Azərbaycan Respublikası və Laos Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlər
15.10.2026 [12:28]
Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İki ölkə arasında diplomatik münasibətlərin 30 ildən artıq bir dövrü əhatə etməsi siyasi dialoq üçün sağlam zəmin formalaşdırıb. Azərbaycan və Laos beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən parlamentlərarası platformalarda ardıcıl olaraq sıx əməkdaşlıq edir və bir-birini dəstəkləyirlər. Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında vurğulayıb ki, iki ölkə arasında siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir. Bu möhkəm siyasi zəmin iki ölkə arasında iqtisadi və humanitar sahələrdə real nəticələrin əldə olunmasını daha da sürətləndirir. Beynəlxalq müstəvidə nümayiş etdirilən qarşılıqlı dəstək və həmrəylik ikitərəfli tərəfdaşlığın gələcək inkişafı üçün etibarlı zəmanətdir.
Məhz bu siyasi etimadın və yüksəksəviyyəli dialoqun mərkəzində duran əsas hədəf mövcud potensialı iqtisadi, humanitar və texnoloji sahələrdə real, praktik nəticələrə çevirməkdir. Səfər zamanı qəbul edilən Birgə Bəyanat və əməkdaşlığa dair imzalanan sənədlər münasibətlərin gələcək yol xəritəsini müəyyən edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.
Siyasi dialoqun yüksək səviyyəsinə baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsinin mövcud potensialdan aşağı olması iqtisadi əlaqələrin intensivləşdirilməsini zəruri edir. Bu istiqamətdə sahibkarlar arasında birbaşa təmasların qurulması, investisiya imkanlarının öyrənilməsi və birgə layihələrin təşviqi müstəsna rol oynayır. Oktyabrın 14-də Bakıda Azərbaycan-Laos biznes forumunun keçirilməsi biznes dairələrinin bir-birini daha yaxından tanıması, tərəfdaşlıq imkanlarını qiymətləndirməsi və konkret təşəbbüslər irəli sürməsi üçün mühüm platforma rolunu oynayır. Enerji, faydalı qazıntıların işlənməsi və kənd təsərrüfatı sahələri qarşılıqlı sərmayə qoyuluşu üçün böyük perspektivlər vəd edir. İnvestisiya fəaliyyətinin genişləndiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir.
Müasir dövrdə nəqliyyat və logistika imkanlarının birgə qiymətləndirilməsi də Azərbaycan-Laos tərəfdaşlığının mühüm tərkib hissələrindən biridir. Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində, xüsusilə Orta dəhliz layihəsində artan strateji rolu, genişləndirilmiş liman və dəmir yolu infrastrukturu beynəlxalq yükdaşımalar üçün geniş imkanlar yaradır. Laosun qonşu dövlətlərlə dəmir yolu bağlantılarını inkişaf etdirməsi isə regional və qlobal nəqliyyat şəbəkələrinin inteqrasiyasına şərait yaradır. İki ölkənin nəqliyyat marşrutlarının kəsişmə imkanlarına toxunan dövlətimizin başçısı bildirib.
İkitərəfli münasibətlərin digər mühüm dayağı təhsil və humanitar sahələrdəki ənənələrdir. Sovet dönəmində iki mindən çox laoslu tələbənin Azərbaycanın ali təhsil müəssisələrində təhsil alması xalqlarımız arasında səmimi dostluq körpüsü yaradıb. Bu ənənənin yenidən canlandırılması, Laos gəncləri üçün Azərbaycanda təqaüd proqramlarının təşkili, ali məktəblər arasında təcrübə və mütəxəssis mübadiləsinin həyata keçirilməsi humanitar əlaqələri yeni müstəviyə daşıyacaq. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa işləri fonunda mina təhlükəsi ilə mübarizə, təhlükəsiz təmizləmə texnologiyalarının və təcrübənin paylaşılması da humanitar təhlükəsizliyin təmin edilməsi baxımından faydalı əməkdaşlıq sahələrindən biridir.
Eyni zamanda, bu rəsmi səfərin Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yeddinci Zirvə görüşü ərəfəsinə təsadüf etməsi Azərbaycanın Asiya qitəsində dialoq və etimadın möhkəmlənməsinə verdiyi töhfəni bir daha nümayiş etdirir.
Ümumilikdə, Laos Prezidentinin Azərbaycana səfəri, keçirilən yüksəksəviyyəli görüşlər və təşkil olunan biznes forumu iki dövlət arasında diplomatik münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qarşılıqlı hörmətə, milli maraqlara və uzunmüddətli tərəfdaşlığa söykənən əlaqələr ticarət dövriyyəsinin artırılması və birgə layihələrin gerçəkləşməsi ilə hər iki xalqın rifahına və regional əməkdaşlığın güclənməsinə xidmət edəcək.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
Gündəm
15 Oktyabr 16:53
YAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58

