Mərkəzi Asiya dövlətlərinin rəhbərlərinə minnətdarlığını ifadə etdi. Bu addım Azərbaycanın türk dünyası və Mərkəzi Asiya regionu ilə əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan və Qırğızıstan ortaq tarixə, mədəniyyətə, milli-mənəvi dəyərlərə və qarşılıqlı etimada söykənən münasibətlərini ardıcıl şəkildə inkişaf etdirirlər. Səfər zamanı əldə olunan razılaşmalar, imzalanan sənədlər və qəbul edilən qərarlar iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və humanitar əlaqələrin gələcək illərdə daha da genişlənəcəyini göstərir. Bu səfər Azərbaycan - Qırğızıstan strateji müttəfiqliyinin möhkəmləndirilməsi ilə yanaşı, türk dünyasında həmrəyliyin və regional əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Qadir İbrahimov
Yeni Azərbaycan Partiyası
Culfa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19

