Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan-Kamboca münasibətlərinin gələcək inkişafı

Azərbaycan-Kamboca münasibətlərinin gələcək inkişafı

15.10.2026 [17:03]

 Elmin Məmmədov

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Azərbaycanın xarici siyasətində müxtəlif regionların dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərin qurulması mühüm yer tutur. Kamboca ilə əlaqələrin inkişaf etdirilməsi də bu siyasətin tərkib hissəsidir.

Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötən dövr ərzində formalaşan qarşılıqlı hörmət və etimad mühiti bu gün diplomatik dialoqun yeni və daha əhatəli mərhələyə qədəm qoymasına imkan yaradıb. Beynəlxalq müstəvidə fəal tərəfdaşlıq edən Azərbaycan və Kamboca qlobal təşkilatlar çərçivəsində bir-birinin mövqeyini müntəzəm və qətiyyətlə dəstəkləyirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi hadisə kimi diqqət çəkir. Oktyabrın 12-də keçirilən görüşlər və əldə olunan razılaşmalar Azərbaycan-Kamboca əlaqələrinin yeni sahələr üzrə genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.

Dövlət başçısı Azərbaycan və Kamboca arasında siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd edərək, mövcud potensialdan daha səmərəli istifadə edilməsinin vacibliyini diqqətə çatdırıb. Ticarət, investisiyalar, birgə istehsal və enerji təhlükəsizliyi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudluğu vurğulanıb. Bu istiqamətlər üzrə əlaqələrin inkişafı qarşılıqlı iqtisadi maraqların təmin olunmasına, işgüzar münasibətlərin dərinləşməsinə və yeni layihələrin həyata keçirilməsinə töhfə verə bilər.

Azərbaycanın dövlət idarəçiliyi sahəsində qazandığı təcrübə də iki ölkə arasında əməkdaşlığın diqqətçəkən istiqamətlərindəndir. Prezident İlham Əliyevin bəyanatında “ASAN xidmət” modelinin Kambocada da maraq doğurduğu bildirilib. Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın təmin olunması, operativliyin artırılması və müasir texnologiyaların dövlət idarəçiliyinə tətbiqi baxımından “ASAN xidmət” Azərbaycanın uğurlu təcrübələrindən biridir. Bu modelə beynəlxalq marağın artması ölkəmizin innovativ idarəetmə həllərinin digər dövlətlərlə təcrübə mübadiləsi üçün əhəmiyyətini göstərir. Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsi Kambocada dövlət xidmətlərinin təkmilləşdirilməsinə dair əməkdaşlıq imkanlarını genişləndirə bilər.

Prezident İlham Əliyevin mətbuata bəyanatı və səfər zamanı əldə olunan razılaşmalar Azərbaycan-Kamboca münasibətlərinin gələcək inkişafı üçün konkret istiqamətləri müəyyənləşdirir.

Azərbaycan və Kamboca arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur və qarşılıqlı siyasi iradə həmin imkanların reallaşdırılması üçün mühüm əsasdır.

Paylaş:
Baxılıb: 17 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31