Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Amerikalıların yarıdan çoxu İranla müqavilənin effektivliyinə əmin deyil

Amerikalıların yarıdan çoxu İranla müqavilənin effektivliyinə əmin deyil

25.06.2026 [22:19]

ABŞ sakinlərinin təxminən 60 faizi İranla imzalanan müqavilənin yetərincə səmərə verməyəcəyini düşünür.

AZƏRTAC xəbər verir ki, bu rəqəm Kvinnipek Universitetinin keçirdiyi rəy sorğusu nəticəsində ortaya çıxıb.

Sorğuya əsasən, respondentlərin 59 faizi müqavilənin effektivliyinə “çox da əmin deyil” və ya “heç əmin deyil”. Rəyi soruşulanların digər 37 faizi müqaviləni qismən və ya tam dəstəkləyib, qalanları isə fikir bildirməyə çətinlik çəkib.

İştirakçılardan, həmçinin ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyata ümumi münasibət bildirmələri xahiş edilib. Onların 60 faizi bunun tamamilə mənasız olduğunu söyləyib. Bundan əlavə, respondentlərin 48 faizinin fikrincə, Vaşinqton İsraili həddindən artıq dəstəkləyir.

Tədqiqatçılar Amerika sakinlərinin İranın nüvə silahı hazırlaya biləcəyinə nə qədər inandıqlarını da öyrəniblər. Respondentlərin 61 faizi bu ehtimala tam və ya qismən əminliyini ifadə edib.

İyunun 18-dən 22-dək keçirilən sorğuda 1165 nəfər ABŞ vətəndaşı iştirak edib.

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30