İlon Maskın şirkəti Las-Veqas tunellərində sürücüsüz “Tesla” avtomobilini sınaqdan keçirir
29.08.2025 [14:12]
İlon Maskın “The Boring Company” şirkəti Las-Veqasdakı yeraltı tunel şəbəkəsində “Tesla”nın avtonom idarəetmə sistemini sınaqdan keçirməyə başlayıb.
AZƏRTAC “Fortune” nəşrinə istinadla xəbər verir ki, sınaqlar elektrikli nəqliyyat vasitələrinin sürücüsüz yüksək sürətlə hərəkət etməli olduğu qapalı nəqliyyat şəbəkəsi olan “Vegas Loop”da keçirilir. Hələlik təhlükəsizlik operatorları nəzarəti mütəmadi olaraq öz üzərinə götürməli olurlar.
Las-Veqas Konfranslar və Turizm İşləri İdarəsinin rəhbəri Stiv Hillin sözlərinə görə, sınaqlar artıq bir neçə aydır ki, davam edir. Bu mərhələdə avtomobillərdə hələ də təhlükəsizlik sürücüləri var ki, onlar nəzarəti üzərlərinə götürməli olurlar. Hələlik heç bir qəza qeydə alınmayıb, lakin, onun sözlərinə görə, sürücüsüz rejimə tam keçid hələ tezdir.
Sınaqlar Mask tərəfindən yaradılmış startap olan “The Boring Company” tərəfindən salınmış yeraltı nəqliyyat şəbəkəsi olan “Vegas Loop” sistemində keçir. Bunlar sərnişinlərin “Tesla” elektrik avtomobillərində aralıq dayanacaqlar olmadan birbaşa stansiyadan-stansiyaya hərəkət etdiyi bir zolaqlı tunellərdir. Belə tunellər avtonom sürücülük üçün ideal mühitdir: burada nə işıqforlar, nə digər avtomobillər, nə də piyadalar var. Lakin, “Tesla”nın proqram təminatı yenə də çətinliklər yaşayır. S.Hillin sözlərinə görə, avtomobillər stansiyalardakı naviqasiyanın öhdəsindən yaxşı gəlmir, parlaq işıqlandırma və hamar daş divarlar isə sistemi çaşdırır.
Bu arada Mask sürücüsüz “Tesla”nın yaxın gələcəkdə geniş yayılacağını vəd etməyə davam edir. O, daha əvvəl demişdi ki, ilin sonuna kimi “Robotaxi” xidməti ABŞ əhalisinin yarısını əhatə edəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

