Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bir təqvimə sığmayan tarixlər: 15 oktyabr 2003! 15 oktyabr 2023!

Bir təqvimə sığmayan tarixlər: 15 oktyabr 2003! 15 oktyabr 2023!

15.10.2026 [11:21]

Uğur yolunun başlanğıcı...

Azərbaycanın son 23 ildə Prezident İlham Əliyevin liderliyi ilə qazandığı böyük uğurlara istinad etməklə 15 oktyabrı xalqımız və ölkəmiz üçün özəl bir gün kimi səciyyələndirə bilərik. Tarixin bu günündə - 15 oktyabr 2003-cü ildə müstəqil Azərbaycanda növbəti Prezident seçkiləri keçirilib. Seçkilərdə İlham Əliyev mütləq səs çoxluğu ilə - seçicilərin 76,86 faizinin səsini qazanmaqla ilk dəfə ölkənin dövlət başçısı seçilib.

Hər yolun bir başlanğıcı olur. 23 il bundan əvvəl oktyabrın 15-də İlham Əliyevin ilk dəfə ölkə Prezidenti seçilməsi də Azərbaycanın uğur yolunun başlanğıcıdır. Həmin gün ölkəmiz, xalqımız müstəqillik tarixinin yeni bir mərhələsinə keçid etdi. Ötən dövrdə xalq seçdiyi Prezidentə qəlbən inandı, Onun bütün çağırışlarına dəstəklə cavab verdi. Öz növbəsində dövlət başçısı da hər zaman xalqın yanında olmaq nümunəsi göstərdi, cəmiyyətdən gələn sosial sifarişlər ardıcıllıqla aparılan siyasətdə mütləq qaydada nəzərə alındı. Beləliklə, respublikamızda Ulu Öndərin əsasını qoyduğu sabitlik, həmrəylik daha da möhkəmləndi, milli güc qarşıda duran ümummilli məqsədlərə yönəldildi. Bu da Azərbaycanı güclü və yenilməz etdi. Artıq iyirmi ildən çoxdur ki, müstəqil Azərbaycan müdrik Liderinin rəhbərliyi ilə özünün uğur hekayəsinin yeni-yeni səhifələrini yazır. Addım-addım zirvələrə yüksəlmişik. Qürurverici haldır ki, bu gün Azərbaycan regional liderlikdən qlobal liderliyə doğru irəliləyir, dünyada orta güc dövləti kimi qəbul olunur. Ölkəmizin Qlobal Şərqlə Qlobal Qərb arasında körpülər yaradan dövlət kimi nüfuzu əhəmiyyətli dərəcədə artıb. Respublikamız ən böyük uğuruna - ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasına da sırf öz gücünə nail olub. Hazırda isə ölkəmiz Prezident İlham Əliyevin liderliyi ilə yeni strateji mərhələnin prioritetlərini reallaşdırır.

Seçkilərin nəticələrini şərtləndirən birinci mühüm amil -

Ulu Öndər Heydər Əliyevin seçicilərə müraciəti

İlham Əliyevin 2003-cü il oktyabrın 15-də ilk dəfə prezident seçkiləri marafonuna qatıldığı və qalib gəldiyi həmin o tarixi dönəmə ekskurs edək.  Seçicilərin öz səslərini məhz İlham Əliyevə vermələrinin motivi nə ilə bağlı idi? Axı digər namizədlər daha bəlağətli vədlər siyahısı hazırlamışdılar. Təşviqat mərhələsində onlar dil-ağıza qoymur, dağı arana. aranı dağa daşıyırdılar.

Seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevin böyük üstünlüklə qalib gəlməsinə təsir göstərən vacib məqamlardan biri kimi, Azərbaycan xalqının özünün böyük oğlu, Ulu Öndər  Heydər Əliyevin şəxsiyyətinə hörmət və ehtiramını, Onun əsasını qoyduğu siyasətə inamını qeyd edə bilərik. İdeoloji cəhətdən iki fərqli formasiyada respublikamıza rəhbərlik edən Heydər Əliyev Azərbaycanın intibahı üçün fundamental əsaslar yaradan tarixi şəxsiyyətdir. XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimizin xilası da məhz bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın  siyasi rəhbərliyinə gəlməklə ölkəni xaos, anarxiya vəziyyətindən çıxararaq sabitliyə və inkişafa istiqamətləndirib.

Heydər Əliyevin Özü və xalqımız yaxşı başa düşürdü ki, Azərbaycanın nicatı, müstəqilliyimizin qorunması, gələcək inkişafımız məhz bu siyasətin ardıcıllığının təmin edilməsindən asılıdır. Daim Azərbaycanın gələcəyini düşünən Heydər Əliyev seçkilərdən bir qədər əvvəl - 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət ünvanlayaraq öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirib və seçiciləri ?rezidentliyə namizəd, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıb. Həmin tarixi müraciətdə oxuyuruq: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Azərbaycan xalqı Heydər Əliyevin bu çağırışını məmnuniyyətlə qəbul etdi. Seçkilərin təyin olunduğu gün seçki məntəqələrində, sözün əsl mənasında, böyük qələbəlik yaşanırdı. İnsanlar sübh tezdən dəstə-dəstə seçki məntəqələrinə gəlir və burada öz iradələrini ifadə edirdilər.

İkinci mühüm şərt - İlham Əliyevin keçdiyi qürurverici yol

2003-cü il oktyabrın 15-də keçirilən seçkilərin nəticələrini şərtləndirən ikinci mühüm amil bilavasitə İlham Əliyevin Özünün həmin dövrədək daşıdığı  müxtəlif vəzifələrdə uğurla çalışması, etimadı yüksək səviyyədə doğrultması ilə bağlı idi. Bu gün narahat, ziddiyyə?lərlə dolu dünyada Azərbaycanın qazandığı uğurlar əyani şəkildə təsdiqləyir ki, müasir dövr siyasətçilərinə verilən bütün tələblər 

namizədlər daha bəlağətli vədlər siyahısı hazırlamışdılar. Təşviqat mərhələsində onlar dil-ağıza qoymur, dağı arana. aranı dağa daşıyırdılar.

Seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevin böyük üstünlüklə qalib gəlməsinə təsir göstərən vacib məqamlardan biri kimi, Azərbaycan xalqının özünün böyük oğlu, Ulu Öndər  Heydər Əliyevin şəxsiyyətinə hörmət və ehtiramını, Onun əsasını qoyduğu siyasətə inamını qeyd edə bilərik. İdeoloji cəhətdən iki fərqli formasiyada respublikamıza rəhbərlik edən Heydər Əliyev Azərbaycanın intibahı üçün fundamental əsaslar yaradan tarixi şəxsiyyətdir. XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimizin xilası da məhz bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın  siyasi rəhbərliyinə gəlməklə ölkəni xaos, anarxiya vəziyyətindən çıxararaq sabitliyə və inkişafa istiqamətləndirib.

Heydər Əliyevin Özü və xalqımız yaxşı başa düşürdü ki, Azərbaycanın nicatı, müstəqilliyimizin qorunması, gələcək inkişafımız məhz bu siyasətin ardıcıllığının təmin edilməsindən asılıdır. Daim Azərbaycanın gələcəyini düşünən Heydər Əliyev seçkilərdən bir qədər əvvəl - 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət ünvanlayaraq öz namizədliyini siyasi varisi

İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirib və seçiciləri prezidentliyə namizəd, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıb. Həmin tarixi müraciətdə oxuyuruq: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham

Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Azərbaycan xalqı Heydər Əliyevin bu çağırışını məmnuniyyətlə qəbul etdi. Seçkilərin təyin olunduğu gün seçki məntəqələrində, sözün əsl mənasında, böyük qələbəlik yaşanırdı. İnsanlar sübh tezdən dəstə-dəstə seçki məntəqələrinə gəlir və burada öz iradələrini ifadə edirdilər.

İkinci mühüm şərt - İlham Əliyevin keçdiyi qürurverici yol

2003-cü il oktyabrın 15-də keçirilən seçkilərin nəticələrini şərtləndirən ikinci mühüm amil bilavasitə İlham Əliyevin Özünün həmin dövrədək daşıdığı  müxtəlif vəzifələrdə uğurla çalışması, etimadı yüksək səviyyədə doğrultması ilə bağlı idi. Bu gün narahat, ziddiyyətlərlə dolu dünyada Azərbaycanın qazandığı uğurlar əyani şəkildə təsdiqləyir ki, müasir dövr siyasətçilərinə verilən bütün tələblər İlham Əliyevdə cəmləşib. Yüksək intellekt, yaxşı təhsil, idarəetmədə mükəmməl təcrübə, siyasi konyukturanı bilməsi, ən əsası isə xalqa yaxınlığı, milli maraqlarımıza sadiqliyi Onu seçkilərə qatılan digər namizədlərdən fərqləndirirdi. Onun keçdiyi yol qürurverici idi. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu və müəllimi olmuşdu. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifələrində çalışmışdı. Azərbaycanlı seçicilər Onun Milli Məclisin deputatı, Avropa Şurasının Parlament Assambleyasındakı daimi nümayəndə heyətimizin başçısı olarkən əldə etdiyi uğurları yaxşı xatırlayırdılar. İlham Əliyev ARDNŞ-in birinci vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti (1997-ci ildən etibarən), həm də Azərbaycan Respublikasının Baş naziri kimi çalışdığı bütün vəzifələrdə (2003-cü ilin avqustundan sonra) mükəmməl bir idarəçilik yolu keçmişdi. O, 1999-cu ildə Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının Sədr müavini, 2001-ci ildə isə Sədrin 1-ci müavini seçilmişdi. Bütün sadalanan vəzifələrdə İlham Əliyev Ona göstərilən etimadı ən yüksək səviyyədə doğrultmuşdu. Bütün bunlar da seçicilərin İlham Əliyevin namizədliyini dəstəkləməsi üçün əsas oldu.

Sözü ilə imzası bir-birini tamamlayan Lider - vədlər yüksək səviyyədə yerinə yetirilir

Ayrı-ayrı ölkələrin tərübəsində müşahidə edirik ki, bir sıra hallarda seçkiləri udan namizədlərin reytinqi az müddət ötəndən sonra kəskin şəkildə aşağı düşür. Bunun əsas səbəbi liderlərin seçkiləri udduqdan sonra seçiciləri və vədlərini yaddan çıxarmalarıdır. İlham Əliyev isə son 23 ildə tamam fərqli nümunə sərgiləyir. O, sözü ilə imzası bir-birini tamamlayan liderdir və buna görə də cəmiyyətdə nüfuzu, reytinqi seçkilərdən seçkilərə daha da yüksəlir.

“Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən

İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirdə göstərilən hədəflərin hər biri bu gün real həyatda öz əksini tapıb. İlham Əliyevin andiçmə mərasimində verdiyi vədlər məzmunca taleyüklü olduğu kimi, son 23 ildə keçilən yol da qərinələrə bərabərdir, Azərbaycan xalqı Ona bəslənən etimadın yüksək səviyyədə doğrulduğuna şahidlik edir və bundan qürur duyur. Prezident İlham Əliyevin vəd verdiyi kimi, Ulu Öndərin əsasını qoyduğu siyasətə sadiq qalması Azərbaycanın ən böyük uğuru və xalqımızın ən böyük xoşbəxtliyidir.

Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri son 23 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas leytmotivini təşkil edib. Dövlət başçısının imzaladığı sənədlər əsasında aparılan islahatlar, müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması, regionların tarazlı inkişafına nail olunması, sahibkarlıq mühitinin optimallaşdırılması, ölkə boyunca infrastruktur təminatının yüksək səviyyəyə çatdır?lması, investisiyaların qorunmasına təminatlar verilməsi, qeyri-neft sektorunun inkişafının davamlı təşviqi və digər belə tədbirlər respublikamızda rəqabətə davamlı iqtisadiyyatın formalaşması ilə nəticələnib. Prezident İlham Əliyev son 23 ildə Azərbaycanı iqtisadi cəhətdən tam müstəqil dövlətə çevirib.

Bugünkü kataklizmlərlə dolu olan dünya reallığında suverenlik anlayışını heç də bütün dövlətlərə şamil etmək mümkün deyil. Bəzi dövlətlərin iqtisadi resursları zəifdir, digər bir qism dövlətlərin liderləri müstəqil siyasi iradəyə malik deyillər. Bu və başqa amillərə görə də həmin ölkələr digər dövlətlərin forpostu qismində çıxış edirlər. Belə dövlətlərin müstəqilliyi və suverenliyi şərti səciyyə daşıyır. Azərbaycanın nümunəsi isə fərqlidir. Güclü iqtisadi-maliyyə dayaqlarına malik olan respublikamız hansısa bir məsələni həll etdikdə kənardan, xarici ölkələrdən və beynəlxalq qurumlardan kömək ummur, öz problemlərini özü həll edir. Biz qürur duyuruq ki, son iyirimi ildən artıq müddətdə dövlətimizin başçısının müdrik siyasətinin nəticəsi olaraq Azərbaycanın iqtisadi müstəqilliyi və bu əsasda siyasi müstəqilliyi tam təmin olunub.

Əbədi qürur mənbəyimiz olan Zəfərimiz - İlham Əliyevin tarixi missiyası

Zamanında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev müstəqilliyimizi qorumaqla xilaskarlıq missiyası yerinə yetirmişdi. Onun layiqli siyasi varisi olan Prezident

İlham Əliyevin adı isə tariximizə qalib sərkərdə kimi düşüb.

İşğalçı Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın 20 faizini o zaman müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda AXC-“Müsavat” cütlüyünün xəyanəti nəticəsində baş verən mənfi proseslərdən, hakimiyyət boşluğundan, hərc-mərclikdən, həmrəyliyin təmin olunmamasından istifadə etməklə və havadarlarının dəstəyindən bəhrələnməklə işğal etmişdi. Təbii ki, Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Dövlət başçısı seçildiyi vaxtdan Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsini Azərbaycanın gündəliyinin mərkəzində saxladı. Dövlətimizin başçısı yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırır, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Beləliklə də, özünün iqtisadi müstəqilliyinə nail olan Azərbaycan, həmçinin istənilən xarici təhdidi dəf etməyə və düşmənin başını əzməyə qadir olan güclü ordu qurmağa nail oldu.

Azərbaycan düşməni məhz özünün güclü Ordusu ilə cəzalandırdı və torpaqlarını işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü. Vətən müharibəsində qazanılan Zəfər sayəsində ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla təmin olundu.

Milli gücün yeni ümummilli ideyalar ətrafında konsolidasiyası

Bizim tariximizdə böyük siyasətçi Heydər Əliyev Azərbaycanın güclü iqtisadi, siyasi və ideoloji əsaslarını yaradan Lider kimi əbədi qalacaq. Son 23 ildə isə Azərbaycan cəmiyyəti böyük məmnuniyyətlə Prezident İlham Əliyevin liderliyini qəbul edir. Azərbaycan Prezidentinin liderliyi mücərrəd deyil, əksinə, konkret məzmuna malikdir və real məqsədləri hədəfləyir. Dövlətimizin başçısı zamanın nəbzini tutur, yaranan yeni çağırışlara uyğun prioritetlər müəyyənləşdirir, milli gücün yenilənən ideyalar ətrafında konsolidasiyasını təmin edir. Bu gün Azərbaycan ona görə güclü dövlətdir ki, onun İlham Əliyev kimi Lideri var. İlham Əliyev isə ona görə fateh Liderdir ki, Onun arxasında yenilməz güc - xalq var. Bu vəhdət Vətənimizi zəfərlərdən-zəfərlərə daşıyır.

Son 23 ildə ölkədə xalq-iqtidar həmrəyliyini təmin etməsi, respublikamızı “idarə olunan xaos” ssenarilərindən qoruması Prezident İlham Əliyevin ən böyük uğurlarından biridir. O, islamofob dairələrin və anti-Azərbaycan mərkəzlərin ölkəmizdə həyata keçirmək istədikləri rəngli inqilab planını məharətlə pozub, xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qoruyub. Bəlli mərkəzlərin ayrı-ayrı ölkələrdə reallaşdırmağa nail olduqları “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin nə qədər ağır fəsadlara yol açdığı hər kəsə bəllidir. Ölkələrin tarixi kökləri məhv edilir, milli-mənəvi dəyərlər aşılanır, cəmiyyətlər məqsədli şəkildə manqurtlaşdırılır. Bir neçə dəfə cəhd göstərilsə də, Azərbaycanda belə ssenariləri həyata keçirmək mümkün olmayıb. Respublikamızda demokratik inkişaf yolunda həyata keçirilən sistemli tədbirlərin qanunauyğun nəticəsi kimi işlək və təhdidlərə qarşı immuniteti yüksək olan siyasi sistem formalaşıb. Siyasi partiyalar sərbəst şəkildə fəaliyyət göstərməklə yanaşı, ümummilli məsələlərdə dövlətlə həmrəylik nümayiş etdirirlər.

Eyni zamanda, Prezident İlham Əliyev dünya üzrə azsaylı liderlərdəndir ki, multikulturalizmi hər zaman təşviq edir. Burada da dövlətimizin başçısı ölkəmizin tarixi ənənələrinə və bugünkü reallıqlarına əsaslanır.

Ölkə ərazisində separatizmə son qoyuldu - Xankəndidə Azərbaycan Bayrağı ucaldıldı

Vətən müharibəsində möhtəşəm Zəfərə imza atsaq da, hələlik tarixi missiyamız tamamlanmamışdı. Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi bizim üçün maksimal hədd olacaq. Onlar bunu belə əsaslandırırdılar ki, beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində respublikamızın nəzarətini bərpa etməyə imkan verməyəcək. Həmin dövrdə əsasən Qərb ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaratmışdı. 

Lakin heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca “nəyi nə zaman və necə” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı İkinci Qarabağ müharibəsinin nəticələri ilə məhdudlaşmayıb. Sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı olub və 2023-cü il sentyabrın 19-20-də həyata keçir?lən 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı nəticəsində ərazilərimizdə separatizmin kökünün tamam kəsilməsi ilə öz məntiqi sonluğuna çatıb. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək tarixi missiyasını tamamlamaqla Xankəndidə Azərbaycanın dövlət bayrağının ucaldılacağı günü yaxınlaşdırıb.

Və o gün gəldi. Uğurlu lokal xarakterli antiterror tədbirərindən sonra da biz tariximizdə əbədi qalacaq anlara şahidlik etdik.  Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də  Onun üçün əlamətdar olan bir gündə - dövlət başçısı seçilməsinin 20 ilinin tamamında antiterror tədbirlərində separatçılardan təmizlənən ərazilərimizdə, o cümlədən Xocalıda və Xankəndidə Azərbaycan Bayrağını ucaltmaqla bizlərə sonsuz qürur hissi yaşatdı. Bu gün ölkənin bütün ərazisində suverenliyimiz tam təmin olunub və bayrağımız əzəmətlə dalğalanır. Lokal xarakterli antiterror əməliyyatından ötən dövrdə isə suveren Azərbaycanın həyatında yeni mühüm hadisə baş verib. Ölkənin bütün ərazisində 2024-cü ilin fevral ayında Prezident, sentyabr ayında isə parlament seçkiləri baş tutub. Beləliklə, müstəqillik tariximizdə ilk dəfə olaraq Prezident və parlament seçkiləri Xankəndi və Xocalı da daxil olmaqla ölkənin bütün ərazilərində keçirilib. Bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev “... Prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”, - deyə vurğulayıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31