Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflər partiya üzvləri ilə müzakirə olunub

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflər partiya üzvləri ilə müzakirə olunub

15.10.2026 [16:08]

YAP Nərimanov rayon təşkilatının “Ə.Əliyev küçəsi 13” ünvanı üzrə Ərazi Partiya Təşkilatında  Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələrinin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə partiya üzvləri ilə görüş keçirilib.

Keçirilən növbəti görüşdə qurultayın ölkənin ictimai-siyasi həyatındakı rolu, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin çıxışından irəli gələn prioritetlər və partiya üzvlərinin qarşısında duran əsas vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

İlk öncə Ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Nərimanov rayon təşkilatının “Ə.Əliyev küçəsi 13” ünvanı üzrə ƏPT sədri Mustafa Rəşidov qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və ölkəmizin inkişafı naminə mühüm fəaliyyət həyata keçirir. VIII Qurultayda səsləndirilən fikirlər və müəyyənləşdirilən yeni hədəflər isə partiyanın qarşıdakı dövrdə fəaliyyətinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Görüşdə çıxış edən YAP Nərimanov rayon Təşkilatının sədri Elçin Quliyev Azərbaycanın son illərdə qazandığı siyasi, iqtisadi və hərbi uğurların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasətin nəticəsi olduğunu bildirib. Bu nailiyyətlərin qorunması və yeni inkişaf mərhələsinə uyğun vəzifələrin yerinə yetirilməsi hər bir partiya üzvündən fəallıq, məsuliyyət və vətəndaş mövqeyi tələb edir. Təşkilat sədri partiya üzvlərinin ictimai-siyasi proseslərdə iştirakı, əhali ilə işin gücləndirilməsi, gənclərin dövlətçilik ideyalarına bağlılığının artırılması və milli-mənəvi dəyərlərin təbliği məsələlərinə də toxunub.

Digər çıxışlarda ideoloji təhlükəsizliyin təmin olunmasının müasir dövrün mühüm çağırışlarından biri olduğu vurğulanıb. Qeyd edilib ki, informasiya təxribatlarının qarşısının alınması, həqiqətlərin cəmiyyətə düzgün çatdırılması və milli maraqların qorunması istiqamətində partiya fəalları üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidirlər.

Paylaş:
Baxılıb: 19 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31